ABŞ Rusiya və Çinlə kosmik müharibəyə hazırlaşır
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Arif Hacılı saxlanıldı
Lütvəli Babayev işdən çıxarıldı
Xətaiyə yeni başçı təyin edildi
Yasamalın icra başçısını vəzifəsindən azad edildi
Nazirlikdən şirkətin iddialarına cavab
Şirvan şəhərinə yeni icra başçısı təyin edildi
Metronun iki stansiyasının adları dəyişdiriləcək
Maqomayevin xanımı xəstəxanaya yerləşdirildi


25.04.2017  12:03 

Pulu başından aşır, amma ağlı topuğundandı...





A+  A-

Goranboylu iş adamı Qalib Mustafayevin “Amon” və “İsida” adlı itlərinə toy eləməsi sosial medianın əsas müzakirə mövzusu olaraq qalır. Sosial şəbəkə iştirakçıları bəxtəvər köpəklərinə toy çaldıran iş adamını it kimi yıxıb-sürüyürlər.
Tənqidin dozası çox olsa da, heç kim haqsız deyil. İki qıllı köpəyə toy eləmək qudurğanlıq əlamətidir. Yaşına hörmət edən adam bu cür bivec hərəkətə qol qoymamalıydı. Mən söyüş və təhqirin əleyhinə olsam da, sosial şəbəkə iştirakçılarının reaksiyasını Qalib bəyin hərəkətinə adekvat hesab edirəm.

Cəmiyyətin narazılığı başadüşüləndi. YAP-çı dostlarım inciməsinlər, Azərbaycan xalqı heç də onların dediyi kimi xoşbəxt yaşamır. Bu ölkədə minlərlə gənc toy edib öz sevgilisinə qovuşmağa pul tapmır. Ömür yolunu birləşdirməyə müvəffəq olanlar isə kirayə qaldıqları darısqal və rütubətli mənzillərdə çürüyürlər. Belə bir ölkədə iki ağılsız köpək üçün məclis təşkil etmək cəmiyyəti ələ salmaq, xalqın adət-ənənələrinə, dəyərlərinə arxa çevirməkdir. Sən xalqın toy kimi gözəl adətini bu cür ucuzlaşdıranda xalq da yaşına məhəl qoymayıb, səni küçə söyüşlərinə “qonaq edəcək”. Əgər sən özünə hörmət etmirsənsə, başqası niyə sənə hörmət eləməlidir?

Ola bilsin ki, Azərbaycan xalqı sovet dövründən qalmış köhnə streotiplərdən hələ də xilas ola bilməyib. Varlı adamları həzm edə bilməmək sovet düşüncə tərzinə xas olan keyfiyyətdir. Amma əsas səbəb bu deyil. Söhbət ondan gedir ki, hazırda var-dövlət sahibi olan adamların çoxu həmin pulu əyri yollarla qazanıb. Bu cür qudurğanlıq edən adamların böyük əksəriyyətinin gəlir mənbəyi şəffaf deyil. Qızına 400 min manatlıq toy edən məmurla bağlı qalmaqal hələ də səngiməyib. İnsanlar haqlı olaraq soruşurlar ki, ayda cəmi 500 manat məvacib alan adam bu qədər var-dövlətə necə sahib olub? Xalq ona məxsus olan sərvətin bu cür səviyyəsiz adamlar tərəfindən talan edilməsi ilə barışmaq istəmir. Yazı prosesinə tez-tez ara versəm də, emosiyalarımı cilovlaya bilmirəm. Çünki mənim kimi sadə insanların cibinə girməli olan pul şabaş kimi hansısa qıllı köpəyin ayaqları altına səpilir...

Azərbaycan xalqı varlı adamları həm də ona görə həzm edə bilmir ki, bu təbəqəyə məsub olan insanların çoxu səviyyəsizdir, sonradan pul gördükləri üçün özlərini apara bilmirlər. Təəssüf ki, var-dövlətləri başlarından aşsa da, onlar cəmiyyətin tərəqqisi üçün pul xərcləmək istəmirlər. Hələ eşitməmişəm ki, hansısa varlı adam öz pulu ilə bircə kitab nəşr elətdirsin. Mən onların mədəniyyətin, sənətin inkişafına töhfə verdiklərinin də şahidi olmamışam. Goranboyda bəzi kənd məktəbləri qəzalı vəziyyətdədir, uşaqlar qışda soyuqdan donurlar. Sevimli köpəklərinə toy eləyən Qalib bəy niyə həmin məktəblərdən birinin təmirini öz üzərinə götürmür? Heç olmasa, ayda-ildə bir dəfə hansısa yaralı barmağa “çiş” eləmək lazımdır ki, sabah səhv edəndə də cəmiyyət ona göz yumsun.

Goranboyda baş tutan qeyri-adi toyda diqqətimi ən çox cəlb edən məqam aşıqların çalıb-oxuması oldu. Başqa vaxt deyirlər ki, aşıq sənəti hörmətdən düşüb, xalq öz sənətkarlarına qiymət vermir. Beş manat pul, iki tikə kabab üçün bu rəzilliyə qol qoyan aşıq bilməlidir ki, toyunda çalıb-oxuduğu itin hörməti onun hörmətindən həmişə çox olacaq...

P.S.Qalib Mustafayev bəxtəvər cütlük üçün həm də bahalı tort hazırlatmışdı. Dünəndən bəri bir sual mənə rahatlıq vermir: görəsən, Qalib bəy həmin tortdan itlərinə yedizdirəndən sonra özü də dadına baxdımı?

Seymur Verdizadə

Xəbər 2872 dəfə oxunub.



12.11.2019  18:01 

Arif Hacılı sərbəst buraxıldı

12.11.2019  16:52 

Röya əməliyyat olundu

12.11.2019  15:54 

Uşaq baxçasına kimyəvi hücum

12.11.2019  15:23 

Arif Hacılı saxlanıldı

12.11.2019  09:17 

Atəşkəs snayperlərlə pozulub

12.11.2019  09:05 

15 yaşlı Niyazi itkin düşüb


BÜTÜN XƏBƏRLƏR +