“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


26.05.2017  16:55 

Maşın qiymətinə semestr imtahanı - Səməd Seyidovun sələfi ADU-da “narıncı inqilab” edir?





A+  A-

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Əfqan Abdullayevin universitetdə gördüyü işlərlə bağlı ilginc məlumatlar yayılıb.
Məlumata görə, sabiq rektor, deputat Səməd Seyidov tərəfindən vaxtilə "qələmi qırılmış” Ə.Abdullayevin ADU-da iqtidara gəlişi keçmiş dekanın əl-qolunu əməlli- başlı açıb. O, universitetdə ciddi "islahat”lara başlayıb.

Ə.Abdullayevin "narıncı inqilabı” ilk dövrlərdə birbaşa S.Seyidova qarşı jestlərlə müşayiət olunub.

Rektor xələfinin işdən qovduğu kadrları yenidən ADU-ya qaytarıb, kadr islahatlarında anti-seyidovçu qruplaşmanı gücləndirib və yanına alıb, üstəgəl elmi şura iclaslarında gözlənilmədən təyinatlar verib, dekan və kafedra müdirləri təyin edib.

Hazırda bu şəbəkənin formalaşması nəticəsində ADU artıq "Kooperasiya”, "ABU, "Təfəkkür”, "Bakı Biznes” kateqoriyalı təhsil müəssisələrinin gününə düşməkdədir. Rektorun yaratdığı mühit universitetdə semestr imtahanlarının keçirilmə mexanizminə ciddi təsir edir.

Məsələn, ADU-da çalışan nüfuzlu müəllimlərdən birinin redaksiyamıza dediklərinə diqqət edək:

"Xarici Dillər Universitetində imtahanın qiymətləri 3000-5000 manat civarında dəyişir. Fanastik rəqəmdir. Yəqin ki, kimsə buna inanmayacaq. Çünki bu dövrdə hansı tələbə 3000 manat semestrdə pul xərcləyər deyə soruşa bilərsiniz.

Amma inanın ki, tariflər belə müəyyən edilib və tələbələr arasında da xeyli sayda uşaq var ki, həmin məbləği gətirib verirlər. Adam dəhşətə gəlir ki, valideyn də buna etiraz eləmir və təxminən işlənmiş ortabab bir maşının pulunu imtahanda xərləyirlər”.

Müəllimin sözlərinə görə, ADU-da bir neçə il qabaq 10 milyonlarla manat vəsaitin mənimsənilməsi faktının sirri indiyə qədər açılmayıb və ola bilsin ki, semestrlərdən yığılan pullar oğurlanan həmin maliyyənin yerini doldurmağa yönəldilir.

ADU-da maxinasiyalar S.Seyidovun rəhbərliyi dönəmində həyata keçirilmişdi və Hesablama Palatası ilə digər qurumların yoxlamaları nəticəsində bu faktlar aşkarlanmışdı.

Sonra S.Seyidov 2015-ci ildə deputat seçildiyi üqçün rektor ola bilmədi, onu əvəzləyən mərhum Dünyamin Yunusov də təhsil ocağında hər hansı islahatlarla yadda qalmadı.

Ən nəhayət Səməd Seyidovun qəzəbinə tuş gələndən sonra Təhsil Nazirliyində özünə iş tapa bilmiş Əfqan Abdullayevin 2016-cı ilin sentyabrında arzuları qismən gerçəkləşdi.

Təhsil naziri onu Tədris işləri üzrə prorektor təyin etdi. Elə universitetin "qara günləri” də bundan sonra başladı. O, nazirlikdəki yüksək vəzifəli şəxslərin adından istifadə edərək Dünyamin Yunusovun işlərini pozmağa başladı.

Nəhayət, nazirliyə ötürdüyü informasiyalarla rəhbərliyin Yunusova qarşı rəyini dəyişdi. Və M. Cabbarov onu rektor əvəzi təyin etdi.

Ə.Abdullayevin gəlişi ADU-nu təhsil bazarına çevirdi: intriqalar, özbaşınalıq, dostbazlıq, qohumbazlıq, sessiya zamanı maxinasiyalar...

Deyilənə görə, rektorun qəribə xasiyyəti var. O, Elmi Şuranın, fakültənin iclaslarında qəfildən hansısa xanımı təqdim edir ki, sizə dekan, yaxud kafedra müdiri qoyuram.

Bunlara Zarina və Vüsalə adlı xanımları (hər ikisini dekan təyin edib) misal çəkmək olar. Və yaxud struktur islahatları keçirir, hansısa fakültələri birləşdirir, adlarını dəyişir. Bu azmış kimi, vəzifələrə təyinatda ixtisas və elmi dərəcələr nəzərə alınmır.

Əldə etdiyimiz digər informasiyalara görə, son məlumatlardan biri universitetə təzə işə götürülmüş mühəndis Adil Balayevin hansısa saxta tender sənədinə imza atmaqdan imtina edərək istefa verməsidir.

Maraqlıdır ki, vaxtilə geniş maxinasiyalara görə S.Seyidovun qovduğu Təsərrüfat işləri ürə prorektor Tahir Hüseynovun qardaşının kürəkəni İlkin Ələkbərli üçün Hüquq şöbəsi yaradıb və onu həmin şöbəyə müdir təyin edib.

İ.Ələkbərov son olaylarda MTN-dən işdən çıxarılmış kadrlardan biridir. Adil Balayev də vaxtilə Tahir Hüseynovun yaxın adamlarından biri olub.
Bütün bu proseslər ADU-dakı nüfuzlu müəllimlərin ölkə rəhbərliyinə müraciət etməsi zərurəti yaradıb.

Eyni zamanda Bakı Slavyan Universiteti ilə Azərbaycan Dillər Universitetinin birləşdirilməsi mövzusu yenidən aktuallaşıb.

Təhsil eksperti Əjdər Ağayev də mətbuata bildirmişdi ki, bu iki universitetdə bir aspekt var, o da dildir. Yeni dillər də tədris olunmaqla iki universiteti birləşdirib, daha geniş və böyük Azərbaycan Dillər Universiteti yaratmaq olar.

(bakipost.az)


Xəbər 1845 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +