“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


15.05.2017  10:54 

2 nazirlik və 1 ASC ləğv edilir - Super nazirlik yaradılır





A+  A-

Azərbaycanda struktur islahatları çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ləğvi nəzərdə tutulur
XəzərNews.az bildirir ki, bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, ləğv ediləcək nazirliklərin və ASC-nin bazasında Kənd Təsərrüfatı və Ekologiya Nazirliyinin yaradılması layihəsi var: Aqrar sektorun priortitet elan edilməsi və eyni zamanda büdcə xərclərinin optimallaşdırılması iki nazirliyin birləşdirilməsini zəruri edir. Yeni nazirlik daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq".

Mənbənin məlumatına görə, başqa nazirlik və dövlət komitələrinin ləğvi və yenidən təşkili barədə təkliflər dəyərləndirilir. Güman ki, yaxın vaxtlarda elan ediləcək.

Mənbənin məlumatına görə, bu qurumların birləşdirilməsi ilə yanaşı orda işləyənlərin də sayının 50-60 faiz ixtisarı gözlənilir.

Bir qədər əvvəl baş nazirin müavini Əli Əhmədov dövlət idarəçiliyindəislahatların anansunu vermişdi: 2015-ci ildə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində 287,3 min nəfər çalışıb. Eyni zamanda, bu sahədə çalışanların sayında artım hiss olunmaqdadır. 2010-cu ildə dövlət idarəçiliyində çalışanların sayı 279 min nəfər olub. Ayrı-ayrı ölkələrdə dövlət idarəçiliyində çalışan işçilərin müqayisəsi onların əhalinin hər 10 min nəfərinə düşən sayı əsasında həyata keçirilir. "Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür (ordu və təhlükəsizlik xidmətlərində çalışanlar da buraya daxildir). Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır. Fərqin təxminən 2,5 dəfə olduğu bu müqayisənin ortaya çıxardığı ən diqqətçəkən məqamdır. Təhlilin ortaya qoyduğu digər reallıq idarəetmə sahəsində optimallaşma addımlarının atılmasının qaçılmaz olması ilə əlaqədardır. Söhbət həm şaquli, həm də üfüqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsindən gedir. Zəruri, optimal həddə ixtisarların aparılması ilə yanaşı yeni idarəetmə, o cümlədən inzibati-ərazi idarəetmə formalarının tətbiq edilməsi günün aktual probleminə çevrilib. İdarəçilik metodlarının təkmilləşdirilməsi, daha müasir formaların sınaqdan keçirilməsi bu sahədə arzuolunan islahatların digər istiqamətini təşkil edir. Dövlət idarəçiliyi aparatı nəinki sayca optimal olmalı, habelə çevikliyi, qərarların qəbulu müddətinin minimuma endirilməsi kimi keyfiyyətləri ilə seçilməlidir".

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC 2016-cı ilə qədər Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olub.

Son 1 ildə 3 dövlət komitəsi və 1 nazirlik ləğv edilib: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi. Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib. Nəqliyyat nazirliyi isə Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə birləşdirilib.

Xəbər 4958 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +