İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


31.05.2017  11:48 

İş adamı nazirə müraciət etdi: ““Qurtuluş-93”ün sahibi bizi təhdid edir“





A+  A-

Ukraynanın Lvov şəhərində yaşayan Azərbaycanlı iş adamı, Ukrayna vətəndaşı Nazim Qəzənfərov Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edib.
Müraciətdə deyilir: “ Hörmətli cənab nazir! 2016-cı il iyun ayında Prezidentimiz İlham Əliyev xaricdəki Azərbaycan diasporu ilə böyük bir tədbir keçitdi. Həmin tədbirdəki çıxışında diaspor üzvlərini öz problemlərini açıq bildirməyə çağırdı və kömək göstəriləcəyini dedi. Buna əsaslanaraq mən də qarşılaşdığım problemlərlə bağlı 2017-ci mayın 11-də Prezident İlham Əliyevə, Birinci-vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmişəm. Müraciətimin səbəbi Azərbaycanada, Bakı şəhərində yerləşən və fəaliyyət göstərən “Qurtuluş-93” Tikinti Kompleksinin sahibi Məhərrəm Novruzovun mənə məxsus biznesimi təhdid və hədə-qorxu ilə əlimdən alması, gördüyüm işin müqabilində mənə çatan vəsaiti ödəməkdən imtina etməsidir.

Cənab nazir! Azərbaycanın dövlət qurumlarına göndərdiyim məktublar öz ünvanına çatar-çatmaz hazırda Şabran rayonunda yaşayan böyük qardaşım Qəzənfər Qəzənfərovu səhər tezdən polis işçiləri əvvəl Şabran Polis Şöbəsinə, ordan da Bakıya aparıblar. Mənim şikayətimə görə qardaşımı sorğu-suala tutublar. Nə mən, nə qardaşım hansısa dövlət qurumunun adını hallandırmaqda maraqlı deyilik. Bu adı çəkən, bizi – məni və ailəmi həbslə hədələyən, başqa formalarda təhdid edən Məhərrəm Novruzovdur. Qardaşım Bakıya aparılan gün Məhərrəm Novruzov ikimizin də tanıdığımız adamlar vasitəsilə mənə yenə təhdidlər yağdırıb. Əslində sorğu-suala tutulası şəxs Məhərrəm Novruzovdur. Cənab nazir, ailəm, o cümlədən, qardaşım Qəzənfər Qəzənfərov Məhərrəm Novruzovun əməllərindən zərərçəkənik. Sizdən xahişim budur ki, Məhərrəm Novruzovun özünün dediyinə görə, hansısa məmurun himayəsinə arxalanaraq mənə və ailəmə qarşı təhdidlərinə, hədə-qorxu və təzyiqlərinə son qoymaq, pozulmuş haqqımızın bərpa olunması üçün səlahiyyətinizdən və nüfuzunuzdan istifadə edəsiniz. Sizin ədalətli, müdrik bir dövlət adamı olduğunuza inanaraq bu müraciəti edirəm”.

Xatırladaq ki, bir müddət əvvəl də Nazim Qəzənfərov redaksiyamıza müraciət etmiş və bildirmişdi ki, Məhərrəm Novruzov adlı iş adamı onun şəxsi biznes strukturlarını zorla, hədə-qorxu ilə əlindən alıb. Həmçinin bildirmişdi ki, Bakıda, Xaçmaz və Şabran rayonlarında Məhərrəm Novruzovun sifarişi ilə obyektlərin inşa edilməsinə görə pul da ona ödənməyib.

Əməkdaşımız Məhərrəm Novruzova zəng edərək odan bu iddialara münasibət soruşsa da, o, suallarımızı cavablandırmaqdan imtina edib. Ancaq M.Novruzovun Nazim Qəzənfərovla yazışmasından bəlli olur ki, Novruzov da qarşılıqlı maddi iddialar irəli sürür. Həmin yazışmanın bu məsələyə aid olan hissəsini redaksiyamıza N.Qəzənfərov təqdim etmişdi.

(bizimyol.info)

Xəbər 3578 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +