Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


17.04.2017  13:30 

Qüvvədən düşmüş sənəd – Qarabağda yeni müharibə başlaya bilər





A+  A-

Mayın 12-də 23 ili tamam olaraq Bişkek protokolları faktiki olaraq qüvvəsini itirib. 1994-cü ilin mayında Azərbaycan və Ermənistan tərəflərini Moskvanın vasitəçiliyi ilə Qarabağda aktiv döyüşləri dayandırmağa sövq edən edən kövrək müqavilə illər keçdikcə əhəmiyyətini bir az daha itirirdi. 23 ildir ki, həll olunmayan münaqişə bu məsələyə öz mənfi təsiri göstərmiş oldu.
Xüsusən, 2014-cü ilin avqustunda təmas xəttində baş verən döyüşlər Bişkek müqaviləsinin qüvvədən düşəcəyinə işarə idi. Ötən ilin aprel döyüşləri isə protokolların tamamilə qüvvədən düşməsinə və yeni reallığın yaranmasına yol açıb.

Əslində “Bişkek protokolu” sadəcə olaraq formal hesab oluna bilər. Atəşkəsin əldə olunması istiqamətində danışıqlarda iştirak etmiş ATƏT-in Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovun öz qələmindən çıxanlar da protokolun qeyri-obyektivliyi və ciddi hüquqi qüvvəyə malik olmadığına işarədir. “Bu sənəd hüquqi xarakter daşımadığına və üstəlik hüquqi öhdəliklər qoymadığına görə bir növ siyasi müraciət və ya sülhə çağırış idi. Buna görə də Azərbaycan tərəfin təkid etdiyi düzəlişlərin o qədər də böyük əhəmiyyəti yox idi. Bununla belə, Bakı yalnız onun istəklərinin təsbit olunduğu kağızı imzalamağa razılaşırdı”-deyə V. Kazimirov xatirələrində yazır.

Hər il atəşkəsin pozulması halları isə danışıqlar fonuna qara rəng qatmaqla həll prosesini bir az da ləngidir. Belə bir situasiyada “Bişkek Protokolu” nun yalnız simvolik xarakterə malik sənəd qismində “təsəlli” rolunu oynadığını təsdiq edir. Atəşkəsin pozulması isə 2014-cü ilin ilk aylarında daha da intensivləşməklə vəziyyəti dramatik məcraya yönəldir.

Məsələ orasındadır ki, nə Azərbaycan, nə də Ermənistan rəsmi şəkildə atəşkəsi pozduğunu bildirir. “Bişkek protokolu” na görə tərəflərdən yalnız biri atəşkəsə əməl etməyəcəyini bəyan edərsə, sənəddəki müddəalar qüvvədən düşmüş sayılır. Ancaq atəşkəsin tənzimlənməsinə dair sənədin mövcudluğu indiki şəraitdə faktiki olaraq yalnız nəzəri mülahizələri özündə birləşdirir. Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsin Ermənistan ordusunun pozduğu haqqındakı statistikalarında da dəhşətli rəqəmləri görmək olar.

Müşahidəçilər Azərbaycanla Ermənistan arasındakı atəşkəs məsələsinə Rusiyanın nəzarət etdiyi fikrindədirlər. Əksər vaxtlar atəşkəsin məhz Rusiya tərəfindən pozulduğu barədə də rəylər var. Azərbaycanın müstəqil dövlət olaraq yürütdüyü xarici siyasət kursu birinci növbədə Cənubi Qafqazda və ümumiyyətlə, MDB məkanında əsas söz sahibinə çevrilmək istəyən Rusiyanı narahat edir. Kreml cəhd edir ki, Azərbaycan xarici siyasi koordinatlarının tərəzisinin gözü rəsmi Moskvanın xeyrinə əyilsin. Bakının Gömrük İttifaqına qoşulmaqdan imtina etməsi Moskva siyasi dairələrini Azərbaycana qarşı hərəkətə gətirib. Müxtəlif təzyiq metodları işə salınır. Sözsüz ki, rəsmi Moskvanın öz çeşidli təxribat xarakterli siyasi texnologiyaları siyahısında Ermənistan ordusuna açıq dəstək vermək tendensiyası da var. Rusiyanın əlaltısı olan Ermənistanın düyməsinin Kremldə olduğu da dəqiqdir və Sərkisyan hakimiyyəti heç zaman Moskvanın maraqlarından kənar addım atmaz. Deməli, atəşkəs rejimin pozulmasında “Şimaldan əsən küləklər” çox böyük rola malikdir. Atəşkəsin indiki zamanda pozulması isə Rusiyanın xeyrinə işləyir. Əks təqdirdə Putin administrasiyasının buyruqçusu olan işğalçı dövlət atəşkəsin pozulmasına görə məsuliyyət daşıdığını dərk edib əməllərindən əl çəkərdi.

Hazırki situasiyada prezidentlərin Sankt-Peterburq və Vyana görüşləri, həmçinin 2016-cı il aprelin 5-də Azərbaycan və Ermənistan Baş Qərargah rəislərinin imzaladıqları atəşkəs müqaviləsi Bişkek protokollarını əzəv edir.

(modern.az)

Xəbər 1864 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +