AFFA mövsümü dayandırdı
Peskovdan Putinlə bağlı açıqlama
Netanyahu yenə ölümlə təhdid olundu
Sabah yağış yağacaq
“Bu cür fikirlərlə əhalinin evini yıxırıq”
“Maska cəriməsi 25 manata endirilsin”
İyunda temperatur 37 dərəcəyə qədər qalxacaq
“Maşınlarda etibarnamə sistemi ləğv edilsin”
“Ekologiya postu” sökülür
15 yaşlı oğlan kanalda boğuldu


08.06.2017  12:14 

Xalq artistinin qardaşı 40 minlik dələduzluqda ittiham olunur





A+  A-

Xalq artisti Zaur Rzayevin qardaşı Mahir Rzayevin dələduzluğu ilə bağlı iddia yayılıb.
XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya Hacıqabul rayonu Meyniman kənd sakini Rövşan Talıbova şikayət edib. O qeyd edib ki, Mahir Rzayev ondan ərinin həbsdən çıxarmaq adı ilə 40 min manat pul alıb: “Həyat yoldaşım Əlizaman Bağırov ötən ilin iyul ayında narkotik əkmək üstündə 6 il müddətinə azadlıqdan məhrum edilib. O Şüvəlanda həbsdə yatarkən Mahir Rzayevin oğlu Ramsan Rzayev də onunla birgə həbsdə olub. Ramsan həyat yoldaşıma deyib ki, atasının və əmisi Zaur Rzayevin əli ilə onu həbsdən azad edə bilər. Baş Prokurorluqda adamları var. Biz də həmyerlimiz olduğu üçün onlara inandıq.

Əlizaman xəstədir, gözləri narahatdır. İndi bir səhvdir edib, istədik ki, onu qurtaraq. Kasıb adamlarıq. Mal-qaramızı, maşınımızı, torpağımızı, qızılllarımızın hamısının satdıq. Banka borca girdik.

Sentyabrın 12-də “Azneft”də Mahir Rzayevlə görüşüb ona ilk dəfə 32 min manat pul verdim. Sonra isə ikinci görüşdə daha 8000 manat verdik. Pulu alandan sonra isə heç nə etmədi. Deyir ki, kimə şikayət edirsinizsə edin, mənim Baş Prokurorluqda adamım var, pulunuzu da qaytaran deyiləm.

İndi borc yiyələri qapımızdan əl çəkmir. Baş Prokurorluğa da müraciət etmişik. İstəyirik ki, pulumuzu qaytarsın, borcları ödəyək. Onunla danışarkən səs yazılarımız da var. Özüm də hepatit xəstəsiyəm, oğlanlarım əlildir. Məcbur qalıb yaşadığımız evi də borc yiyələrinə görə satışa çıxartmışıq”.

“Qafqazinfo” məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də öyrənib. M. Rzayev məsələyə qısa reaksiya verib: “O iş istintaqdadır. İstintaq onunla məşğuldur. Mən Rövşan Talıbova ilə bu məsələ barəsində danışmışam. Özümüz məsələni həll edəcəyik”.

Xəbər 1131 dəfə oxunub.




01.06.2020  19:46 

AFFA mövsümü dayandırdı

01.06.2020  15:49 

Sabah yağış yağacaq

01.06.2020  09:54 

“Ekologiya postu” sökülür

01.06.2020  09:27 

Yaponiyada güclü zəlzələ

31.05.2020  19:45 

15 yaşlı oğlan kanalda boğuldu


BÜTÜN XƏBƏRLƏR +