Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


06.06.2017  10:27 

Ərəb ölkələrinin Qətər BÖHRANI





A+  A-

Körfəz ölkələri ilə Qətər arasında münaqişənin kökündə hansı amillər dayanır?
Mayın 21-də Səudiyyə Ərəbistanında keçirilən Ərəb-İslam-Amerika Sammitindən sonra Qətər və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər kulminasiya nöqtəsinə çatıb. İyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir Qətəri terrorizmə dəstək verməkdə ittiham edərək bu ölkə ilə diplomatik münasibətləri dayandırdıqlarını bəyan edib.

Bu ölkələr Qətər diplomatlarının 48 saat, vətəndaşlarının isə iki həftə ərzində ölkəni tərk etməsini tələb ediblər. Eyni zamanda Qətərlə hava, dəniz və quru sərhədlərini də bağlayıblar. Yeri gəlmişkən, Qətərin sadəcə Səudiyyə Ərəbistanı ilə quru sərhədi var və ölkənin ərzaq tələbatının böyük bir hissəsi bu yolla ölkəyə daxil olur. Bundan başqa hava sərhədlərinin bağlanması nəticəsində Qətər Hava Yolları şirkəti bir sıra uçuşları təxirə salıb, yerdə qalan uçuşlar isə sadəcə İran üzərindən həyata keçirilməyə başlayıb. Daha sonra Liviya və Yəmənin mühacir hökuməti də Qətərə qarşı sanksiyalara qoşulub.

Qeyd edək ki, Qətərlə körfəz ölkələri arasında soyuqluq mayın 23-də Qətər əmirinin ölkənin rəsmi dövlət agentliyində müsahibəsində İrana qarşı koalisiyanı və regionda məzhəb düşmənçiliyinə qarşı olduğunu bildirmişdi. Və bu məsələdə Səudiyyə ərəbistanını ittiham edirdi. Daha sonra bu müsahibənin xakerlər tərəfindən saytlara qoyulduğu bəyan edildi və təkzib olundu. Ancaq buna baxmayaraq gərginlik artmaqda davam etdi, Səudiyyə Ərəbistanı və Misir Qətər telekanallarının, saytlarının ölkələrində yayılmasını əngəllədi. Daha sonra isə Bəhreyn əmiri Qətəri onun ölkəsində xaosa yaratmaqda ittiham etdi.

Ümumi olaraq S.Ərəbistanı, Misir və BƏƏ kimi ölkələr Qətərin Yaxın Şərqdə İŞİD, keçmiş adı ilə “Ən-Nusra Cəbhəsi” qruplaşması kimi terror təşkilatını maliyyələşdirməkdə ittiham edir. Hətta Ər-Riyad 11 sentyabr olaylarında Qətəri ittiham edib. Bundan başqa Qətərin İranla gizli danışıqlar apardığı, dini əqidəyə sadiq qalmamaqda ittiham edib. Qətər XİN isə yaydığı rəsmi açıqlamada ittihamların həqiqəti əks etdirmədiyini, verilmiş qərarın “gərəksiz” olduğu vurğulanır və yaranmış vəziyyətə görə təəssüf etdikləri bildirilir.

ABŞ dövlət katibi Reks Tillerson isə tərəfləri yaranmış anlaşılmazlığı müzakirələr yolu ilə aradan qaldırmağa çağırıb. Məsələyə İran da münasibət bildirib. Vitse-prezident Həmid Əbu Talibi sərhədlərin bağlanması, diplomatik əlaqələrin kəsilməsinin böhranı həll etmə yolu olmadığını, təcavüz və işğalın yalnız qeyri-sabitliyə gətirəcəyini bildirib.

Qətər və körfəz ölkələri arasında soyuqluq son aylarda müşahidə olunmağa başlayıb. Bu gizli soyuqluğun səbəbləri haqqında bir neçə versiya var. Bilindiyi kimi, Qətər ərəb coğrafiyasında güclü siyasi-diplomatik təcrübəsi olan, hərbi gücü omasa da, media və diplomatik təcrübəsi ilə regionun ən aktiv ölkələrindən biridir. Eyni zamanda hələ Talibandan bu yana Qətər müsəlman dünyasında silahlı və müxalif hərəkatları dəstəkləyib, gizli və ya aşkar şəkildə. Bundan başqa 70-ci illərdə Misir İxvan Hərəkatının ideoloji mərkəzi Qətərə daşınıb və bunun vasitəsilə Əfqanıstan müharibəsindən Afrika hərbi hərəkatlarına qədər fərqli ölkələrdə mövcud olan hərbi-siyasi hərəkatlar üzərində Qətərin təsiri olub, dəstəkləniblər.

Qətər eyni zamanda “ərəb baharı” sonrası başlayan silahlı hərəkatlara da dəstək verib. Ancaq bütün bu fəaliyyətlər necə deyərlər göz qabağında olub və körfəz ölkələri ilə birlikdə həyata keçirilib. Ötən dövrdə Körfəz ölkələrinin bunu görməməsi, yalnız indi fərq etmələri özü gülüncdür. Bu o deməkdir ki, məsələnin kökü əslində çox da dərində deyil.

2013-cü ildə Misirdə baş verən hərbi çevriliş və Qətərin dəstəklədiyi Mursinin devrilməsini Səudiyyə Ərəbistanı maliyyələşdirib. Misir və Qətər arasında məhz hərbi çevrilişdən sonra yaranmış gərginlik davam edir. Misir Qətəri “İxvan”ı dəstəkləməkdə, terroru himayə etməkdə ittiham edir. O zaman Qətər açıq qarşı çıxa bilməsə də, əslində Misir hərbi çevrilişi Səudiyyə Ərəbistanının Qətər üzərində qələbəsi idi. Qətər bu mərhələdən sonra Türkiyə ilə daha da yaxınlaşıb və öz ərazisində Türkiyənin hərbi baza yaratmasına icazə verib. Hazırda Qətərdə Türkiyə hərbi bazası mövcuddur.

Bundan başqa Səudiyyə ərəbistanının bölgədə təşəbbüsü ələ alması, bütün siyasi prosesləri pul və silah gücü ilə həll etməyə çalışması Qətəri qane etmirdi. Çünki faktiki olaraq İranla qarşıdurma vəziyyətinə gələn Səudiyyə Ərəbistanı bölgənin “sünni cəbhəsinin” lideri qismində çıxış edirdi.

Digər tərəfdən İraqda və Suriyada hakimiyyət dəyişikliyinin baş tutmaması, qurulan böyük blokun uğursuzluğa düçar olması ölkələr arasında fikir ayrılığını dərinləşdirirdi. Və nəhayət, son olaraq səudiyyəlilərin ABŞ prezidentini dəvət edərək faktiki olaraq İrana qarşı koalisiya qurması və ABŞ-ın liderliyini açıq şəkildə qəbul etməsi müsəlman ölkələrində soyuq qarşılandı. Çünki bu günə qədər müsəlman ölkələrinin əsas şüarı Qərb imperializminə qarşı mübarizə idi. Bu toplantı o şüarın üzərindən xətt çəkirdi. Bu səbəbdən də Qətər, Pakistan və Türkiyə kimi ölkələr artıq açıq şəkildə körfəz ərəbləri ilə yanaşı dayanmaq istəmirlər. Bunu ilk büruzə verən Qətər oldu. Eləcə də Pakistan yeni blokda hərbi iştirakının olmayacağını biyan etdi. Oman, Əlcəzair kimi ölkələr də əvvəldən bu ittifaqa qatılmayıb.

Ancaq görünür ki, Qətərin nümayişkaranə surətdə qarşı çıxması Ər-Riyadı qəzəbləndirib. Üstəlik ortada enerji, iqtisadi və digər toqquşan maraqların da olması ehtimalı var. Bütün bu səbəblər zənciri Qətərlə hazırkı münaqişəli vəziyyətə gətirib çıxarıb. Ancaq Qətərin körfəz ölkələri qarşısında dayanması real deyil. 2,7 milyon əhalisi olan Qətərin ərazisi 11 min kv.km-dir. Yarımadanı qitə ilə sərhədi sadəcə Səudiyyə Ərəbistanı vasitəsi ilədir. Ancaq zəngin neft və qaz ehtiyatlarına malik olması Qətərə fantastik gəlirlər gətirib, dünyanın ən zəngin ölkələrindən birinə çevirib. Bu səbəbdən də kiçik ada dövləti bölgədə siyasi-diplomatik oyunların mərkəzi, “Əl-Cəzirə” və digər güclü media silahına malik “yumşaq güc” dövlətinə çevrilib. Yaxın Şərqdə “ərəb baharı”na qədər əksər münaqişəli məsələlər Qətərin vasitəçiliyi ilə həllini tapırdı. Ancaq indi belə görünür ki, Qətərin özünün güclü müdafiəçiyə və sülh vasitəçisinə ehtiyacı var. Bu isə indiki zamanda yalnız Türkiyə ola bilər. Ankara bu riskə gedəcəkmi? Bunu da zaman göstərəcək.

(musavat.com)

Xəbər 1701 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb


BÜTÜN XƏBƏRLƏR +