Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri


03.05.2017  11:42 

Bakının «Lift xərçəngi“ - «BakLift»in Qüdrət Şükürov problemi





A+  A-

Rəhmətlik Səməd Vurğun vaxtilə yazmışdı: «Bakının dərdi var – Bakı xəstədir…» Çağdaş Bakı gerçəkdən «lift xərçəngi» mərəzindən əzab çəkir. «Xərçəng» metastaz verdikcə, şəhər sakinlərinin əzabları artır və buna tərs mütənasib olaraq, «BakLift» deyilən «hibrid idarə»nin rəisi Qüdrət Şükürovun «put çuvalı» günbəgün şişir. Hətta o qədər şişir ki, mətuatımızın «tros oğrusu» kimi təqdim etdiyi bu şəxs övladına 400 min dollarlıq toy edir və heç kim bu qədər canlı pulun mənbəyi barədə ondan heç nə sourşmur! Görünür, çox «dızıq» dayısı (oxu – şəriki var!)…
Mətbuatımızın yazdıqları, saytın ünvanına daxil olan müraciətlərin sayı və strukturu, o cümlədən, 2 gün əvvəl «20 yanvar metrostansiyası» yaxınlığındakı binanın liftində qəza göstərir ki, Bakının lift problemi çox «dərinə işləyib». Mövcud mənzərənin üzərinə işıq salmaq üçün redaksiyamıza daxil olmuş vətəndaş müraciətlərindən bir neçəsini dərc etmək yerinə düşərdi…
Bakı şəhəri, Nərimanov rayonundan aldığımız müraciətdə deyilir:
«Biz uzun illərdir ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 3 ünvanında yerləşən binanın 6-ci blokunda yaşayırıq. Bina 9 mərtəbəli binadır və keçmiş SSRİ vaxtlarında, daha doğrusu 1973-cü ildə inşa edilmişdir. Bizim binanın lifti bina inşa olunduğu vaxtdan istifadə olunur – artıq köhnəlib və tez-tez sıradan çıxır…
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2008-ci il tarixli "Şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərəncamı sübut edir ki, lift təsərrüfatının təmiri və yenidən qurulması üçün kifayət qədər vəsait ayrılmışdır və bu proses davam edir.
Lakin bu günə qədər 44 ildən artıq мüddətdə istifadə olunan bir lift qurğusunun niyə dəyişdirilməməsi yalnız təccüb doğurur və dövlət tərəfindən ayrılan vəsaitlərin təyinatı üzrə istifadə olunması ilə bağlı şübhə yaradır.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin "Lifttəmir” İstehsalat Birliyinə ünvanladığı 25/24-04464 saylı,02.12.2010-cu il tarixli məktubunda da bizim blokun liftinin dəyişdirilməsi zəruri hesab olunmuşdur. Məlumat üçün bildiririk ki, şəxsi münasibətlər zəminində bizim binanın 1-ci blokunun lifti artıq yenisi ilə əvəz olunmuşdur.
Biz başa düşürük ki, belə bir xırda məsələdən ötrü sizin saytı narahat etmək yerinə düşmür, lakin tez-tez sıradan çıxan liftin dəyişdirilməsinə наил олмаг üçün başqa bir yolumuz qalmayıb.
Sizdən xahiş edirik ki, Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, 3 ünvanında yerləşən binanın 6-cı blokunda 44 ildir ki, istismarda olan liftin dəyişdirilməsi ilə bağlı bizim тələbimizi öz saytınızda dərc edəsiniz.
Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 3 saylı binanın 6-cı blokunun sakinləri adından, Adil Hacalıyev»

Digər müraciəti Suraxanı rayanu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsindəki 9-cu binanın birinci blokunun sakinlərindən almışıq. Sakinlər xəbər verirlər ki, blokun lifti hələ ötən əsrin 80-ci illərində quraşdırılıb və indiyə qədər əsaslı (və normal cari) təmir olunmayıb. Bir sözlə, sözügedən «texniki və mənəvi cəhətdən tam aşınmış» bu qurğu indi qəza vəziyyətindədir – bu, problemin bir tərəfidir.

Problemin digər tərəfi isə ondan ibarətdir ki, bu «qoca lift» heç əməlli-başlı işləmir də – ayda bir neçə dəfə ən müxtəlif səbəblərdən dolayı, «xarab olur» və həftələrlə, aylarla işləmir. Sivil dünya 21-ci əsrə qədəm qoyub, kosmosa turist səfərləri etdiyi bir vaxtda, torpağının altı da, üstü də «qızıl olan» Azərbaycanın baş kəndində zavallı insanlar lift xidmətinin yoxluğu səbəbindən, əzab çəkirlər…

Liftimiz hal-hazırda da işləmir – təxinən, 15 gün olar ki, «motor»u yanıb, deyirlər. Ümumiyyətlə, bizim «əldən düşmüş «qoca»nın motoru» tez-tez yanır – 2-3 aydan bir. Hər dəfə də lift idarəsi sakinlərdən pul yığdırır və guya, «motoru sarıtdırır». Görünür, onu məqsədli şəkildə, keyfiyyətsiz sarıyırlar ki, tez-tez yansın! Daha bezmişik – bilmirik neynəyək, kimə üz tutaq?

Bezmək bir yana, indi həm də ehtiyat edirik ki, «İslam həmrəylik oyunları»na təşrif buyuran müsəlman bacı və qardaşlarımızdan bir qisminin yolu birdən Yeni Günəşliyə düşər – onlar müsəlman bacı və qardaşlarının necə acınacaqlı bir vəziyyətdə yaşa… pardon, süründüyndən xəbər turarlar! O zaman, ağlımız kəsmir ki, onlar bizimlə həmrəy olsunlar – axı, onların liftləri bizimkilər kimi «göz dağı» deyil, lift idarələrinin rəisi də bizimki kimi «qüdrətli» ola bilməz. Heç biz də onlarla həmrəy ola biləcəyimizi düşünmürük – bilirik ki, «Artur-Hacıbala-Qüdrət triosu» buna imkan verməz…

Ötən dövrdə yerli KİV-in yazdığına görə, dövlət başçısı 2010-cu ildən üzübəri, Bakı şəhərindəki liftlərin təmiri və yenilənməsi məqsədilə həmin Qüdrətin rəis olduğu «BakLift» idarəsinə 50 milyondan artıq vəsait verib. Amma nə kələkdirsə, bu təyinatlı məbləğ artıqca, Qüdrətin «boynu daha da yoğunlayır», paytaxtın lift təsərrüfatı isə daha böyük ahənglə «dağılır».

Xahiş edirik ki, bizim əvəzimizə, hökumət deyilən bu «kriminal dəstə»dən soruşasınız: «Tros Qüdrət» (Şükürov) büdcə pullarını neyləyib ki, indi əhali yaşadığı yuxarı mərtəbələrə piyada qalxmaq zorunda qalıb?!»

Belə-belə işlər… Buradan açır görünür ki, «Azərbaycan iri addımlarla irəliləyir» – içi bizi yandırır, çölü isə özgələri. Amma dözümümüzə söz ola bilməz…

(azpolitika.info)


Xəbər 2201 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +