Navalnı aclıq aksiyasını dayandırdı
Daha bir həkim həbs olundu - RƏSMİ
Yoluxanların sayı 2 mindən aşağı düşdü
Orucun elmdə sübut olunmuş FAYDALARI
Zahid Oruc dövlət qurumlarını TƏNQİD ETDİ
ABŞ-ın Rusiyadakı səfiri Vaşinqtondadır
Daha bir avtobus “BakıKart”a keçdi
Koronavirusa yoluxma sayı 145 milyonu ötdü
Zəngilanın Nəcəflər kəndi - VİDEO
BMT rəsmisindən ABŞ-a “soyqırımı” dərsi


06.06.2017  10:36 

Rafiq Əliyev üzə çıxdı və ilk dəfə DANIŞDI





A+  A-

Adı “MTN işi” üzrə baş tutan məhkəmə proseslərində bir neçə dəfədir hallanan sabiq nazir Fərhad Əliyevin qardaşı, iş adamı Rafiq Əliyev musavat.com-la əlaqə saxlayaraq barəsində yazılanlara münasibət ildirib.
Hazırda xaricdə yaşayan R.Əliyev açıqlamasında bildirib ki, məhkəmə prosesində barəsində qeyd edilənlər tamamilə yalandır və həmin şəxslərin heç birini tanımır:

“Məhkəmədəki iddialar tamamilə xəyal məhsuludur. Gerçəklə heç bir əlaqəsi yoxdur, həyatım boyu heç bir şəxsin malını, mülkünü almamışam, heç kimə qarşı zorakılığa yol verməmişəm. Haqqında söhbət gedən bazarla heç bir əlaqəm yoxdur. Heç həmin bazarın yolunu belə tanımamışam”, – deyə, R.Əliyev əlavə edib.

R.Əliyev onu da qeyd edib ki, əgər barəsində deyilən iddialar doğru olsa idi həbsdə olduğu müddətdə zərərçəkdiyini deyən şəxslər onun barəsində şikayətçi olardılar: “Uzun müddət həbsdə yatmışam. Əgər bunlar doğru olsa idi həmin şəxslər mütləq bu iddiaları qaldırardılar, müəyyən tələblərini də irəli sürərdilər. Bir daha qeyd edirəm ki, deyilənlər yalandır və həmin şəxslərlə əlaqəm olmayıb”.

Xatırladaq ki, sabiq nazir Fərhad Əliyev və qardaşı, “Azpetrol”un keçmiş rəhbəri Rafiq Əliyev 2005-ci ildə həbs edilmişdilər. 2013-cü ildə isə prezidentin sərəncamı ilə azadlığa buraxılıblar. Əliyev qardaşları hazırda ölkə xaricində yaşayır.

Xəbər 4916 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.04.2021  13:46 

Sabah Bakıda güclü külək olacaq

23.04.2021  10:08 

Bayden sabah nə deyəcək?


BÜTÜN XƏBƏRLƏR +