Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


20.04.2017  15:16 

Trampın AB-ni zəiflətmək PLANLARI - Britaniyadan sonrakı HƏDƏF





A+  A-

Bu il 60 illiyin qeyd edən Avropa Birliyi dərin böhran içindədir. Brüsselin yürütdüyü siyasi və iqtisadi siyasətdən narazı qalan bir çox ölkələr onun hüquq nəzarətindən azad olmağı və avrodan imtina edərək, milli valyutalarına qayıtmağı düşünürlər.
2017-ci il bu mənada Avropa Birliyi üçün önəmli sınaq ili olacaq. Aprelin 23-də Fransada prezident seçkiləri, iyunun 8-də Böyük Britaniyada növbədənkənar parlament seçkiləri və sentyabrda Almaniyada bundestaqa seçkilərin nəticələri Avropa Birliyinin mövcudluğu baxımından həlledici rol oynaya bilər. Bu fonda ABŞ prezidenti Donald Trampın Avropa Birliyini zəiflətmək cəhdi heç kimin gözündən qaçmır. Tereza Meylə görüş zamanı britaniyalıları Brexit-ə görə alqışlayan Tramp vahid və güclü Avropanın yaranmasında maraqlı deyil. Tərəflərin azad ticarət zonası barədə müqaviləni bu günə qədər imzalaya bilməməsi də bununla bağlıdır.

Fransada Trampın müttəfiqi rolunda “Milli Cəbhə” partiyasının ultrasağçı namizədi Marin Le Pen çıxış edir. Siyasətçi qadın prezident seçilərsə, Fransanın avrodan imtina edəcəyini və Avropa Birliyindən çıxacağını elan edib. Eyni zamanda, hərbi xərclərin 2 dəfə artırılmasını söz verən Le Penin bu qədər vəsaiti hansı yollarla qazanacağı açıqlanmır.

Avropanın nəticələrini dörd gözlə izlədiyi başqa bir seçkidə isə kansler Angela Merkel öz postunu saxlamaq uğrunda mübarizə aparacaq. Martin Şultsla üz-üzə gələcək Merkel almaniyalı seçicilərə Avropa Birliyində qalmağın müsbət tərəflərini göstərməlidir. Sıravi vətəndaşlar ölkələrinin hər il Brüsselə milyardlarla dollar vəsait köçürməsini anlaya bilmir. Digər problem isə hər il qəbul edilən milyonlarla miqrantla bağlıdır. Almaniya hökuməti onların inteqrasiyası üçün optimal proqramlar təklif etməlidir.

Fransa və Almaniyadakı seçkilər Avropa cəmiyyətinin əhval-ruhiyyəsini və Brüsselin gələcək inkişaf yolunu göstərməlidir. Britaniyadakı seçkilər isə baş nazir Tereza Mey tərəfindən özünə parlamentdə daha çox yer qazanmaq və Brüsellə “boşanma”nın şərtlərini daha inamlı şəkildə müzakirə etməyə imkan verməlidir. Meyin inamlı qələbəsi Avropa Birliyinə əlavə problemlər yaradacaq.

Berlin və Paris Avropanı öz ətrafında daha sıx birləşdirmək üçün yeni strategiya hazırlamağa və qurumun əhatə etdiyi ölkələrin mərkəzdənqaçma meyllərinin qarşısını almaqda səylərini birləşdirməlidir.

Bu, Tramp administrasiyasının planlarına da mane ola bilər. Zəif və ABŞ-ın siyasi təsiri altında olan Brüssel ABŞ-a öz siyasətini yürütmək üçün daha sərfedici variantdır. Lakin Trampın Avropa Birliyi planları Fransa və Almaniya seçkilərdə çıxan nəticələrdən asılı olaraq dəyişəcək.

(modern.az)

Xəbər 1461 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +