“İranda aksiya liderləri edam olunacaqlar”
Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü
Əli Əsədov İbrahim Məmmədova vəzifə verdi
Hava 3 gün narahatlıq yaradacaq
ABŞ üç ölkəyə qarşı sanksiya tətbiq etdi
Atəşkəs snayperlərlə pozulub
Bu gün Beynəlxalq Kişilər Günüdür
Tbilisidə polis aksiyanı dağıtmağa başladı
20 il torpaqla qidalanan insan - VİDEO
Tofiq Yaqublu azadlığa buraxılıb


30.05.2017  15:09 

“Gilan Holding”də nə baş verir: Şirkət “əl dəyişib”?





A+  A-

Ölkənin ən böyük şirkətlərindən biri olan "Gilan Holding"lə bağlı təzadlı məlumatlar yayılır.
Məlumata görə, bir neçə gün əvvəl "Gilan Holding"in sahibi dəyişib.

Mənbə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus bu nəhəng biznes strukturunun kimin nəzarətinə keçməsi ilə bağlı məlumat versə də, rəsmi açıqlama verilmədiyinə görə, detallı yazılmayıb.

Məlumatı dəqiqləşdirmək üçün şirkətin saytında yerləşdirilən əlaqə nömrəsinə edilən zəngdən də bir nəticə hasil olmayıb.

Telefon zənginə cavab verən xanım əməkdaş nə mətbuat xidməti, nə də başqa bir məsul şəxslə calaşdıra bilməyəcəyini deyib: "Belə bir səlahiyyətim yoxdur".

Məlumatı diqqətçəkən edən daha bir vacib məqam ondan ibarətdir ki, anoloji xəbərlər hələ vəzifədə olarkən keçmiş nəqliyyat naziri Ziya Məmmədov və yaxın ətrafına məxsus şirkətlər barəsində də yayılmışdı. Çox keçməmiş nəqliyyat naziri nəinki "istirahətə" göndərildi, rəhbərlik etdiyi nazirlik belə ləğv olundu.

Qeyd edək ki, sabiq və indiki nazirlər arasında ən böyük biznes imperiyasının da Kəmaləddin Heydərova və ailəsinə məxsus olduğu deyilir. Mətbuatda dərc olunan və indiyə qədər təkzib olunmayan məlumatlara əsaslansaq, "fövqəlnazir"in 300-ə yaxın şirkətə nəzarət etdiyini söyləmək olar.

"Gİlan Holding" özü də ayrılıqda onlarla şirkəti özündə birləşdirən - tikinti, turizm, sənaye sahələri başda olmaqla müxtəlif biznes növləri ilə məşğul olan nəhəng biznes strukturudur.

(qaynarinfo.az)

Xəbər 3785 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.11.2019  20:18 

Millimiz Qazaxıstana da uduzdu

19.11.2019  13:25 

Hava 3 gün narahatlıq yaradacaq

19.11.2019  12:10 

Bu qəsəbədə su olmayacaq

19.11.2019  09:22 

Atəşkəs snayperlərlə pozulub


BÜTÜN XƏBƏRLƏR +