Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


30.05.2017  16:42 

“Kontakt”a qadağa qoydu - Sata bilməz





A+  A-

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi kompüterlərə yüklənmiş “Microsoft”un lisensiyasız proqram təminatı və bu kompüterlərin təkrar satışı ilə məşğul olan şirkətə qarşı müəllif hüquqlarına dair Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiqi ilə bağlı ilk dəfə olaraq qərar qəbul edib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, məhkəmənin qərarına əsasən, “ABC Telecom” şirkəti (“Kontakt”) tərəfindən “Microsoft”un lisenziyasız proqram təminatının satışı və istifadəsinə qadağa qoyulub.

Apellyasiya müraciəti zamanı qərara məhkəmə tərəfindən yenidən baxılacaq. Bundan başqa, məhkəmə icraçıları qərarın yerinə yetirilməsinə nəzarət etmək məqsədilə “Kontakt” mağazalarında mühasibat hesabatları ilə tanış olub, anbarlarda müntəzəm yoxlamalar aparmaq hüququna malikdirlər.

"Məhkəmənin bu qərarı müştərilərimizi təhlükəsizlik, hüquq və maliyyə baxımından saxtakarlıq qurbanlarına çevrilmə risklərinin qarşısını almağa yönəlmiş səylərimiz istiqamətində atılan əhəmiyyətli bir addımdır. Bu, bizə saxta proqram təminatının istifadəsi nəticəsində daim artan kibertəhlükələrə qarşı mübarizədə təhlükəsiz və hüquqi metodların tətbiqi imkanlarının yaradılması üçün yardım edəcək. Azərbaycanda da təhlükəsiz kiberməkanın qurulması naminə rəqəmsal cinayətlərə qarşı effektiv mübarizə ən vacib məqamlardan biridir”, - deyə “Microsoft”un Mərkəzi və Şərqi Avropa üzrə Rəqəmsal cinayətlər şöbəsinin baş hüquqşünası Marya Laytinen (Marja Laitinen) bildirib.

Xəbər 3309 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +