Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


27.04.2017  18:11 

“Bir neçə dəfə Eldar Mahmudovun xüsusi tapşırıqlarını yerinə yetirmişəm”





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevin istintaqa verdiyi ifadəsi məlum olub.
E.Quliyev ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib.
O, ifadəsində 2007-ci ildən 25 noyabr 2015-ci ildək antiterror mərkəzinin rəisi vəzifəsində işlədiyini, həmin tarixdən MTN-nin H.Əliyev adına Akademisyasında kafedra vəzifəsinə təyin olunduğunu bildirib. E.Quliyev qeyd edib ki, bir neçə dəfə sabiq MTN naziri Eldar Mahmudovun xüsusi tapşırıqlarını yerinə yetirib. Onun sözlərinə görə, nazirliyin Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev ilə birlikdə əldə olunacaq məlumatları birgə işləyib: "Əlavə işləri görməklə mənə məruzə etməyi ona tapşırmışam. Teymur Quliyev müəyyən məlumatlar göndərib, biz də müəyyən məlumatları toplayaraq sabiq nazirə təqdim etmişəm”.
E.Quliyev ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, kuratorluq etdiyi sahələr üzrə pul qazanmaq lazım olduğunu sabiq nazir E.Mahmudov ona işarə edib, bir neçə dəfə həmin qurumlarda pul olub-olmadığını soruşub. O, 2015-ci ilin oktyabr ayınadək olan dövrdə rəhbəri olduğu mərkəzin sabiq rəis müavini İlqar Əliyev və digərləri ilə birlikdə əməliyyat-axtarış fəaliyyətinin maddi-texniki və maliyyə təminatı üçün dövlət büdcəsindən MTN-in Maliyyə İdarəsinin kassasından xüsusi xərclər smetasından ayrılmış pul vəsaitlərindən ümumilikdə 7.360.58 manat məbləğində nağd pul təyinatı üzrə xərclənmədiyini deyib.
Onun sözlərinə görə, 2013-cü ilin dekabr ayında sabiq nazir E.Mahmudov ona zəng vurub və İsraildən hansısa avadanlıq alınması ilə bağlı böyük məbləğdə pul lazım olduğunu, ona görə də “Şimal küləyi” əməliyyat işi üzrə pul alınmasına dair bir neçə raport yazıb, həmin raportun mühasibatlığa pul götürülməsi üçün təcili göndərilməsini bildirib: "Daha sonra ümumi məbləği 1 milyon manatdan yuxarı pul vəsaitinin götürülməsinə dair bir neçə raport götürdüm və silinmə arayışları ilə birlikdə sabiq nazirə göndərdim. Sabiq nazir tərəfindən həmin raportlar təsdiq edildikdən sonra hansısa işçimiz tərəfindən pul vəsaiti maliyyə idarəsindən götürüldü. Həmin vəsait əvvəlcə İlqar Əliyevin otağına gətirildi. Orada da sabiq nazirin göstərişi ilə köməkçisi Vüqar Məmmədova verildi. Həmin vəsait mühasibatlıqdan götürüldüyü məbləğdə də Vüqar Məmmədova göndərilib. Həmin hadisədən bir neçə gün sonra sabiq nazir yenidən zəng vurub və təxminən 1 milyon manat məbləğində pul lazım olduğunu, yenə də “Şimal küləyi” adı əməliyyat işində xərclənməsi adı ilə raportları yazmağı, pulu da Vüqar Mahmudova verməyi tapşırdı. Bildiyimə görə, 2013-cü ilin dekabr ayında antiterror mərkəzi ilə yanaşı nazirliyin digər idarələrindən də, eyni qaydada pullar götürülüb”.
Elçin Quliyev həmçinin söyləyib ki, bir neçə dəfə sabiq nazir ona zəng vurub və monitorinq xidmətinin rəisi Teymur Quliyevə bir obyekt barədə texniki-tədbir keçirilməsini, əldə olunacaq məlumatları birgə işləyib, əlavə zəruri işlər görməklə məruzə etməyi tapşırıb.
Sahibkar Yalçın Abdullayev və digərlərinin qanunsuz azadlıqdan məhrum edilməsi, ona məxsus 30 min ABŞ dolları məbləğində “İnfinity FX 35” markalı avtomobilin hədə-qorxu yolu ilə əlindən alınması epizodu üzrə danışan E.Quliyev cinayət əməlinin faktiki tərəfini etiraf edib.
Qeyd edək ki, E.Quliyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

(report.az)

Xəbər 970 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +