Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


20.04.2017  13:41 

Azərbaycanda saqqal qadağan edilə bilər?..





A+  A-

Qazaxıstan prezidenti Nursultan Nazarbayev gənclərin saqqal saxlamağını qadağan edən qanun layihəsi təklif edib. Nursultan Nazarbayev ölkənin dini lideri ilə görüş zamanı məsələni müzakirə edib.
“Bu, bizim xalqmıza və adətimizə ziddir” - deyə prezident saqqal saxlayanlara qarşı çıxıb.

Azərbaycanda da saqqal saxlamaq məsələsi adət-ənənənin gətirdiyi öhdəlik deyil. Lakin son illərdə gənclərin saqqal saxlamağa meylli olması diqqət çəkir. Həmçinin, bu məsələdə fikir müxtəlifliyinin mövcudluğu istisna edilmir.
Azərbaycanda da gənclərin saqqal saxlaması yasaq edilə bilərmi?

XəzərNews.az bildirir ki, Modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran bildirib ki, indiki dövrdə saqqal saxlamaq dəbə düşüb.
“Müasir dövrdə saqqal saxlamağa dəb kimi yanaşırlar. Təəssüf ki, bu, dünyada da belədir. Təkcə Azərbaycanda və Şərq ölkələrində deyil, Avropa ölkələrində də gənclərin saqqal saxlaması dəb olaraq yayılıb. Gənclər də həmin dəbi təkrar edirlər. Qardaş Türkiyədə görürük ki, sənət adamlarının əksəriyyəti saqqal saxlayır. Hətta saqqalla filmə də çəkilirlər, tamaşada da oynayırlar. Əslində bunun özü də dəbdir. Mənə elə gəlir ki, qısa müddətdən sonra bu dəb aradan qalxacaq”.

Səyyad Aranın fikrincə, dindarların saqqal saxlamasının yasaq edilməsi doğru deyil.
“Adətən ruhanilərimizi saqqalda görməyə adət etmişik. Dinlə məşğul olan gənclərimiz saqqal saxlayır. Bu baxımdan gənc dindarların saqqal saxlamasına bir o qədər də irad tutmaq düzgün deyil. Həmçinin, daha səliqəli saqqal saxlamaq ətrafdakılarda da xoş təəssürat oyadır. Saqqal saxlamağa qarşı qadağanın tətbiq edilməsi doğru yanaşma deyil. Çünki bu, insan hüquqlarına hayqırı münasibətdir. Eyni zamanda, cəmiyyətdə gənclərin kütləvi saqqal saxlaması da yaxşı ənənə deyil. Sənət adamlarının, musiqiçilərin, müğənnilərin, aktyorların saqqal saxlaması dəblə bağlıdır. Bu heç də yaxşı təsir bağışlamır”.

Alatoran Nəşrlər Evinin rəhbəri, tanınmış yazar Rasim Qaraca isə deyir ki, insanın saqqal saxlayıb-saxlamamasını özündən başqa kimsə müəyyənləşdirə bilməz.
“Sovet dövründə saqqal saxlamağa izn vermirdilər. Bununla bağlı ümumi qayda qoyulmuşdu. Uzun saqqal avaraçılıq rəmzi kimi qəbul olunurdu. Hətta bakinbord saxlamaq belə, bu cür qiymətləndirilirdi. Hesab edirəm ki, saqqal kişinin təbii olaraq bədən üzvüdür. Buna insanın özündən başqa kimsə qarışa bilməz. Həmçinin, saqqal saxlamaq hər hansı bir təriqətə aid ola bilməz. Ola bilsin Qazaxıstanda o qədər dini təriqətlər meydana çıxıb ki, məcburən bunun qarşısını almaqdan ötrü ölkə başçısı belə bir təklif irəli sürüb”.

Xəbər 2364 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +