“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


02.05.2017  14:08 

Yol polisi sürücülərə müraciət etdi





A+  A-

“Biz 1-ci Avropa Oyunlarının keçirilməsi zamanı xeyli yaxşı təcrübə topladıq”.
Bu sözləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, IV İslam Həmrəyliyi Oyunları zamanı da belə nəticələr əldə olunacaq.

“Şəhər sakinlərinin narahatçılığına heç bir əsas yoxdur, təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçiriləcək”.

Vaqif Əsədov IV İslam Həmrəyliyi Oyunları ilə bağlı sürücülərə tövsiyə edib ki, yarışların keçirildiyi ərəfədə bacardıqları qədər şəxsi avtomobillərdən az istifadə etsinlər.

“Sürücülər sarı zolaqlara daxil olmağa görə cərimlənə biləcəkləri barədə məlumatlı olsunlar. İslam Həmrəyliyi Oyunları zamanı Bakıda yük avtomobillərinin hərəkətləri məhdudlaşdırılacaq, onlar üçün istiqamət qoyulub. Yalnız günün qaranlıq vaxtlarında, gecə saat 22:00-dan səhər saat 07:00-dək həyat əhəmiyyətli olan nəqliyyat vasitələrinin, həmçinin qəza-bərpa üçün işlədilən vasitələr, eyni zamanda yanacaq daşıyan və konkret kommunal təyinatlı avtomobillərin hərəkəti icazə verilən marşrut üzrə planlaşdırılıb. Bakı qeydiyyatı olmayan avtomobillərin də paytaxta girişinə qadağa qoyulacaq. Bölgələrdən gələn avtomobillər üçün paytaxtın şimal və cənub girişində yüksək səviyyəli dayanacaqlar var. Onlar avtomobillərini orada saxlayıb şəhərə xüsusi nəqliyyat vasitəsi ilə gələ bilərlər”.

Vaqif Əsədov bildirib ki, sarı zolaqlar bəzi ərazilərdə kəsişir.
“Sarı zolaqların kəsişdiyi ərazilərdə Yol Patrul Xidmətinin əməkdaşları xidmət aparıb keçmə növbəliliyin təmin edəcəklər. Sürücülərin rahat şəkildə hərəkət etməsi üçün bütün məsələlər diqqətə alınıb. Bu günə qədər ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər yüksək səviyyədə həyata keçirilib. İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçiriləcək. Bakı Şəhəri Dövlət Yol Polisi IV İslam Həmrəyliyi oyunları ilə bağlı gücləndirilmiş iş rejiminə keçir”.

Şöbə rəisi İslam Oyunları zamanı yol hərəkəti və yol təhlükəsizliyi ilə bağlı yazan KİV nümayəndələrinə də müraciət edib. O bildirib ki, yol hərəkəti və yol təhlükəsizliyi ilə yazılan yazılara görə anlaşılmazlıq olmasın deyə, jurnalistlər bunu Dövlət Yol Polisi ilə razılaşdırsın.

“Jurnalistlər informasiya təhlükəsizliyini nəzərə alaraq, yazdıqları informasiyanı araşdıraraq yazsınlar. Yayılan yanlış informasiya ölkəmizin əleyhinə istifadə oluna bilər. Bu informasiyaların yayılmasında şəxsi mənafeyə, operativ xəbər yazmağa deyil, dövlət maraqlarının qorunmasına diqqət ayırsınlar”.

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxt yollarına çəkilmiş xüsusi sarı zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağan olunacaq. May ayının 5-dən tətbiq olunacaq qadağaya əsasən, zolaqlara yalnız IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş nəqliyyat vasitələri daxil ola biləcək. Bu zolaqlara icazəsiz daxil olan nəqliyyat vasitələri 40 manat məbləğində cərimə ediləcək. Qadağa mayın 5-dən 25-nədək qüvvədə olacaq.

(modern.az)

Xəbər 1098 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +