Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


01.06.2017  09:57 

“Bu, qara ləkəyə çevrilib” - Əli Əhmədov





A+  A-

“Ən çox yayılmış üsul işəgötürənlərin işçilərinin sayını azaltmasıdır. Bir çox iqtisadi fəaliyyət sahələri mövcuddur ki, qanunlarda və normativ aktlarda mövcud olan boşluqlar onlara öz bəd əməllərini həyata keçirməyə münbit şərait yaradır”.
XəzərNews.az xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində deyib. O, bildirib ki, əmək münasibətlərinin rəsmiləşdirilməməsi, istifadə olunan işçilərin sayının gizlədilməsi hallarına tikintidə daha çox rast gəlmək mümkündür: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, mövcud tikinti qanunvericiliyi və normaları iş adamlarına imkan verir ki, işçilərinin sayını gizlədə bilsin. Xidmət müqavilələri, subpodratçılıq münasibətləri bu mənada sahibkarların işini asanlaşdıran formalardır. Maraqlıdır ki, həm xidmət müqaviləsi, həm də subpodratçılıq müvafiq normativ aktlarda nəzərdə tutulub. Doğrudur, beynəlxalq praktikada həmin formalar mövcuddur. Lakin vacib bir fərqlə. Digər ölkələrdə sözügedən əmək müqavilələri formalarından sui-istifadəyə imkan yaradan boşluqlar yoxdur.

Geniş yayılmış digər forma özəl sektorda əməkhaqqının ödənilməsində lazımi şəffaflığın olmamasıdır. Bəzi işəgötürənlər mühasibat uçotu sahəsində olan boşluqlardan faydalanaraq, xalq arasında yayılmış terminologiyadan istifadə etsək, “qara mühasibat”a əl atırlar. “Qara mühasibat”ın mahiyyəti ondan ibarətdir ki, işçiyə verilən əməkhaqqının az bir hissəsi rəsmiləşdirilir, çox hissəsi isə rəsmiləşdirilmir. Nəticə etibarilə həm hüquqi şəxs, həm də işçi vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmış olurlar.

Nəhayət, fərdi sahibkarlar və özüməşğul əhalinin müzakirə etdiyimiz kontekstdə, yumşaq desək, qəribə davranışını qeyd etmək istərdim. Bu gün vergidən, ələlxüsus məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınan insanlar bilərəkdən qocalıqda özlərini pensiya hüququndan məhrum edirlər. Təhlillər göstərir ki, qeyri-rəsmi məşğulluq kifayət qədər geniş yayıla bilmişdir. Bu tipli qanun pozuntularına tikinti ilə yanaşı, ticarət, iaşə, nəqliyyat, xidmət sahələrində tez-tez rast gəlinir”.

Xəbər 905 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +