Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


30.05.2017  14:39 

Ziya Məmmədov istintaq üçün ABŞ-a təhvil verilə bilərmi?





A+  A-

ABŞ-da prezident Donald Trampın Rusiya ilə əlaqələrini və Moskvanın Amerika seçkilərinə müdaxiləsini araşdırmaq üçün xüsusi prokuror təyin olunmasından 12 gün ötür.
Ötən müddət ərzində xüsusi prokuror, Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Robert Müllerin apardığı araşdırmaya dair heç bir məlumat verilməyib. Xüsusi prokuror Trampın Rusiya ilə birbaşa və dolayısı təmaslarına dair bütün faktları, o cümlədən onun müxtəlif ölkələr üzrə şübhəli biznes sövdələşmələrini araşdırıb ortaya konkret nəticə qoymalıdır. Bu araşdırmalar Azərbaycanın sabiq nəqliyyat naziri, onun ailəsinin sahib olduğu “Garant holdinq” üçün də yaxşı nəticələr verməyə bilər. Çünki sabiq nəqliyyat naziri hakimiyyətdaxili oyunlardan nisbətən az itki ilə çıxa bilsə də, belə görünür ki, qlobal araşdırmaların qurbanına çevrilə bilər. Məlumdur ki, Məmmədovlar Trampın icazəsi ilə Bakıda “Trump Hotel” inşa etdiriblər. Robert Müller Trampın özünün və yaxın ətrafının, habelə onun “Trump Organization” şirkətinin “Rusiya hökuməti və ona bağlı şəxslərlə istənilən əlaqəsini və ya koordinasiyalı fəaliyyətini”, habelə araşdırmanın gedişində meydana çıxan və ya çıxa biləcək istənilən sualları araşdırmaq səlahiyyətindədir. Bu isə o deməkdir ki, Trampın və adamlarının 2016-cı il prezident seçkiləri ərəfəsində atdığı bütün addımlar, bütün biznes sövdələşmələri araşdırma predmetidir.

Əgər bu araşdırmalar çərçivəsində xüsusi prokuror Azərbaycanın sabiq nəqliyyat nazirini dindirmək istəsə və ya Ziya Məmmədovun konkret qanunsuz əməlinə görə saxlanılması zərurəti meydana çıxsa, hansı addımlar atıla bilər?

Hüquqşünas Əkrəm Həsənov deyir ki, Azərbaycanla ABŞ arasında cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında razılıq yoxdur. Buna görə də xüsusi prokuror Ziya Məmmədovun Donald Tramp, onun şirkəti ilə qanunazidd əlaqələrini müəyyən etsə belə, sabiq nəqliyyat nazirinin ABŞ-a təhvil verilmək təhlükəsi yoxdur: “Azərbaycanın Ziya Məmmədovu Amerikaya təhvil vermə öhdəliyi yoxdur. Ziya Məmmədov Azərbaycan vətəndaşıdır. Mümkündür ki, xüsusi prokuror topladığı faktları Azərbaycan prokurorluq orqanlarına yollaya və müvafiq addımların atılmasını istəyə bilsin. Amma bu halda da hansısa hərəkətliliyin olacağına inanmıram. Azərbaycan dövlətinin xarici məhkəmədə zərurət yarandığı təqdirdə vətəndaşının dindirilməsini təmin etmək öhdəliyi yoxdur. Ziya Məmmədov öz xoşu ilə dəvət edildiyi istintaq araşdırmalarına qatıla bilər. Özünə əmindirsə, bilirsə ki, qanunsuz bir addımı olmayıb, gedib ifadə verə bilər. Söhbət ondan gedir ki, sabiq nazir özünə əmindir ki, gedib o məhkəmələrdə çıxış etsin?”

Hüquqşünas deyir ki, Z.Məmmədova ABŞ-dan xüsusi prokurorun apardığı araşdırmalar çərçivəsində məhkəmədə dindirilməsi üçün çağırış gəlsə və sabiq nazir çağırışa əhəmiyyət verməsə, bu artıq göstəricidir: “Belə nəticə çıxarıla bilər ki, sabiq nazirin qorxduğu, çəkindiyi nəsə var. Amma hələlik belə bir çağırış yoxdur və xüsusi prokurorun araşdırmalarının nə ilə nəticələnəcəyini gözləmək lazımdır”.

Ə.Həsənov bildirib ki, sabiq nəqliyyat nazirinin Donald Trampın şirkətləri ilə əlaqələrini Azərbaycan hüquq-mühafizə orqanları da araşdıra bilər: “ABŞ-da aparılan araşdırmalarla yanaşı, Azərbaycanda da bu məsələlər araşdırıla bilər. Qanunsuzluqlar varsa, Azərbaycanda sabiq naziri cəzalandıra bilərlər”.

Qeyd edək ki, D.Trampın şəxsi hüquq müşaviri Maykl Koen xüsusi prokurorun potensial təhqiqat obyektidir. Maykl Koenin Bakıdakı “Trump Hotel”in fonunda Trampın qızı İvanka və digərləri ilə çəkilmiş fotosu internet resurslarında yer alır. Yada salaq ki, Bakıda “Trump Hotel”i Ziya Məmmədovun ailəsi “Trump Organization”la françayzinq müqaviləsi əsasında tikmişdi. Lakin seçkilərdən 1 ay sonra Tramp bu müqaviləni ləğv etdi. Buna baxmayaraq, Trampın Bakıdakı otelə onun adının verilməsi və layihənin idarə edilməsi üçün Məmmədovlardan 2 milyon 800 min dollar aldığı məlumdur. Sənədlərdə “Trump Hotel”in sahibi kimi Ziya Məmmədovun qardaşı Elton Məmmədovun “Baku XXI Century” LLC şirkəti çıxış edir. Lakin layihənin keçmiş nazirin oğlu Anar Məmmədov tərəfindən həyata keçirildiyi məlumdur. Hotel hazırda yarımçıqdır və istifadəyə verilməyib. Təhqiqat müddətinin bir neçə aydan 1 ilə qədər uzanacağı da bildirilir. İstənilən halda yaxın 1 il ərzində ABŞ prezidenti ilə yanaşı, Azərbaycanın sabiq nəqliyyat nazirinin də taleyini həll edəcək araşdırmaların nəticələri ortalıqda olacaq. (musavat.com)

Xəbər 2205 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +