Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


01.05.2017  14:19 

“Ermənilər Bakıya gələcək də, gedəcək də“ - Millət vəkili





A+  A-

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev Platformanın son fəaliyyəti ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.
XəzərNews.az onunla müsahibəni təqdim edir:

- Rövşən müəllim, ötən ilin sonlarında yaradılan Ermənistan-Azərbaycan Sülh Platformasının üzvlərinin sayı xeyli artıb. Hazırda nə yeniliklər var?

- Sülh platforması öz işini davam etdirir. Son dövrlərdə sıralarımıza gözləmədiyimiz şəkildə qatılanlar var. Platformaya qatılanlar arasında həm azərbaycanlı, həm erməni, həm də xarici vətəndaşlar yer alır. Bu işlərin həyata keçirilməsi sıradan iş deyil. Bizim məqsədimiz var. O məqsədə nail olduqdan müəyyən müddət sonra ikinci işimizə başlamaq üçün addım atacağıq.

- Sirr deyilsə, ikinci işiniz nədən ibarətdir? Buna Ermənistan-Azərbaycan Sülh Platformasının davamı demək olarmı?

- Bu barədə hələlik açıqlama vermək istəmirəm. İkinci planımız baş tutandan sonra geniş açıqlama olacaq. İndi isə platformanın üzvlərinin sayının çoxalması istiqamətində işlərimizi həyata keçiririk.

- Ermənistan hakimiyyətinin nümayəndələri hər vəchlə bu platformaya müsbət rəy verməkdən qaçırdılar. İndi vəziyyət necədir?

- Mənə elə gəlir ki, düşündüyümüz işləri tamamlayanda artıq qarşı tərəf əməllərinə bir də baxacaq. Anlayacaq ki, mənfur niyyətlərindən çoxdan əl çəkməli idilər. Artıq işğalçılıq siyasətindən əl çəkməyin, sülhə və danışıq prosesinə daha konstruktiv yanaşmanın vaxtıdır. Məhz o istiqamətdə də vətəndaş cəmiyyəti səviyyəsində üzərimizə düşən yükü daşımağa hazırıq.

- Sülh Platformasına qatılan üzvlər arasında sadə vətəndaşlar çoxluq təşkil edirmi?

- Əlbəttə. Hər iki tərəfin sadə vətəndaşlarının sayəsində sıralarımız genişlənir.

- Platforma yarandığı ilk günlərdə sıralarına qoşulanlar arasında xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova da olub. Bu siyahı davam edirmi? Yəni sənət adamları arasında üzv olmaq üçün müraciət edənlər varmı?

- Əlbəttə var. Zaman keçdikcə bunun əhəmiyyətini anlayanların sayı çoxalır. Ona görə də sənət və tanınmış adamlar arasında Platformaya üzv olanlar var.

-Bir neçə ay bundan öncə Ermənistan vətəndaşlarının Azərbaycana axın etməsinə start verildi. Ard-arda ermənilərin gətirilməsində məqsəd nədir və bizim qazancımız nədən ibarətdir?

- Ermənilərin Bakıya gətirilməsində heç bir qazancdan söhbət gedə bilməz. Bizim qazancımız odur ki, cənab prezident sülh danışıqları prosesində Azərbaycanın mövqeyini dəstəkləyir. Qarşı tərəf isə ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində atdığımız addımları başa düşməli, anlamalıdır. Daha konstruktiv mövqe bildirməlidir. Həmsədr dövlətlərin rəhbərləri qətiyyətli addımlar atmalıdırlar. Beynəlxalq prinsiplərə hörmətlə yanaşmalıdırlar. Əsas məsələ odur. Qaldı ki, bizim apardığımız vətəndaş cəmiyyətindəki işə, o, bunun nisbəti deyil. Amma itirilmiş münasibətlərin bərpası istiqamətində addım atılan işdir.

- Ermənilərin Bakıya gətirilməsinə start veriləndən sonra nə qədər erməni vətəndaşı Bakıya gətirilib?

- Dəqiq rəqəmləri bilmirəm və deyə də bilmərəm. Mənə elə gəlir ki, erməni vətəndaşları Bakıya gələcək də, gedəcək də. Əsas odur ki, problemi həll etmək istiqamətində əsas iş vətəndaş cəmiyyətinin üzərinə düşür.

- Siz bu işə start verəndən sonra görəcəyiniz işin birmənalı qarşılanmayacağını təxmin etmişdiniz. Bəziləri düşünür ki, hansısa erməni vətəndaşının Bakıya gətirilməsi imicimizə zərbədir.

- Bu barədə kifayət qədər məlumatım var. Düzdür, şəxsi olaraq kimlərdənsə erməni vətəndaşlarının gətirilməsi ilə bağlı etiraz məktubu almamışam. Amma etirazla qarşılandığını bilirəm. Eyni zamanda, etiraz edənləri də anlayıram.

Xəbər 2376 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +