“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


10.06.2017  12:09 

Nazirlik biznesmen deputatın qalmaqallı obyektini cərimələdi - VİDEO





A+  A-

Vergilər Nazirliyinin nəzarət tədbirləri zamanı cərimələdiyi müəssisələr arasında məşhur "Ştutqart” ehtiyat hissələri mağazaları da var.
XəzərNews.az BakuPost.az-a istinadən xəbər verir ki, "Ştutqart" (ehtiyat hissələri mağazaları), "Halal Tekstil", "Arm” (MADO restoranlar şəbəkəsi), "Altrade", "Təmiz Qida", "Salam Şirkətlər Qrupu" (Salam taksi) MMC kimi vergi ödəyicilərində də işçi sayının azaldılması halları aşkarlanaraq, onların barəsində məsuliyyət qərarı çıxarılıb.

Bu firmalar arasında "Ştutqart” xüsusi ilə seçilir. Nazirliyin cərimələdiyi bu mağazaların Masallının deputatı Nəriman Əliyevin nəzarətində olduğu barədə məlumatlar var.

"Ştutqart” mağazalar şəbəkəsinə millət vəkilinin bacısı oğlu Əfqan Abdullayev müdirlik edir. Amma qeyri-rəsmi olaraq rəhbərlik deputatın əlindədir.

Hətta bir müddət əvvəl yayılan xəbərlərdə deyilirdi ki, Əfqan Abdullayev bir neçə dəfə hədə qorxu ilə işçilərinin boyunlarına küllü miqdarda pul yükləyib.
Onlardan biri - Rəfiyev Fərhad Rasim oğlu başına gələn özbaşınalıqla bağlı dövlət orqanlarına müraciət etmişdi: "10 il satıcı işlədiyim Ştutqart mağazalar şəbəkəsinin rəhbəri Əfqan Abdullayev və dayısı, şirkətin qeyri-rəsmi sahibi millət vəkili Nəriman Əliyevin mənə və ailəmə göstərdikləri qorxu və təzyiq nəticəsində mənim bütün əmlakım əlimdən alındı.

Millət vəkili Nəriman Əliyevin mənə telefonla və şəxsən görüş zamanı etdikləri təzyiqdən sonra mənim 109 kvadratlıq evim bacısı oglu Əfqan Abdullayevin adına keçirildi.

Mənim, həyat yoldaşımın və qardaşımın idarə etdiyimiz 3 avtomaşın isə deputat Nəriman Əliyevin qardaşı oğlu Əliyev Qubad İmran oğlunun adına keçirildi.

Bir gün içində mən və həyat yoldaşım göz yaşları içində qorxaraq bütün əmlakımızı millət vəkili Nəriman Əliyevin bacısı və qardaşı oğlanlarının adına keçirdik”.


Xəbər 1676 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +