Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


25.04.2017  12:59 

“Maskalılar bizə elektroşok verdi” - Bu gecəki söküntüdən görüntülər





A+  A-

Dünən axşam saatlarında Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən yaşayış evinin sökülməsi həmin evdə yaşayan ailə üzvlərinin etirazından və məsələnin ictimailəşməsindən sonra dayandırılıb.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əməkdaşları bu gün hadisə yerində olublar. Hazırda Gülmirzə Həsənova məxsus həmin evə bitişik hündürmərtəbəli binada tikinti işləri davam etdirilir. Dünən axşam yaşayış yerini sökən texnika da evin içində saxlanılıb.

G.Həsənovun 9 oğlu olub, 1 oğlu 90-cı illərdə Qarabağ müharibəsində şəhid olub. Digər oğlu Bəymirzə Həsənov isə müharibədə yaralanaraq əlil olub.

G.Həsənovun oğlu Namiq Həsənov bildirib ki, axşam saatlarında onlar evdə olduğu vaxt 50-yə yaxın şəxs evi mühasirəyə alıb: ““Riyad” mühafizə xidmətinin adamlarını gətirmişdilər, maskalılar idi. Evə hücum edib hərəmizi 4-5 nəfər tutub zorla çölə çıxartdı. Bütün əşyalarımız evdə qaldı, soyuducu, televizor məhv oldu”.

B.Həsənov isə mühafizəçilərin onlara hətta elektroşok verdiyini iddia edib: “Mənim özümə 10-11 dəfə “tok” verdilər”.

G.Həsənovun həyat yoldaşı Şövkət Həsənova isə evin arxa hissəsinə çörək bişirib satırmış. B.Həsənov deyib ki, un kisələri hələ də söküntülərin altındadır.

N.Həsənovun sözlərinə görə, onların evləri həyətlə birgə 300 kvadratmetrdir:

“Şirkətin yiyəsi Rəfaeldir, deyirdi hacıyam. Gəldi, oturub danışdıq, dedilər pulun hamısını bir dəfəyə verə bilmirik. Biz də hissə-hissə satmağa razılaşdıq. Əvvəlcə mən 100 kvadratmetrə qol çəkdim, sonra da o biri qardaşım 100 kvadratmetr satdı. Qalan 100 kvadratmetrə görə isə pul ödəmədilər”.

G.Həsənovun digər oğlu Tofiq Həsənov isə satılan 200 kv. sahə üçün 520 min manat pul aldıqlarını bildirib. O deyib ki, şirkət qalan 100 kvadratmetrin yaşayış sahəsi olmadığını, həyət olduğunu əsas gətirərək kompensasiya ödəməkdən imtina edib.

Hazırda G.Həsənov və həyat yoldaşı Ş.Həsənova Yasamal rayon prokurorluğunda ifadə verdikləri üçün onlarla danışmaq mümkün olmadı. Tikintini həyata keçirən “Olympus Park” şirkətinin isə saytında göstərilən mobil nömrəyə etdiyimiz bir neçə zəngə cavab verən olmadı, şəhər nömrəsi ilsə deaktiv edilib. Qısa nömrələri olan *7755-ə isə zəng etmək mümkün olmur. Buna görə də şirkətin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı.

(qafqazinfo.az)

Xəbər 768 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +