“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


15.05.2017  14:23 

Beynəlxalq kiber hücumlar: Azərbaycana təhlükə var?





A+  A-

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi beynəlxalq kiber məkanda qlobal virus epidemiyası ilə bağlı xəbərdarlıq etmişdi.
İlkin məlumata görə kompüter qurğularının və informasiya sistemlərinin fəaliyyətinə ciddi təsir edən “WannaCry” virusu dünyanın 99 ölkəsində 75000-dən çox kompüter sistemində yayılıb.

“Kiber hücumlar haker səviyyəsindən çıxıb”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, virus yalnız 99 ölkədə deyil, bütün ölkələrdə, eləcə də Azərbaycanda da yayıla bilər. Bunun qarşısını almaq üçün aidiyyatı qurumlar tədbir görməlidir:

“Virus epidemiyasının təkcə həmin 99 ölkədə deyil, bütün ölkələrdə yayılma ehtimalı var. Çünki bu qlobal və açıq şəbəkə olan internet üzərindən yayılır. Həmin sahədə hansı istiqamətlər qorunmursa, ona daha çox təsir edir. Son dövrdə Azərbaycanda beynəlxalq yarışların keçirilməsi bu cür proseslərə qarşı diqqətin artmasına səbəb ola bilər.

Bu gün Azərbaycan da müəyyən dairələrin diqqət mərkəzindədir. Artıq son dövrlərdə bu cür hücumlar adi qurumlar, haker səviyyəsindən çıxıb. Hazırda kiber hücumlar dövlətlər, maliyyə qrupları, müəyyən təşkilatlar tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir. Əvvəllər isə bu, bir qədər təsadüfi formada olurdu. Amma indi maraqlı qüvvələr var və kiber hücumlarından silah kimi istifadə edirlər. Məqsəd isə qarşı tərəfi susdurmaq və çökdürmək , öz maraqlarını təmin etmək, inkişafın qarşısını almaq və.s-dir”.

“Monitorinqlər aparılmalı, profilaktik tədbirlər görülməlidir”

Ekspert bildirib ki, Azərbaycanda hələki ciddi fəsad yaradan kiber hücum halları qeydə alınmayıb:
“Daxildə də, kənarda da Azərbaycanı istəməyən maraqlı qüvvələr var. Xüsusən indiki məqamda bu cür hadisələr Azərbaycan üçün qaçınılmazdır. Bizdə bununla bağlı aidiyyatı dövlət qurumları - Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi var. Dövlət qurumlarının təhlükəsizliyinə bu qurum cavab verir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi isə vətəndaşların informasiya təhlükəsizliyini təmin edir. Bu qurumlar belə məqamda məsələni ciddi nəzarətə götürməlidirlər. Monitorinqlər aparılmalı, profilaktik tədbirlər həyata keçirilməlidir.

Son keçirilən yarışların təcrübəsi göstərir ki, aidiyyatı dövlət qurumları böyük tədbirlərdən üzü ağ çıxa bilirlər. Hələki ciddi fəsadlar olmayıb.
Sonuncu dəfə belə fəsad 2012-ci ildə keçirilən “Eurovision” yarışında olmuşdu. Amma Avropa oyunları, Formula 1 kimi yarışlarda hər şey yüksək səviyyədə həyata keçirilmişdi”.

Qeyd edək ki, baş vermiş yoluxmalar barədə və ya əməli yardıma ehtiyac olduqda vətəndaşların Elektron Təhlükəzilik Mərkəzinin “1654” “Qaynar xətt”inə zəng etməsi və ya [email protected] elektron ünvanına yazması tövsiyə olunur.

(modern.az)

Xəbər 2853 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +