Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


26.05.2017  18:41 

Azərbaycanda ailə həkimləri hazırlanır





A+  A-

Mayın 26-da bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) təşkilatçılığı ilə Mingəçevir və Yevlax Ailə Sağlamlıq Mərkəzlərində çalışan həkimlər üçün seminar keçirilib.
İTSDA-dan XəzərNews.az-a verilən məlumata görə Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Azər İsmayılov İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin seminar iştirakçılara ünvanlandığı məktubunu oxuyub:
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsas məqsədlərindən biri İlkin Səhiyyə Xidmətlərinin gücləndirilməsi, ailə həkimliyi institutunun inkişaf etdirilməsidir. Ailə həkimlərinin bilik və bacarıqlarının artırılması, onlara beynəlxalq təcrübənin öyrədilməsi olduqca zəruridir. Bununla həm göstərilən tibbi xidmətlərin keyfiyyəti, həm də əhalinin tibbi xidmətlərə əlçatanlığı artırılacaq”.
Seminarda ürək-damar və tənəffüs sistemi xəstəliklərinin erkən aşkarlanması, müasir diaqnostika üsulları və müalicəsi, həmçinin təcili təxirəsalınmaz halların idarə olunmasında ailə həkimlərinin roluna dair mövzular işıqlandırılmış, həkimlərin praktiki bacarıqlarının təkmilləşdirilməsi üçün məşğələlər keçirilmişdir. Seminar Türkiyə Ailə Həkimliyi Dərnəyinin üzvləri MuratSoyal və Hakan Uzun tərəfindən aparılıb. Seminar mayın 27-də də davam edəcək.
Pilot ərazilərdə fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə Agentlik tərəfindən gələcəkdə də təlim və praktiki seminarların keçirilməsi planlaşdırılır.

Xəbər 3359 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +