Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


18.04.2017  10:48 

Ziya Məmmədovun oğlu niyə üzə çıxmır? - Trampın Bakıdakı “ortaqları” gülünc durumda...





A+  A-

Fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov mediaya “daha sıravi vətəndaşam”, “dincəlirəm” kimi açıqlamalar verdikdən sonra bir müddətdir ki, səs-səmiri çıxmır. İşdən azad olunduqdan sonra guya yenidən hansısa vəzifələrə təyin ediləcəyi barədə Məmmədovların mediaya sızdırdıqları xəbərlər də təsdiqlənmədi.
Əksinə, indi gələn xəbərlərdən məlum olur ki, Məmmədovlar hakimiyyətdəki etimadlarını birdəfəlik itiriblər, illərdi topladıqları sərvətləri, hətta “topdağıtmaz” “Garant” Holdinqi belə itirmək təhlükəsi ilə üzləşiblər.

Məlumdur ki, Z.Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik etdiyi “Garant” Holdinq “PAŞA Bank” ASC-dən götürdüyü 1 milyon 141 min manat borca görə məhkəməyə çəkilib; oğul Məmmədovun bir neçə əmlakına, o cümlədən “Milyonerlər məhəlləsi” kimi tanınan Məmməd Araz küçəsindəki mülklərinə həbs qoyulmuşdu. Sabiq nazir “bu işdən xəbərsizəm” desə də, mülklərə həbs xəbərləri təsdiqləndi. O da məlum oldu ki, hazırda Londonda yaşayan və Bakıya hansısa səbəblərdən gələ bilməyən A.Məmmədov banka borcu ödəyib.

Əlbəttə ki, 15 il nazir işləmiş Z.Məmmədov və vaxtilə hüdudsuz imkanlara malik oğlu A.Məmmədov üçün 1 milyon “tum pulu” hesab oluna bilər. Təsadüfi deyil ki, Bakıdakı işlərini buraxan A.Məmmədovun Londonda dəyəri milyonlarla dollar olan mənzil alması barədə xəbərlər hələ Z.Məmmədov vəzifədə işləyərkən yayılmışdı.

Tanınmış hüquqşünaslardan biri iddia edirdi ki, Londonun mərkəzində tikilmiş çox bahalı “One Hyde Park” yaşayış kompleksində mənzil sahiblərindən biri də A.Məmmədovdur. Təxminən 1.7 milyard dollara başa gələn dünyaca məşhur dəbdəbəli kompleksdə isə mənzillərin kvadrat metri 100 min dollardan başlayır...

Amma yeni xəbərlər o istiqamətdədir ki, Məmmədovlar ölkədən çıxmaq və ya kredit götürdükləri pulu qaytarmaqla qurtulmuş hesab oluna bilməzlər. Xəbərlər var ki, Məmmədovlar hələ 3 il əvvəldən açılışı olmalı Heydər Əliyev Mərkəzi yaxınlığındakı “yelkən-hotel”i belə itirmək ərəfəsindədirlər.

A.Məmmədovun hakimiyyətin gözündən düşməsi məlum idi, onun ABŞ-dakı lobbi təşkilatında (Amerika-Azərbaycan Alyansı) külli miqdarda maliyyə maxinasiyasına yol verdiyini Amerika qəzetləri də yazmışdı. Bakıda Azərbaycan Qolf Federasiyası prezidentliyindən uzaqlaşdırılan A.Məmmədov Donald Trampın prezident seçilməsi ilə “dirçəldi”.

O, mediada Trampla yaxınlığı barədə piar-kampaniyaya start verdi. Belə rəy yaradıldı ki, Məmmədovlarsız Amerikanın yeni administrasiyası ilə əməkdaşlıq mümkün olmayacaq. Bu təbliğata hələ o vaxt nazir işləyən Z.Məmmədov da şəxsən qoşuldu, “Trampla işbirliyimiz var” dedi.
Amma bu yanlış piar Məmmədovların sonunu tezləşdirdi, hakimiyyət onlara “boy göstərən” Məmmədovlarla yollarını birdəfəlik ayırmağa qərar verdi.

Məlumata görə, Z.Məmmədov hakimiyyətə qarşı “qeyri- səmimi” mövqeyinə görə də cəzalandırıla bilər. Məsələn, onun “vurulmasında” baş nazirin keçmiş birinci müavini, Azərbaycan iqtidarına xəyanət etmiş Abbas Abbasovla əlaqəsi də ciddi rol oynadığı deyilir. Bildirilir ki, A.Abbasov hakimiyyətlə körpüləri yandırsa da, Z.Məmmədovla müəmmalı təmasları son aylaradək davam edirmiş. Onların telefon əlaqəsi deşifrə olunduqdan sonra Z.Məmmədov bu təmasların səbəblərini izah edə bilməyibmiş. Xatırladaq ki, son aylar A.Abbasovun yenidən fəallaşması və Bakıya qarşı Kremlin daha bir planında yer alması xəbərləri yayılıb.

Fəqət bu da son deyil. İddialar var ki, Məmmədovların həbs təhlükəsi də realdır. Buna səbəb isə amerikalı senatorların “Trump Organization” təşkilatının Azərbaycanda Məmmədovlarla işbirliyinin şübhəli məqamları barədə araşdırma tələb etməsidir.

ABŞ mətbuatında da ötən ay bu haqda yazılar dərc olunub. Təfərrüata varmadan qeyd edək ki, yazıda Məmmədovlara o qədər ciddi ittiham var ki, bunları hakimiyyət araşdırarsa, onların qapıları uzun müddətə arxadan bağlanmış olar...

Etibarlı mənbənin bir xəbərinə görə isə Məmmədovlar Azərbaycandakı bütün əmlaklarını - hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədirlər. “Onlar indən sonra Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü anlayıblar” deyə, mənbə bildirib. Sabiq nazirin varidatı ilə bağlı bu illər ərzində çox faktlar açıqlanıb. Nazir vəzifədən çıxarılmazdan əvvəl də onun ən sərt tənqidçilərindən olan partiya sədri Hafiz Hacıyev Z.Məmmədovun Bakıda və Bakı ətrafında 2 milyarda yaxın dəyəri olan daşınmaz əmlakı olduğunu iddia edir. Maraqlıdır ki, Məmmədovlar nəslinin digər nümayəndələrinə xüsusi bir qərəzli münasibət yoxdur, onlar öz həyatlarını və biznes fəaliyyətlərini davam etdirirlər...

Z.Məmmədov ilginc xəbərlərlə bağlı telefon zənglərimizə cavab vermədi. Onun da mövqeyini dərc etməyə hazırıq.
“YM”

Xəbər 2601 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +