Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


22.04.2017  10:58 

Hansı ölkələrdə hərbi xidmətə çağırış məcburi, hansında könüllüdür...





A+  A-

Hərbi xidmətə çağırış qaydaları dünya ölkələrində müxtəlif cür tətbiq olunur.
Məcburi hərbi xidmət və məcburi olmayan hərbi xidmət. Bütün ölkələrdə əsgərlik yaşı və müddəti eyni deyil.

XəzərNews.az Modern.az saytına istinadən bu haqda yazını təqdim edir.


Məcburi hərbi xidmət tətbiq olunan ölkələr


Qeyd edək ki, məcburi hərbi xidmət ilk dəfə qədim Misirdə tətbiq olunub. Bu, hələ də bir çox ölkələrdə mövcuddur.


Qonşu Türkiyədə çağırışçılar əsgərliyə 21yaşında aparılırlar. Məcburi hərbi xidmət müddəti 12 aydır, ali təhsil alanlar isə 6 ay xidmət keçir. Amma hazırda Türkiyədə əvəzi ödənilməklə (bədəlli) əsgərliyə getməmək qanuniləşdirilib. Məbləğ 18 min lirədir. 27 yaşına qədər şəxslər bu hüquqdan istifadə edə bilərlər. Əvəzi ödənilən əsgərlik Türkiyədə daha əvvəl 1987, 1992, 1999, və 2011-ci illərdə də tətbiq edilmişdi.

Gürcüstanda həqiqi hərbi xidmətə 18 yaşdan 27 yaşadək gənclər çağırılırlar. Həqiqi hərbi xidmətin müddəti 12 aydır və çağırış yazda və payızda həyata keçirilir. Qeyd edək ki, həqiqi hərbi xidmətə çağırış sabiq nazir Tinatin Xidaşelinin əmri ilə 2016-cı ilin yayında ləğv edilmişdi. Yeni nazir Levan İzoriya isə 2016-cı ilin noyabrında ölkə vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışını bərpa etdi.

İşğalçı dövlətdə - Ermənistanda həqiqi hərbi xidmətə çağırış 18 yaşdan 27 yaşadək , xidmət müddəti isə 2 ildir.

İranda hərbi xidməti müddəti 18 aydır.19 yaşına çatmış vətəndaşlar silahlı qüvvələrdə hərbi xidmətə çağırılırlar. Amma İran qanunvericiliyi vətəndaşların könüllü şəkildə 16 yaşında da orduda xidmət etməsinə icazə verir. 15 yaşlı vətəndaşlar isə "Bəsic" Qüvvələrində xidmət edə bilərlər.

Dünyada ən qəribə hərbi xidmət növlərindən biri İsraildə həyata keçirilir. İsraildə 18 yaşı tamam olmuş, yaxud 12-ci sinfi bitirmiş kişilər və qadınlar məcburi olaraq hərbi xidmət keçməlidir. İsrailli ərəblər, hamilə və evli qadınlar üçün əsgərlik məcburi deyil. Əsgərlik xidməti yəhudi qadınlar üçün 2, kişilər üçün 3 ildir.

Danimarkada hərbi xidmət dövrü rütbəyə görə 3-14 ay arasında dəyişir. (Orta müddət 9 aydır) 1917-ci ildə burada alternativ xidmət haqqında qanun qəbul edilib. Danimarka bu statusu tanıyan ilk Avropa ölkəsidir. Alternativ xidmət müddəti də 3 aydan 14 aya qədər çəkə bilir. Bu ölkədə xidmət dövrünün 4 aya qədər azaldılması da nəzərdə tutulur.

Şimali Koreyada hərbi xidmət müddəti 5-12 il arasındadır. Quru Qoşunlarında 5-12 il, Hava Hücumundan Müdafiə Qoşunlarında 3-4 il, Hərbi Dəniz Qüvvələrində 5-10 il.

Polşada hərbi xidmət məcburidir və müddəti 10 ay müəyyənləşdirilib. Universitet məzunları isə 3 ay əsgərlik çəkirlər. 1988-ci ildən alternativ xidmət statusu qanuniləşdirilib. Alternativ xidmət müddəti 18 ay, universitet məzunları üçün isə 6 aydır.

Rusiyada 18-27 yaş arası kişilər üçün əsgərlik məcburidir. Ali təhsillilər 12 ay, digərləri isə 18 ay əsgərlik çəkirlər.


Müharibə şəraitində olan Azərbaycanda da həqiqi hərbi xidmət keçmək məcburidir və 18 yaşına çatmış hər bir oğlan əsgərliyə getməlidir. Ölkəmzdə həqiqi hərbi xidmət müddəti 1 il 6 aydır. Ali təhsillilər üçün bu müddət 1 ildir.

Məcburi hərbi xidmət tətbiq olunmayan ölkələr

Fransada məcburi hərbi xidmət 2001-ci ildə ləğv edilib. Hərbi xidmət artıq peşəkar sistem olaraq tətbiq olunmaqdadır.

İngiltərə II Dünya Müharibəsində məcburi hərbi xidmət tətbiq etdi. I Dünya Müharibəsində İngiltərə ordusu nizamlı əsgərlərdən və könüllülərdən qurulmuşdu. 1930-cu illərdə İngiltərə, olduqca kiçik nizamlı ordu ilə kifayətləndi. II Dünya Müharibəsi bütün ölkələrin orduya baxışlarını dərhal dəyişdirdi. İngiltərə də iki illik bir müddət üçün gəncləri əsgərə çağıraraq güclü ordu qurdu. İngiltərədə məcburi xidmət 1960-cı ilə qədər davam edib. İndi isə ordu tamamilə könüllülərdən ibarətdir.

II Dünya Müharibəsindən sonra imzalanan razılaşmalara görə,Yaponiyanın rəsmi olaraq silahlı qüvvələrə sahib olması qadağan edilib. Ancaq ölkənin peşəkar ordusu var.

Kanadanın da peşəkar ordusu var. Məcburi hərbi xidmətin tətbiq olunması ilə bağlı qanunlarda hər hansı bir tənzimləmə yoxdur.

Pakistanda digər ölkələrdən fərqli bir hərbi xidmət sistemi var. Əslində məcburi xidmət yoxdur, ancaq Pakistandakı yerli qəbilələrin müəyyən sayda könüllü əsgər vermək məcburiliyi var.

İsveçdə 2010-cu ilin əvvəlinə kimi hərbi xidmət məcburi idi. 18-47 yaşarası kişilər hərbi xidmətə çağırılırdı. Indi belə deyil.

Latviyada məcburi hərbi xidmət 2007-ci ildə ləğv edilib.

İtaliyada 2005-ci ildə peşəkar orduya keçid baş tutub.

İspaniyada 2002-ci ildən məcburi hərbi xidmət aradan qaldırlıb və peşəkar ordu qurulub.


Xəbər 1090 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +