İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


04.05.2017  10:52 

Mədəniyyətlərarası anlaşmanın inkişafı təşəbbüslərinə dəstək - III YAZI





A+  A-


Azsaylı xalqların mədəniyyətini geniş təbliğ etmək üçün son illərdə Xaçmaz və Lənkəran zonalarında mədəniyyət işçilərinin seminar-müşavirələri keçirilmişdir.
Şeyx Şamilin Balakənddə keçirilmiş yubiley tədbirində avar xalqının etnoqrafiyasını, incəsənətini əks etdirən sərgi təşkil edilmişdir.
Azsaylı xalqların həyatını daha geniş əks etdirmək üçün mədəniyyət evləri nəzdindəki metodkabinetlərdə xüsusi guşələr açılmışdır.
Bütün bunlarla yanaşı, azsaylı xalqların folklorunun, mədəniyyətinin geniş təbliği üçün bədii özfəaliyyət kollektivlərinin repertuarının milli zəmində inkişafı üçün tədbirlər həyata keçirilir. Bu qəbildən olan bir çox xalq kollektivləri, nəinki respublikamızda, eyni zamanda, bir çox xarici ölkələrdə də məşhurdurlar. Saatlının "Adıgün" - türk, Cəlilabadın "Ruçeyok" - rus, Qaxın "Şividkatsa" - gürcü, Zaqatalanın "Ceyranım" - saxur, Qubanın tat, yəhudi, Qusarın "Trillo", "Şahnabat", "Mel", "Qayıbulaq", "Şahdağ", İmamqulu və Qələcuq kənd mədəniyyət evlərinin "Dustaval" və "Melodiya" - ləzgi, Laçının kürd, Balakənin "Xoylo" - avar, Lənkəranın "Şənlik", həmin rayonun "Separadı" kənd mədəniyyət evinin "Bacılar" folklor mahnı və rəqs, Masallı rayonu Mahmudavar kənd mədəniyyət evinin "Halay", Lerik rayonunun "Laqutto", Astaranın "Sevinc" - talış, İsmayıllı rayonu İvanovka kənd mədəniyyət evinin – rus (malakan), Bakı şəhərindəki "Gözəlim" - tatar bədii özfəaliyyət kollektivləri bu qəbilədəndir.
Azsaylı xalqları təmsil edən həmin kollektivlər nəinki rayon, eyni zamanda, respublika tədbirlərində də fəal iştirak edir, təmsil etdikləri xalqların folklorunu təbliğ edirlər.
Mədəniyyət müəssisələrində fəaliyyət göstərən bir çox azsaylı xalqlar qonşu rayonlarla yanaşı, xarici ölkələrdə də qastrol səfərlərində olurlar. Qax rayon xalq teatrının Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Gürcüstan Respublikasının Laqodexi, Marneuli, Dmanisi, Batumi, Qori şəhərlərinə, Zaqatala rayonunun "Avar", "Saxur" xalq teatrı kollektivlərinin qonşu rayonlara, Lənkəran rayonunun "Şənlik", Astaranın "Sevinc", "Əfsur" talış mahnı və rəqs ansambllarının İran, Türkiyə və İraqa səfərləri olmuşdur.
Astara, Qax və Qəbələ rayonlarında milli adət-ənənələrin qorunub saxlanması sayəsində bir sıra işlər görülmüşdür. Bu rayonlarda əhalinin əsas hissəsini azərbaycanlılar təşkil etsə də, burada ləzgilər, ruslar, talışlar, gürcülər, udinlər və başqa xalqlar da yaşayırlar. Bu bölələrdə azərbaycanlılarla yanaşı, həm də azsaylı xalqların nümayəndələri ilə bağlı tədbirlər keçirilir. Azərbaycan şairlərinin yubileyləri ilə yanaşı, gürcü xalqının nümayəndələri - İ.Çavçavadezinin, Ş.Rustavelinin və udin xalqının nümayəndəsi - Q.Voroşilin yubileyləri qeyd edilmişdir. Milli tərkibindən asılı olmayaraq, Astara rayon mərkəzi mədəniyyət evinin "Sevinc", Kokolos kənd mədəniyyət evinin "Arzu", şəhər mədəniyyət evinin "Çeşmə", incəsənət məktəbinin "Meh" insturmental ansamblları, Qaxın Əlibəyli kənd mədəniyyət evinin gürcü xoru, xalq teatrı, Qaxbaş, Qax-gürcü kənd mədəniyyət evlərinin gürcü xoru və rəqs qrupu, Qəbələ rayonunda fəaliyyət göstərən folklor kollektivləri, kəndirbazlar qrupu, zurnaçılar dəstəsi, "zopu-zopu" xalq kollektivi həmin bölgədə milli adət-ənənələrin təbliğində mühüm rol oynayırlar.
Qax rayon mərkəzində keçirilən xeyriyyə marafonları, 20 yanvar və Gürcüstanda baş vermiş 9 aprel faciələrinin qeyd olunması, Astarada keçirilən "Talış toyu", "Xınayaxdı", "Biçin", "Bahar", "Dostluq görüşləri" kimi kompozisiyalar həm də milli azlıqların adət-ənənələrini təbliğ edir.
Astara rayon Mədəniyyət evinin "Sevinc" mahnı və rəqs ansambllarının talış milli azlığının adət-ənənələrinin, milli rəqs və mahnılarının təbliği sahəsində böyük rolu vardır. Kollektivin Tacikistan, Qazaxıstan, Bolqarıstan, Gürcüstan, Rusiya və Türkiyədə çıxışları buna əyani sübutdur.
Astara və Qax rayon tarix-diyarşünaslıq muzeylərində milli adət-ənənələri əks etdirən sərgilər təşkil edilmiş, bölgədə yaşayan azsaylı xalqların mədəniyyətinin təbliğinə diqqət yetirilmişdir.
Xaçmaz rayonunun "Xəzər" xalq çalğı alətləri ansamblı, "Murad" folklor ləzgi ansamblının qonşu Dəvəçi, Siyəzən, Quba, Xızı və s. rayonlarında qastrolları da maraq doğurmuşdur.
Azsaylı xalqlar respublika tədbirlərində də yaxından iştirak edirlər. "Kitabi - Dədə Qorqud - 1300", Novruz bayramları, Beynəlxalq Ahıllar günü, Müstəqillik, Dirçəliş günlərinə həsr olunmuş tədbirlərdə fəallıq nümayiş etdirirlər.
"Xalqlar Dostluğu və bu gün ona münasibətimiz" mövzusunda keçirilən görüşlər çərçivəsində bir çox mədəniyyət və istirahət parkları, o cümlədən, Bakı şəhərindəki "Milli park", Şəki, Zaqatala, Lənkəran, Qusar, Quba, Balakən, Cəlilabad, Masallı mədəniyyət və istirahət parklarında azsaylı xalqları təmsil edən bədii özfəaliyyət kollektivlərinin çıxışları olmuşdur.
Azsaylı xalqların bir çox bədii özfəaliyyət kollektivlərinin rəhbərlərinə fəxri adlar verilmişdir. Məsələn, türk S.Xalidov, rus L.Laşkova, ləzgi Ş.Şərifov, talış J.Əliyev, gürcü Z.Poladaşvili "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülmüşdür.
Milli azlıqların bədii kollektivlərinə diqqət və qayğı Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində xüsusi yer tutur. Bir çox kollektivlər nazirlik tərəfindən geyim, musiqi alətləri və texniki vasitələrlə təchiz olunmuşlar. (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət siyasəti idarəsinin hesabatı. 15 sentyabr 2000.)
2002-ci il 27-28 iyun tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ATƏT-in Azərbaycandakı ofisi ilə birgə "Azərbaycanın mədəni çeşidliliyi" adlı elmi-praktiki konfrans keçirilib. Tədbirdə ölkədə yaşayan milli azlıqların mədəni mərkəzlərinin nümayəndələri çıxış edərək onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını ifadə ediblər. (Azərbaycan Respubilkası Mədəniyyət Nazirliyi, "Azərbaycanın mədəni çeşidliliyi" adlı elmi-praktiki konfransın Protokolu, Bakı, 27-28 iyun 2002-ci il.)
Burada rus icmasının fəaliyyətinə, ümumiyyətlə, bu milli azlığın ölkənin ictimai-siyasi həyatında oynadığı rola ötəri nəzər salmaq istərdik. İlk öncə qeyd edək ki, ruslar Azərbaycan millətinin tərkib hissəsi kimi iqtisadiyyata, dövlətçiliyə, elmə, mədəniyyətə və təhsilə sanballı töhvə vermişlər. (Heydər Əliyev - Ümummilli lider. Mixail Zabelin. Bakı 2004. Səh-152.)
Rus mədəniyyətinin və rus dilinin qorunması, məktəblərdə rus dilində dərslərin tədris olunması, Bakı Slavyan Universiteti kimi unikal tədris müəssisəsinin yaradılması, rus dilində qəzet və jurnalların nəşri, Bakı şəhərində A.S.Puşkinin abidəsinin ucaldılması və s. tədbirlər bütünlüklə Prezidentin demokratik cəmiyyət quruculuğundakı səmərəli milli siyasətini bir daha təsdiq edir.
Bir neçə il əvvəl Bakıda rus mətbuatının V Ümumdünya konqresi keçirilərkən rus dilinin millətlərarası ünsiyyət vasitəsi kimi inkişaf etdirilməsi qərara alınmışdı. Konqres iştirakçılarının əksəriyyəti qeyd edirdi ki, Azərbaycanda rus dili özünə möhkəm dayaq tapmış və bu uğura Azərbaycan Prezidentinin müdrik siyasəti səbəb olmuşdur.
Hələ keçən əsrin 70-ci illərindən respublikada rus dilinin hərtərəfli inkişafı üçün həyata keçirilən siyasət öz bəhrəsini verməkdədir. 1970-ci ildən Azərbaycandakı orta məktəblərdə birinci sinifdən rus dili tədris edilməyə başlandı. Bu gün 400 məktəbdə dərslər rus dilində, 21 ali məktəbdən 20-də isə dərslər Azərbaycan və rus dillərində keçirilir. Azərbaycanda rus dilinə belə yüksək münasibət keçmiş SSRİ ərazisində yaşayan xalqlarla sıx əlaqələr saxlamağa imkan verir.
1992-ci ildə Azərbaycan müstəqillik əldə edəndən sonra Qusarda Ləzgi Milli Dram Teatrı yaradılmışdır. Ağır iqtisadi vəziyyətə baxmayaraq, 1996-cı ildə teatra Prezidentin şəxsi fondundan 15 milyon manat yardım edilmişdir.

(Əvvəli - I I yazı bu linkdə: http://www.azadinform.az/news/a-138249.html)

Bu YAZI “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mədəniyyətlər arasında (mədəni müxtəliflik) anlaşmanın inkişafı təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.



Xəbər 1135 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +