İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


15.05.2017  14:17 

Azərbaycanda şəhid məzarları digərlərindən SEÇİLƏCƏK





A+  A-

Dünyanın bir çox ölkələrində olan məzarlıqların giriş hissəsində şəhidlərin dəfn olunması üçün xüsusi yerlər ayrılıb. Həmin yerlərdə ancaq şəhidlər dəfn olunur. Buna misal olaraq, qonşu Türkiyəni göstərmək olar.
Bəs Azərbaycanda niyə məzarlıqlarda şəhidlərin dəfn olunması üçün xüsusi yerlər ayrılmır?

XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a açıqlama verib.

Komitə sədri bildirib ki, qanunvericilikdə bununla bağlı müddəalar var.

“Bununla bağlı “Şəhid adının əbədiləşdirilməsi haqqında” qanun var. Həmin qanunda şəhid abidələrinin, məzarlarının hansı formada, necə və harada olması göstərilib. Bunlar da bilavasitə olaraq, müvaffiq icra hakimiyyəti orqanına, Müdafiə Nazirliyinə həvalə olunub”.

S.Novruzov deyib ki, nümunəvi qəbiristanlıqlarla bağlı qanun layihəsi hazırlanır.

“Həmin qanunda nümunəvi qəbiristanlıqların yaradılması və idarə olunması da öz əksini tapıb. Bu qanunda müəyyən istisnalar da var. Şəhid məzarları digərlərindən fərqlənməyəcək, amma seçiləcək. Gələcəkdə həmin qanun qəbul olunsa, ayrı-seçkilik də olmayacaq.

Son zamanlar torpaq, vətən uğrunda şəhid olan şəxsin məzarı onun doğulduğu bölgədə, ata-babalarının dəfn olunduğu qəbiristanlıqda yerləşir. Keçmişdə şəhid olan şəxsin nəşini Bakıya gətirirdilər. Şəhidlər Xiyabanında dəfn edirdilər. Daha sonra isə rayon və şəhərlərin mərkəzinə gətirib, orada dəfn edirdilər. Onlar harada dəfn olunmağından asılı olmayaq, şəhiddirlər. Həmin şəxslərin adları da şəhidlərin siyahısındadır. O, kənddə də, rayonda da, şəhərdə də dəfn olunsa, yenə də şəhid statusunu qoruyub saxlayır. O baxımdan da belə hesab edirəm ki, şəhid məzarları digərlərindən fərqlənməlidir. Doğulduğu və böyüdüyü yerdə dəfn olunmalıdır”.

Deputat hesab edir ki, məzarlıqların giriş hissəsində şəhidlərin dəfn olunması üçün xüsusi yerlər ayrılmasını heç kim nəzərdə tuta bilməz.

“Çünki ola bilər ki, sabah bizim şəhidimiz olmadı. Mən həmin yerlərin nəzərdə tutulmasını məqsədə uyğun hesab etmirəm. Əgər şəhidimiz olacaqsa, onun dəfn olunması üçün yer tapmaq və ya müəyyən etmək mümkündür”.

Xəbər 1155 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +