Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


02.06.2017  09:07 

Azərbaycanda yeni ov mövsümü açıq elan olundu





A+  A-

Azərbaycanda 2017-ci il üçün artıq bu həftədən etibarən ov mövsümü açıq elan edilib.
Bu barədə XəzərNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə bildirib:

“Hər il mayın sonu iyunun əvvəlində ov mövsümü açıq elan edilir. Minimal miqdarda olsa belə, artıq ov mövsümünü açıq elan etmişik. İlk növbədə heyvanların təbii amilləri, bioloji xüsusiyyətləri nəzərə alınaraq müəyyən məməli növlər üçün hazırda Dağıstan turu açılıb. Bunun ardınca isə sentyabr ayından etibarən müəyyən quş növləri, cüllütkimilər, oktyabr, noyabr aylarında isə su bataqlıq quşları üçün ov mövsümü açıq elan ediləcək. Ümumi demək olar ki, mərhələlərlə müəyyən ov obyektləri üçün ova icazə veriləcək”.

Hikmət Əlizadə ova icazə verilən və qadağan edilən ərazilərdən də söz açıb:

“Ova icazə verilən ərazilər heyvanın növlərindən, xüsusiyyətlərindən asılı olaraq dəyişir. Məsələn, Dağıstan turu dağlıq ərazilərdə olduğu üçün yalnız dağlıq ərazilərdə-bir neçə regionda, o cümlədən Quba, Şəki, Zaqatala, Oğuz, İsmayıllıda icazə verilir. Təbii ki, su quşlarının ovuna su bataqlıqları ərazilərində, dovşana müəyyən yarımsəhra ərazilərində icazə verilir. Bu, artıq heyvanın növlərindən asılıdır.
Bununla yanaşı, ovun qadağan edildiyi ərazilər də var. Yaşayış məntəqələrinə, şəhərlərə, yaşıl zonalara təxminən 1,5-2 km yaxın ərazilərdə ov qadağan edilir. Qoruq, milli park kimi ərazilərdə ov həmişə qadağandır. Məlumdur ki, ölkəmiz hazırda müharibə şəraitindədir. Bu səbəbdən cəbhəyanı bölgələrə yaxın ərazilərdə də ov etmək qadağandır”.

Direktor müavininin sözlərinə görə vəhşi heyvanların ovlanmasına da müəyyən normalar daxilində icazə verilir:

“Dağıstan turunda bir baş qaban üçün üç nəfərdən az olmayan qrup ovçulara icazə verilir. Digər heyvan növlərində hər adama heyvanın xüsusiyyətindən asılı olaraq icazə verilir. Məsələn, adambaşına iki baş dovşan, su quşlarında qaşqaldaq dörd-altı ədəd, qaz bir ədəd müəyyən edilib”.

H.Əlizadə qeyd edib ki, ov etmək üçün vətəndaşlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi şöbələrindən icazə almalıdır:

“Ov etmək üçün icazə hər zaman birmənalı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi şöbələrindən alınmalıdır. Məlumdur ki, Azərbaycanın bütün regionlarında nazirliyin ərazi şöbələri fəaliyyət göstərir. Həmin şöbələrə ov mövsümünün açılması ilə bağlı əmr göndərilir. Eyni zamanda şöbələrə müvafiq sayda müəyyən hüdudlar çərçivəsində ov lisenziyaları təqdim edilir. Vətəndaş ov mövsümü zamanı müvafiq normalara uyğun müraciət edib sənədlərini təqdim edir və yerli ərazi ekologiya şöbələrindən icazələrini əldə edirlər”.

Xəbər 1347 dəfə oxunub.



28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +