19.05.2017 10:18
İslamiada: Bu gün 7 növ üzrə mübarizə gedəcək
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 7 növ üzrə mübarizə gedəcək.
XəzərNews.az-ın məlumatına görə, bu növlərdən 4-də - Atletika / para-atletika və suya tullanmada növbəti, stolüstü tennis və sərbəst güləşdə isə ilk medal dəstləri sahiblərini tapacaq.
Azərbaycan idmançılarının bu növlərin hamısında medal qazanma şansları var. Atletika / para-atletikada indiyədək bir çox medal əldə olunubsa, suya tullanmada ölkənin aktininə hələlik bir bürünc medal yazılıb. Stolüstü tennisdə qadınların fərdi mübarizəsində Azərbaycanın 2 təmsilçisi yarımfinala yüksəlib. Keçirəcəkləri görüşlərin nəticələrindən asılı olmayaraq, ən azı biri medalı təmin edib. Sərbəst güləşdə isə ilk yarış günündə 4 çəkidə mübarizə gedəcək.
Voleybolçu kişilərin mübarizəsində keçiriləcək oyunlarla qrup mərhələsinə yekun vurulacaq. Azərbaycan yığması qrup birincisi kimi yarımfinala vəsiqəni təmin edib. Növəti mərhələdə rəqib böyük ehtimalla Əlcəzair olacaq. Bugünkü oyunlardan sonra bu ada tam aydınlıq gələcək. Basketbol 3X3 növündə mübarizəyə qələbələrlə başlayan kişi və qadınlardan ibarət yığmalar qrupda son oyunlarını keçirəcəklər. Bununla da 1/4 finala vəsiqələr sahiblərini tapacaq. Tennisdə isə qadınların fərdi mübarizəsində Umayra Haşımova 1/8 final görüşünü keçirəcək.
Qeyd edək ki, hələlik Azərbaycanın aktivində 116 medal var. Bunlardan 59-u qızıl, 33-ü gümüş, 24-ü bürüncdür.
Atletika
Kişilər
4X100 metr estafet qaçışı: Təsnifat mərhələsi. Azərbaycan (Kamran Əsgərov, Nazim Babayev, İlham İksanov, Yevgeni Kasilov, Ramiz Məlikov, Rahib Məmmədov
Nizə atma: Final. Orxan Qasımov
Uzunluğa tullanma: Final. Orxan Aslanov, Nazim Babayev
Hündürlüyə tullanma: Final. Azər Əhmədov
400 metr T12: Təsnifat mərhələsi: Ülvi Şıxəliyev, Elmir Cəbrayılov
4X100 metr estafet qaçışı (T11 / T12 / T13): Final. Azərbaycan (Zeynal Miskərli, Kamil Əliyev, Elmir Cəbrayılov, Nurlan İbrahimov, Teymur Qasımov, Elçin Muradov)
Qadınlar
Lövhə atma: Final. Hanna Skidan
200 metr T12: Təsnifat mərhələsi. Yelena Çebanu, İradə Əliyeva
1500 metr: Final. Anastasiya Komarova
4X100 metr estafet qaçışı: Final. Azərbaycan (Nazan Azməmmədli, Zəkiyyə Həsənova, Alyona Xeyrutdinova, Yelena Pextıryova, Valeriya Həsənova)
Bakı Olimpiya Stadionu
Basketbol 3X3
Kişilər
A qrupu
16:30. Türkiyə - Türkmənistan
17:00. Səudiyyə Ərəbistanı - Azərbaycan
18:30. Türkmənistan - Pakistan
19:00. Səudiyyə Ərəbistanı - Türkiyə
20:00. Azərbaycan - Pakistan
Xal durumu: Səudiyyə Ərəbistanı - 4, Azərbaycan - 4, Türkiyə - 2, Türkmənistan - 0, Pakistan - 0.
B qrupu
11:00. İndoneziya - Kot dİvuar
11:30. Mali - Qətər
12:30. Kot dİvuar - İordaniya
13:00. Mali - İndoneziya
13:30. Qətər - İordaniya
Xal durumu: Qətər - 4, Mali - 2, İndoneziya - 2, Kot dİvuar - 2, İordaniya - 0.
Qadınlar
A qrupu
10:00. Türkmənistan - Əlcəzair
10:30. Mali - Azərbaycan
12:00. Mali - Türkmənistan
Xal durumu: Azərbaycan - 4, Mali - 2, Əlcəzair - 0, Türkmənistan - 0.
B qrupu
15:30. İndoneziya - Suriya
16:00. Fələstin - Türkiyə
17:30. Suriya - Pakistan
18:00. Fələstin - İndoneziya
19:30. Türkiyə - Pakistan
Xal durumu: Türkiyə - 4, Suriya - 2, İndoneziya - 2, Fələstin - 2, Pakistan - 0.
Basketbol Arenası
Suya tullanma
Kişilər
3 metr tramplin sinxron: Final. Artyom Danilov - Dmitri Sorokin
Qadınlar
10 metr platforma: Təsnifat mərhələsi. Olqa Bıkovskaya
Bakı Su İdmanı Mərkəzi
Stolüstü tennis
Qadınlar
Fərdi yarımfinal
10:00. Miao Vanq (Azərbaycan) - Melek Hu (Türkiyə)
11:00. Jinq Ninq - Neda Şahsavari (İran)
"Sərhədçi" İdman Olimpiya Mərkəzi
Tennis
Qadınlar
Fərdi
1/8 final. Umayra Haşımova - Jahan Bayramova (Türkmənistan)
Bakı Tennis Akademiyası
Voleybol
Kişilər
A qrupu
10:00. Türkiyə - Fələstin
12:30. Türkmənistan - Pakistan
Xal durumu: Azərbaycan - 11 xal (4 oyuna), Türkiyə - 6 (3), Pakistan - 4 (3), Türkmənistan - 3 (3), Fələstin - 0 (3).
B qrupu
17:00. Qətər - Mərakeş
19:30. Əlcəzair - Səudiyyə Ərəbistanı
Xal durumu: İran - 12 xal (4 oyuna), Əlcəzair - 6 (3), Qətər - 3 (3), Mərakeş - 3 (3), Səudiyyə Ərəbistanı - 0 (3).
Bakı Kristal Zalı-1
Sərbəst güləş
57 kq
1/4 final. Mahir Əmiraslanov - Roland Tambi Nforsonq (Kamerun)
65 kq
1/8 final. Məhəmməd Müslümov - Aşi İnnosent Abbe (Kot dİvuar)
74 kq
1/8 final. Cəbrayıl Həsənov - Peyman Yarəhmədi (İran)
97 kq
1/4 final. Nurmaqomed Hacıyev - Yusup Melejayev (Türkmənistan)
Heydər Əliyev adına İdman Arenası
Xəbər 1443 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|