Prezident Rosen Jelyazkovu qəbul edib
Balaəli özünə qadağa qoyub
Polis əməliyyat keçirib, saxlanılanlar var -Foto
Ceyhun Bayramov Sergey Lavrovla görüşüb
“Lay-lay balam a lay-lay” silsiləsindən….
İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü başlayıb
Həkim-cərrah intihar edib - Azərbaycanda
Rövnəq Abdullayev daha bir vəzifəsini itirir
Yüksək rütbəli azərbaycanlı zabit həlak olub
Pərvin Həsənov işdən azad olunub


19.05.2017  17:03 

Güclü külək Daşkəsənə ziyan vurdu





A+  A-

Mayın 19-da saat 13-30 radələrində Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət, güclü külək əsməsi - qasırğa nəticəsində bina və evlərə, o cümlədən, Daşkəsən şəhərinin yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi minik avtomobillərinə ziyan dəyib.
Daşkəsən rayon İcra Hakimiyyətindən XəzərNews.az-a verilən məlumata görə, şəhər İ.Qayıbov küçəsi 30 və 30a, 5 mərtəbəli, S.Vurğun küçəsi 24a, 2 mərtəbəli yaşayış binalarının dam örtüyünə ziyan dəyib. İ.Qayıbov küçəsi 30a, 5 mərtəbəli yaşayış binasının dam örtüyünə daha ciddi ziyan dəyib, güclü külək həmin binanın dam örtüyünü tamamilə sıradan çıxarıb, taxta konstruksiyalarla birlikdə binanın üstündən atıb.

10-dan artıq elektrik dayağı, 300 paqon metrdən artıq elektrik kabeli, 3 rabitə dayağı, 100 paqon metrdən artıq rabitə kabeli sıradan çıxıb.

Hadisə ilə əlaqədar həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Rayon Mərkəzi Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.

Baş vermiş hadisə ilə əlaqədar aidiyyəti qurumlara müvafiq məlumat verilib.

Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.

Xəbər 1393 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.03.2024  10:47 

Xatun Əliyeva nənə olub -Foto

04.03.2024  10:42 

Qazaxıstanda zəlzələ olub

04.03.2024  10:08 

Balaəli özünə qadağa qoyub

04.03.2024  08:23 

Benni Qantz ABŞ-a gedib

04.03.2024  01:54 

Sakit okeanda zəlzələ olub

04.03.2024  01:39 

Salyanda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +