Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


27.04.2017  19:23 

Bakıda universitet müəlliməsi oğurluq edərkən kameraya düşdü - VİDEO





A+  A-

Bakıda mağazalardan birində oğurluq hadisəsi baş verib. Oğurluq hadisəsi anbaan mağazanın nəzarət kameraları tərəfindən lentə alınıb.
XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, oğurluq anını əks etdirən videogörüntülər mağazanın sosial şəbəkədəki hesabından paylaşılıb. Hadisə Nəsimi rayonu ərazisində baş verib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin yaxınlığında yerləşən mağazada baş verib. Mağaza özünün instagramdakı “Fidash_luxury_boutique” səhifəsindən hadisənin videogörüntüsünü paylaşıb.

Videogörüntülərdən aydın olur ki, mağazaya daxil olan xanım əvvəlcə baxdığı paltarlardan birini seçərək kənara qoyur. Daha sonra isə həmin paltarı cəld şəkildə çantasına yerləşdirir. Oğurluq əməlini törədən şəxsin kimliyi ilə bağlı isə maraqlı fakt ortaya çıxıb.

Araşdırma zamanı məlum olub ki, görüntülərdəki xanım Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəlliməsidir. O, universitetin kimya-texnologiya fakültəsinin müəlliməsi, dosent Tamara Ayralovadır.

Məsələ ilə bağlı ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərovla əlaqə saxladıq.

B.Nəzərov məsələni araşdırdıqdan sonra bildirib ki, Tamara Ayralova hazırda 10 günlük məzuniyyətədir. B.Nəzərov qeyd edib ki, adıçəkilən müəllimə öz hesabına məzuniyyətə çıxdıqdan bir neçə gün sonra rəhbərlik bu hadisədən xəbər tutub.

“Rəhbərliyin bu hadisədən məlumatı var. Dünəndən Tamara Ayralaova ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırmaq istəyirlər. Ancaq telefonu söndürüldüyündən onunla əlaqə saxlamaq mümkün olmur” - deyə B.Nəzərov açıqlamasına əlavə edib.


Xəbər 1645 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +