Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


31.05.2017  14:41 

Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?





A+  A-

Aparılan monitorinq maraqlı faktlar üzə çıxarıb
Dövlət orqanlarının elektron idarəçiliyə keçidi vətəndaşlara daha operativ xidmətlərin göstərilməsi məqsədi daşıyır. Bu həm də dövlətin müasir prinsiplər əsasında idarə olunması anlamına gəlir. Bu prinsiplər vətəndaşların rahatlığının təminatına hesablanıb. Belə ki, vətəndaş müvafiq dövlət qurumunun rəsmi internet portalına daxil olaraq istədiyi informasiyanı rahatca əldə edə bilər. Bu gün demək olar, bütün dövlət qurumlarının internet portalı mövcuddur. Bəs, görəsən bu elektron portallar necə işləyir? Dövlət qurumları lazımı informasiyanı operativ şəkildə elektron resurslar vasitəsilə vətəndaşlara təqdim edə bilirmi?

Bakı şəhərinin 12 inzibati rayonunun aid olduğu İcra Hakimiyyəti orqanlarının aprel ayı üzrə aparılan monitorinqinin nəticələrindən bəlli olur ki, vətəndaşlar üçün məlumatlar internet resurslar üzərindən operativ şəkildə çatdırılır. Lakin bu qaydanı pozan icra orqanları da var.

Yasamal rayon İcra Hakimiyyətinin rəsmi internet saytında (yasamal-ih.gov.az) ötən ay üzrə 11 xəbər yerləşdirilib. Burada qurumun keçirdiyi tədbir, görüş və iclaslar yer almaqdadır. Həmçinin xəbərlər bölməsində 27 yanvar tarixində Həzi Aslanov 3 ünvanında güclü yanğın nəticəsində yanmış binanın yenidən Yasamal rayon İcra Hakimiyyəti tərəfindən bərpa olunaraq sahiblərinə təhvil veriləcəyi barədə məlumat yerləşdirilib.

Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi internet resursu (binegedi-ih.gov.az) aprel ayında ən çox xəbər yerləşdirən, vətəndaşları daha operativ şəkildə məlumatlandıran qurum kimi qiymətləndirilib. Orqan ötən ay 71 xəbər yerləşdirib ki, onların da tərkibində görüş və iclaslar, həmçinin əlamətdar günlərə həsr olunan tədbirlərin keçirilməsi, aprel döyüşlərinin Binəqədi rayonundan olan şəhidlərinin il mərasimlərinin təşkili yer alır. Sayta baxış zamanı məlum olur ki, İcra Hakimiyyəti mütəmadi olaraq vətəndaşlara xidmət göstərir.

Xətai rayon İcra Hakimiyyətinin rəsmi internet ünvanı olan khatai-ih.gov.az isə demək olar ki, aprel ayının hər günü üzrə vətəndaşlar üçün bir xəbər yerləşdirib. Qurumun saytında ötən ay 28 xəbər yer alır. İcra orqanı məktəblərdə keçirilən görüşlər, aprel şəhidlərinin il mərasimlərinin təşkil edilməsi, Mərkəzi Neftçilər Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilməsi, "Ağ şəhər” ərazisində işlərin gedişi ilə bağlı məlumatlar yayıb.

Xəzər rayon İcra Hakimiyyətinin internet resursunda (xazar-ih.gov.az) yenilənmənin sonuncu dəfə 31.03.2017-ci il tarixdə olması diqqət çəkən məqamlardandır. Aprel ayı üzrə icra orqanının gördüyü işlər barədə heç bir məlumat yoxdur. Bu isə onu deməyə əsas verir ki, saytda vətəndaşlar üçün lazımı dərəcədə xidmət göstərilmir.

Nərimanov rayon İcra Hakimiyyətinin rəsmi internet saytı (narimanov-ih.gov.az) ötən ay üzrə cəmi 11 xəbər yerləşdirib. Burada IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Nərimanov rayon könüllüləri ilə keçirilən görüşlər, rayonunda əhalinin tibbi müayinəsinin aparılması, Çernobıl faciəsinin 31-ci ildönümü, aprel şəhidi Mahir Mirzəyevin il mərasiminin təşkili kimi məlumatlar verilib.

Nəsimi rayon İcra Hakimiyyətinin internet ünvanında (nesimi-ih.gov.az) xəbərlər bölümündə ötən ay 27 xəbər yerləşdirilib. İnternet resurs mütəmadi olaraq yenilənərək, rayonda keçirilən "Aprel döyüşləri dərsləri”, ayın əlamətdar günlərinə həsr olunmuş tədbirlər və s. kimi məlumatlar verilib.

Nizami rayon İcra Hakimiyyətinin internet resursu da (nizami-ih.gov.az) aprel ayı üzrə 11 xəbər yerləşdirilib. Yerləşdirilən məlumatlardan aydın olur ki, rayonda "İslam həmrəyliyi ili” çərçivəsində tədbir, ordu sıralarından tərxis olunmuş gənclərlə görüş və s. bu kimi tədbirlər keçirilib.

Səbail rayon İcra Hakimiyyətinin rəsmi internet ünvanı olan sabail-ih.gov.az da yenilənən internet resurslarındandır. Burada ötən ay 9 xəbər yerləşdirilib, onların əsasını rayonda keçirilən iməciliklər, konfranslar, iclaslar və s. təşkil edir.

Sabunçu rayon İcra Hakimiyyəti də öz internet resursunu (sabunchu-ih.gov.az) aprel ayı üzrə yeniləyərək 10 xəbər yerləşdirib. Məlumatlardan bəlli olur ki, İcra Hakimiyyəti mütəmadi olaraq vətəndaşların problemləri ilə maraqlanır. Xəbərlər arasında rayonun çağırışçı gənclərinin hərbi hissələrə yola salınmasına həsr olunan tədbirin keçirilməsi, aprel şəhidinin ildönümünün anılması diqqətə layiqdir.

Suraxanı rayon İcra Hakimiyyəti rəsmi internet ünvanında (surakhani-ih.gov.az) 16 xəbər yerləşdirərək aprel ayı üzrə internet resursun yenilənməsini təmin edib. Burada rayonda ağac əkmə aksiyalarının və əlamətdar günlərin İcra Hakimiyyəti tərəfindən təşkil edilməsi barədə məlumatlar yer alır.

Qaradağ rayon İcra Hakimiyyətinin rəsmi internet saytı olan qaradagh.gov.az isə vətəndaşlara davamlı olaraq rayonla bağlı informasiyalar ötürür. Sayt aprel ayında 15 xəbər yerləşdirib ki, onların da əsasını Müqəddəs Pasxa Bayramı münasibəti ilə slavyanəsilli sakinlər üçün keçirilən tədbir və ay üzrə əlamətdar günlərin təşkil edilməsi əhatə edir.

Pirallahı rayon İcra Hakimiyyətinin internet ünvanında (pirallahi-ih.gov.az) ötən ay üzrə 12 xəbər yerləşdirilib. Xəbərlərdə rayonda keçirilən tibbi müayinə, aprel döyüşlərinin ildönümünə həsr edilmiş bu kimi məlumatlar verilib.

Bakı şəhəri İcra Hakimiyyətinin rəsmi internet ünvanı (baku-ih.gov.az) isə qətiyyən ürəkaçan deyil. Belə ki, burada internet resursun son yenilənmə tarixi nə az, nə çox, düz iki il bundan əvvəli əhatə edir. İcra Hakimiyyəti 2015-ci ilin may ayından etibarən saytında xəbərlər yerləşdirmir. Bundan əlavə, həmin müddətə qədər olan məlumatlar hər ilə 2-3 xəbərin verilməsi ilə yenilənib.

L.Hüzeynzadə

Bu məqalə "Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Dövlət qurumlarında əhalinin müraciətlərinə baxılması qaydalarının monitorinqi” layihəsi çərçivəsində hazırlanıb.


Xəbər 1310 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +