İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


05.05.2017  12:23 

“Gelandewagen” görəndə yolumu dəyişirəm





A+  A-

Məmməd Araz küçəsi ilə mərkəzi prospektə doğru irəliləyərkən yanımdan qara rəngli bir “Gelandewagen” keçdi. Maşının uzaqlaşmasına imkan verməyib, sürücüyə əl elədim. Bu jestimi güzgüdə görən oğlan dərhal əyləci basdı. Almaniya istehsalı olan bu nəhəng maşına yaxınlaşanda, sükan arxasında əyləşmiş gənc şüşəni aşağı endirib, ədəblə salam verdi.
Onun salamını alsam da, söhbətə başlamağa tələsmədim. Oğlan bir qədər hövsələsizlik etdi: “Buyurun, müəllim. Mənə sözünüz vardı?”

Onu intizarda qoymayıb, birbaşa mətləbə keçdim: “Məni öldürmədiyin üçün sənə təşəkkür edirəm!”

Təəccübdən gənc sürücünün gözləri bərəldi, dili topuq vurdu: “Mən? Hə. Niyə?”

Söhbətə əvvəlki ciddiyətlə davam elədim: “Çünki sən varlısan, bahalı maşın sürürsən. Bizim ölkəmizdə varlılar kasıbları qarışqa kimi əzirlər”.

Deyəsən, oğlan bu sözlərimdən heç nə başa düşmədi. Çiynini çəkib, ehtiyatla soruşdu: “Elə şey olar?”

Ətraflı izahat vermək məcburiyyətində qaldım: “Bakıda belə hadisələr tez-tez baş verir. Məsələn, tanınmış iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəcov idarə etdiyi “Porsche” ilə dünən 24 yaşlı Xəyalə Məmmədovanı vurub öldürüb. Mərhumənin iki körpə qızı yetim qalıb”.

Oğlan təəssüflə başını buladı: “Yazıq uşaqlar...”

Araya sükut çökdü. Bu dəfə sükutu o pozdu: “Yəqin qəza törətmiş oğlanı tutarlar...”

Dünən mətbuatdan oxuduqlarımı ona danışdım: “Hazırda faktla bağlı araşdırma aparılır. Ağaəlinin atası Füzuli Fərəcov deyir ki, 14 yaşlı uşağı da tutarlar?”

Sözüm ağzımda qaldı: “14 yaşlı uşağın sükan arxasında nə işi var?!”

Bu dəfə mən başımı buladım: “14 yaşlı uşağı yox, 150 minlik maşının açarını ona verən valideyni tutmaq lazımdır”.

Oğlan dərhal reaksiya verdi: “Ay müəllim, onları tutanda da tez buraxırlar...”

Onunla razılaşmaqdan başqa çarəm yox idi: “Düz deyirsən. “Xəzər” Dəniz Gəmiçiliyi ASC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov idarə etdiyi “Gelandewagen” markalı avtomobillə 2014-cü ildə Xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşını və azyaşlı nəvəsini vurub öldürdü. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalidə 12 il iş kəsilsə də, cəmi 3 il sonra azadlığa çıxdı. Füzuli Fərəcovu tutsalar, içəridə heç ilyarım da yatmayacaq”.

Oğlan razılıq əlaməti olaraq başını tərpətdi. Fürsəti əldən vermədim: “Bax, buna görə sənə təşəkkür etdim. İstəsəydin, sən də məni vurub öldürərdin”.

Sürücü maşının şüşəsini bir qədər də aşağı endirib, başını mənə tərəf uzatdı: “Müəllim, mən kasıb bir ailənin övladıyam. Bu “Gelandewagen” tanınmış bir iş adamına məxsusdur. Mən onların ailə sürücüsüyəm. Kasıbçılıqla böyüdüyüm üçün indiyə kimi bir qarışqanı da ayaqlamamışam. Amma müdirin iki ərköyün qızı var. Arabir qızlar da sükan arxasına keçirlər. Özünüzü onlardan qoruyun”.

Oğlan ədəblə salam verdiyi kimi, ədəblə də sağollaşıb, maşını yerindən tərpətdi...

İndi harda qara rəngli “Gelandewagen” görürəmsə, dərhal yolumu dəyişirəm. Sizə də bunu məsləhət görürəm. Çünki varlı uşaqların sürdüyü bahalı maşınların təkərləri altında xurd-xəşil olmaqdan heç birimiz sığortalanmamışıq...

Seymur Verdizadə

Xəbər 3699 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +