Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


01.06.2017  13:17 

Saxta şou, yoxsa real oyun? - “Bir Murad bilir, bir də Allahı...”





A+  A-

Azərbaycan teleməkanının ən reytinqli şousu olan “Maşın” yayıma başladığı ilk gündən böyük səs-küyə səbəb olub.
Layihəyə bir neçə gündür start verilsə də, qalmaqallar və mübahisələr səngimir.

Elə yarışmanın ikinci günü səsvermədə məğlub olaraq şoudan kənarlaşan Elton Hüseynəliyev proqram və aparıcısı barədə şok ittihamlar səsləndirib. Baş verən hər şeyin oyundan ibarət olduğunu qeyd edən müğənni iştirakçıların aparıcı Murad Dadaşovun göstərişi ilə addım atdığını bildirib.

Maraqlıdır ki, Eltonun verilişlə bağlı dünənki proqnozu da özünü doğruldub. Belə ki, sənətçi tamaşaçı səsverməsinə çıxan İslam Mehrəliyevin və onun hədəfi olan Azər Zahidin proqramdan getməyəcəyini, başqa bir nəfərin maşından əlini çəkəcəyini yazıb.

Elə verilişin sonunda Üzeyir şounu oyun hesab etdiyi üçün qatıldığını, əslində isə şəxsi savaşların aparıldığını qeyd edərək əlini maşından çəkib.

Şounun əvvəlində isə Murad Dadaşov oyunun şəffaflığı ilə bağlı şübhələrə belə münasibət bildirib: “Eşitdiyimə görə, Oksana Rəsulovanın xalası qızı Aygün paylaşıb ki, dostlar, narahat olmayın, bir iştirakçı var ki, o səsverməyə çıxacaq. Adını belə yazıb. Gəlin görək şəkildən çıxan şəxs o olacaq, ya yox?"

Murad Dadaşov həmin şəxsin adını yazaraq kağızı qonaq kürsüsündə əyləşən Faiq Ağayevə verib. Səsvermə zamanı həmin şəxs yox, ən çox İslam Mehrəliyevin adı hallanıb.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” bu məqamda vaxtilə şounun iştirakçısı olan bəzi ulduzların sözügedən qalmaqala münasibətini öyrənib.

Yarışmanın keçmiş iştirakçısı Günel Hümbətova tamaşaçıların yaddaşında sərt çıxışları və cəsarətli addımları ilə yadda qalıb. Eks-teleaparıcı maşından əlini çəkərək yarışma ilə vidalaşan məşhurlardan biridir. O, “Maşın”ın qurama bir yarışma olmadığı vurğulayıb:

“Mənim Eltona hörmətim var, onu çox istəyirəm. Ancaq dedikləri ilə razılaşmıram. Ən azı mənim iştirak etdiyim “Maşın”da qurama heç bir şey yox idi. Hətta yarışmada sözlərimizin çəp gəldiyi Günay İbrahimli ilə uzun müddət danışmadıq, yenicə barışmışıq. Eynisi Roza Zərgərli ilə baş vermişdi. Hər şey təbii baş verirdi, Murad Dadaşov bizə qarışmırdı. Güclü rəqabət var idi, hadisələr təbii olaraq reallaşırdı. Mən inanmıram ki, “Maşın” qurama olsun. Murad Dadaşovun belə şeylərə ehtiyacı yoxdur”.

Yarışmanın digər eks-üzvü Günay İbrahimli da şouda baş verənlərin real olduğunu söyləyir:

“Hadisələrdən bixəbərəm. Nə baş verdiyini bilmirəm. Mən bu şouda iştirak etmişəm, hər şey geridə qalıb. Bu barədə danışmağa ehtiyac yoxdu”.

“Maşın”ın ən qalmaqallı iştirakçısı Mehriban Xanlarova isə yenidən yarışmaya dəvət aldığını, ancaq imtina etdiyini söyləyib:

“İndiki veriliş barədə mənə dəfələrlə zəng gəldi. Hətta Murad müəllimin özü belə mənimlə əlaqə saxladı. Sonuncu zənginə cavab vermədim. Bundan qabaq açıqlamamda demişdim ki, mən heç vaxt “Maşın” şouya getməyəcəm. Çünki mən gedilən yer reytinqli olur. Ona görə də, kimsə reytinq qazanacaq və mən məğlubiyyətlə oyundan çıxacamsa, bu şou nəyimə lazım? Maşınım yoxdur, ölürəm? Yeri gələndə metro, avtobusa minirəm. Utanmıram, çəkinmirəm. Qaldı ki, verilişdə baş verən hadisələri bir Murad bilir, bir də onun Allahı…Başqa heç nə demək istəmirəm”.

Realiti şounun "qara magiya"sı, qruplaşma rəhbəri olan Roza Zərgərli isə qısa açıqlama verməklə kifayətlənib:

"Bizdən əvvəl və bizdən sonra "Maşın"da həmişə bir oyunçu olub, onun kimliyini bilirsiz".

Xəbər 3260 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?


BÜTÜN XƏBƏRLƏR +