Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


09.05.2017  12:27 

Ermənilərin daha bir təxribat cəhdi boşa çıxdı





A+  A-

Mayın 6-da ABŞ-ın Los Anceles şəhərində mərhum prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar geniş konsert keçirilib.
Bu haqda XəzərNews.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib.

Konsulluğun təşkilatçılığı və Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyətinin dəstəyi ilə Los Ancelesin qədim və əzəmətli Orfeum Teatrında təşkil olunan konsert, 2 minə yaxın amerikalı tamaşaçı tərəfindən böyük rəğbət və ayaqüstü alqışlarla qarşılanıb.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri açaraq, çoxsaylı tamaşaçı kütləsini salamlayıb, bu əlamətdar günün önəmindən bəhs edib. Diplomat Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda göstərdiyi müstəsna tarixi xidmətlər barədə danışıb.


N.Ağayev həmçinin, bildirib ki Azərbaycanın inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və nəticədə, ölkəmiz bütün sahələrdə günü-gündən daha da qüdrətlənir. Həm bölgədə, həm də bütün dünyada nüfuzlu dövlət kimi qəbul olunur.


Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki,dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə, müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində tapıb.

Sonra Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən hazırlanmış, Heydər Əliyevin ömür yolunu əks etdirən video-material tamaşaçıların diqqətinə təqdim olunub.

Daha sonra konsert proqramı başlayıb. Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi altında nümayiş etdirilən proqramda Azərbaycan musiqisinin müxtəlif janrları təqdim olunub.

Xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, əməkdar artist Aygün Zeynalova, gənc müğənni Arzu Əliyeva, əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (nəfəsli alətlər), tanınmış ifaçılar Aydın Əliyev (qarmon), Elşən Qasımov (nağara) və Nərgiz Əliyeva (royal) tərəfindən yüksək məharətlə ifa edilən rəngarəng mahnı və muğam təsnifləri, simfonik musiqi əsərləri, ariyalar, eləcə də gənc rəqqasə Röyalə Əliyevanın təqdim etdiyi rəngarəng rəqslər bütün tamaşaçıları valeh edib.

Həmçinin, Qara Qarayevin “Yeddi Gözəl” baletindən valsın Kaliforniyanın San Dieqo Baleti tərəfindən ifası böyük maraq doğurub.

Konsert tamaşaçıların ayaqüstü və gurultulu alqışları ilə qarşılanıb.

Qeyd edək ki, Los Ancelesdəki radikal və aqressiv erməni lobbisi konsertdən öncə müxtəlif vasitələrlə konsertin keçirilməsinə mane olmağa çalışıblar.

Məqsədlərinə nail olmadıqlarını görən erməni lobbi təşkilatları, tədbir günü Orfeum Teatrının qarşısında etiraz aksiyası keçiriblər. Ancaq etiraz aksiyası konsertə gələn tamaşaçıların geniş etinasızlığı ilə üzləşərək, erməni lobbisinin növbəti uğursuzluğu ilə nəticələnib.

Xəbər 964 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +