“ASAN” da işləməyəcək
Sabah külək güclənəcək
Buraxılış imtahanlarının vaxtı da dəyişdirildi
Həftəsonu metro və avtobuslar işləməyəcək
Trampın qızı etirazlara dəstək oldu
Azərbaycanda 5 yeni lisey yaradıldı
Azərbaycanda zəlzələ oldu
Azərbaycanda işin başlama vaxtı dəyişə bilər
Həftəsonu imtahanlar olacaq? - Açıqlama
Təhsil Nazirliyinə 2 milyon manat ayrıldı


23.05.2017  16:52 

Baş Prokurorluqdan daha bir sayta XƏBƏRDARLIQ





A+  A-

Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Bastainfo.com” internet portalında dərc edilmiş məqalədə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələbləri kobud surətdə pozulmaqla Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.
XəzərNews.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, qeyd edilənlərlə əlaqədar internet portalının baş redaktoru Mustafa Hacılı Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə bu xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Xəbər 534 dəfə oxunub.




04.06.2020  16:19 

“ASAN” da işləməyəcək

04.06.2020  15:08 

Sabah külək güclənəcək

04.06.2020  14:03 

Baş Nazir qadağaları elan etdi

04.06.2020  09:06 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +