Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


09.06.2017  15:26 

Natiq Əliyev II Fəxri Xiyabanda dəfn olunacaq





A+  A-

İstanbulda dünyasını dəyişən Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıdakı II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva məlumat verib.
O qeyd edib ki, mərhumun nəşi bu gün Azərbaycana gətiriləcək:
“Vida mərasimi sabah saat 12:00-da Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində keçiriləcək”.

Qeyd edək ki, bu gün energetika naziri Natiq Əliyev İstanbulda müalicə aldığı “Florence Nightingale” xəstəxanasında dünyasını dəyişib.

Ürəyində problem yaranan nazir ötən həftə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Daha sonra müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılmışdı.

Xəbər 1107 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +