Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar


24.04.2017  15:16 

“İndi də xalçaları insanların əllərindən alacaqlar” - Millət vəkili





A+  A-

“"Daşınar əmlakın yüklülüyü haqqında" qanun həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə mövcuddur. Lakin MDB-də belə bir qanun Özbəkistandan başqa heç bir ölkədə tətbiq edilmir”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən deyib.

Deputat bildirib ki, Azərbaycanın bank sistemində olan problemlər, faiz dərəcələrinin yüksək olması insanların vəziyyətini daha da ağırlaşdırıb.

“Problemli kreditlərimizin sayı kifayət qədərdir. Bu baxımdan sözügedən qanun layihəsi əgər bu məsələlərin həllinə yönələcəksə, onu qəbul etmək olar. Bu gün banklar valyutadəyişmə məntəqəsinə çevrilib.

İndiyədək insanların evləri, mülkləri, torpaqları, avtomobilləri əlindən alınırdısa, belə çıxır ki, indi də ev əşyaları, xalçaları, palazları əllərindən alınacaq ki, bu da çox ağır nəticələrə gətirib çıxaracaq. Buna görə də aidiyyatı qurumlar bu məsələni nəzərə almalıdır.

Bu baxımdan məsələyə yanaşdıqda onun konsepsiyası kifayət qədər aydın olsa da, mətn anlaşıqlı deyil”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquqi təminat idarəsinin rəisi Nurlan Babayev bildirib ki, daşınar əmlak maliyyə resurslarına çıxışı artıran istiqamətdir.

"Daşınar əmlakın özü kapital dəyərinə malikdir. Bunlar indiyədək kapital dəyərinə malik deyildi. Bu sistemi gətirməklə kiçik və orta sahibkarlığa dəstək vermək niyyətindəyik. Kənd yerlərində kiçik həcmi kreditlərin verilməsinə şərait yaradacaq.
Qanun layihəsində kosepsiya ondan ibarətdir ki, 24 saat fəaliyyət göstərən portal yaradılır. Reyestr elektron informasiya sistemi formasında təşkil olunur, bildirişlərin daxil edilməsi və bildirşlər üzrə axtarış aparılması üçün fasiləsiz fəaliyyət göstərəcək”.

Nurlan Babayev bildirib ki, banklar daşınar əmlakın yüklülüyün qəbulunda maraqlı deyildilər. O həmçinin qeyd edib ki, bu qanunun qəbulu ilə kənd yerlərində maliyyə resurslarına çıxış imkanları artsın.

“Daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. Eyni daşınar əmlak bir neçə yüklülüyün predmeti ola bilər. Daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Bildirilib ki, xüsusi yüklülük könüllü, dövlət və bələdiyyə yüklülüyü məcburi xarakter daşıyır”.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisə daxil olan qanun layihəsi I oxunuş üçün parlamentin plenar iclasında tövsiyə edilib.



Xəbər 1857 dəfə oxunub.




14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?

13.01.2025  10:28 

Lənkəranda kişi meyiti tapılıb


BÜTÜN XƏBƏRLƏR +