“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


15.05.2017  15:27 

Kamran Əliyev: “O maşınlar ölüm mənbəyidir”





A+  A-

Bəzi nəqliyyat vasitələri istismara tam yararsız olsa da, yol polisinin gözündən yayınan sürücülər onlardan istifadə edirlər. Bu avtomobillərin sürücüləri özləri ilə bərabər, digər nəqliyyat vasitələrinin hərəkətinə də ciddi təhlükə yaradırlar.
Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev də açıqlamasında texniki cəhətdən tamamilə nasaz olan avtomobilləri ciddi təhlükə mənbəyi hesab edir.
“Texniki cəhətdən nasaz olan avtomobillərin sahibləri mümkün qədər çalışırlar ki, illik texniki baxışdan yayınsınlar və müəyyən məqsədlər üçün o nəqliyyat vasitələrindən istifadə edirlər. Belə hallar aşkarlandıqca, əməkdaşlarımız tərəfindən həmin nəqliyyat vasitələrinin istismarının qarşısı alınır və həmin maşınlar mühafizə olunan duracağa yerləşdirilir. Bununla yanaşı, biz dəfələrlə həmin nəqliyyat vasitələrinin sürücülərinə də müraciət etmişik ki, texniki cəhətdən nasaz olan, ümumiyyətlə istismara yararsız olan maşınlardan istifadə etməsinlər. Belə nəqliyyat vastələrindən istifadə həm onun sahibi, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaradan amillərdəndir. Bizim bu müraciətə düşünülmüş şəkildə yanaşan sürücülər çoxdur”.

Şöbə rəisi bildirib ki, istismar ili çox olan avtomobillər arasında normal vəziyyətdə olanlar da az deyil:
“Elə nəqliyyat vasitələri var ki, onların istismar ili çox olsa da, zahiri görünüşü normaldır. Lakin onun istismar ilinin həddən artıq çox olması, metalının da həddən artıq korroziyaya uğraması, yəni hər hansı bir zərbəyə davamlılığının olmaması məsələləri var.
Sürücülər özləri bu məsələləri nəzərə almalıdırlar. Çünki korroziyaya uğramış, uzun müddət istismarda olan avtomobil kiçik toqquşmada belə, təhlükəli vəziyyət yaradır. Normal bir avtomobilin sərnişinləri hansısa toqquşmada yüngül xəsarət ala bilərlərsə, uzun müddət istismarda olan avtomobil yüngül toqquşmada ölümə səbəb ola bilər. Ona görə də insanlar ilk növbədə öz həyatını, təhlükəsizliyini düşünərək, köhnə avtomobillərdən istifadə etməməlidirlər”.

Kamran Əliyev istismara yararsız avtomobillərin duracaqda qalaraq daha da yararsız vəziyyətə düşdüyünü deyib.

“Elə avtomobillər var ki, onlar uzun müddət duracaqda qaldıqları üçün artıq tam yararsız vəziyyətə düşür. Həmin nəqliyyat vasitəsinin sahiblərinin razılığı ilə bu nəqliyyat vasitələri dövlət hesabına metalloma təhvil verilir və çıxdaş edilir. Bir çox sürücü bunun marağındadır, çünki avtomobilin həmin şəxsin adında qalması, rəsmi qeydiyyatda olması həmin şəxsin müəyyən müavinətləralınmasa əngəl yaradır. Ona görə də hər kəs çalışır ki, istismara yararsızdırsa, istifadə etməyəcəksə, o avtomobilin qeydiyyat nişanlarını, qeydiyyat şəhadətnaməsini təhvil versin”.

(modern.az)

Xəbər 1447 dəfə oxunub.




16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +