Füzulinin Zərgər kəndindən - Video
Yoluxanların sayı azaldı
Tərtərdə yer şumlayarkən minaya düşdü
Ermənistanda daha bir aksiya
Navalnının qardaşı da həbs edildi
Qriqoryan Moskva görüşündən danışdı
Rayonlara yenə qar yağacaq
Arif Həbibi vəfat etdi
Daha 3 erməni hərbçinin meyiti tapıldı
Bu da Kəlbəcərin Alıbəyli kəndi - Video


24.05.2017  11:23 

Beynəlxalq Bankın reytinqlərinə yenidən baxıla bilər





A+  A-

Azərbaycan Beynəlxalq Bankı dünən Londonda bankın xarici kreditorları ilə keçirilən görüşə münasibət bildirib.
Beynəlxalq Bankın mətbuat xidmətindən XəzərNews.az-a verilən bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimov görüşün gözlənildiyindən də konstruktiv keçdiyini deyib.
Onun sözlərinə görə, görüş barədə yayılmış press-relizdə də göstərildiyi kimi, bankın xarici kreditorlarına üç istiqamət üzrə təkliflər təqdim olunub. Xarici öhdəliklərin restrukturizasiyası prosesi plana uyğun şəkildə davam etdiriləcək.
Bu görüşdən sonra yaxın günlərdə hansı gözləntilərin olmasına gəlincə, A.İbrahimov qeyd edib ki, xarici ölkələrdə eyni prosesi keçmiş başqa bankların təcrübəsinə istinad edilsə, yaxın günlərdə ABB-nin reytinqlərinə yenidən baxılması gözləniləndir.

“Ola bilər ki, beynəlxalq reytinq agentlikləri bankın reytinqlərini müvəqqəti aşağı salsınlar. Bunun bu günlərdə baş verməsi ehtimal edilir. Amma bu, bankın vəziyyətinin pisləşməsinə dəlalət etmir. Bundan əvvəl də qeyd etdiyimiz kimi, belə bir yanaşma agentliklər tərəfindən tətbiq edilən ənənəvi qaydadır. Bu, restrukturizasiya prosesində agentliklərin standartlarını və normal praktikasını əks etdirir. Restrukturizasiya prosesi keçən bankın reytinqləri aralıq mərhələdə bir qayda olaraq müvəqqəti aşağı salınır. Proses bitdikdən sonra isə yüksəlir”.
Onun sözlərinə görə, restrukturizasiya prosesi Azərbaycan Beynəlxalq Bankının maliyyə mövqeyini gücləndirəcək və bankın reytinqləri əvvəlkindən də yüksək səviyyədə olacaq. “Azərbaycan dövləti hər zaman Azərbaycan Beynəlxalq Bankının yanındadır və banka dəstəyini davam etdirir. Öhdəliklərin restrukturizasiyası planının elan olunması da bu bankın gələcəyinə doğru çox mühüm addımdır. Bu, kreditorlarımıza bizimlə birgə çalışmaq, Azərbaycan Beynəlxalq Bankının uğurlarına, stabil inkişafına və dayanıqlılığına əmin olmaq üçün yol xəritəsi təqdim edir. Biz restrukturizasiya prosesinin uğurla başa çatacağına tam əminik. Azərbaycan Beynəlxalq Bankı bu proses nəticəsində əvvəlkindən də yüksək maliyyə mövqeyinə malik olacaq” deyə A.İbrahimov qeyd edib.
O, bildirib ki, restruktirizasiya prosesində bank bütün əməliyyatları normal rejimdə davam etdirəcək. Azərbaycan Beynəlxalq Bankı öz müştərilərinə əvvəlki kimi yenə də tam və yüksək keyfiyyətlə xidmət göstərəcək.

Xəbər 498 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.01.2021  17:29 

Yoluxanların sayı azaldı

28.01.2021  17:03 

İrandan ABŞ-a sərt mesaj

28.01.2021  15:54 

Ermənistanda daha bir aksiya

28.01.2021  14:57 

Serj Sarkisyan koronavirusa yoluxdu

28.01.2021  14:09 

Rayonlara yenə qar yağacaq

28.01.2021  13:36 

Arif Həbibi vəfat etdi

28.01.2021  12:08 

Cavad Zərif Gürcüstandadır

27.01.2021  22:11 

“WhatsApp”da virus yayılır


BÜTÜN XƏBƏRLƏR +