Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI


13.04.2017  12:48 

İcra başçısı qadın jurnalistə qarşı hərəkətindən DANIŞDI: “O, balaca boyu ilə hücum edirdi”





A+  A-

Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ötən gün Hacı Cavad məscidi ərazisində ona sual verən jurnalistə əl qaldırması məsələsinə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, icra başçısı “Ölkə.Az”-a açıqlamasında jurnalisti döymədiyini və bu barədə yayılan xəbərlərin doğru olmadığını söyləyib:

“Həmin vaxtı mən yol gedirdim, rəhbərliyin göndərdiyi ismarışı bunlara demək üçün özümlə 5 nəfər icma üzvlərini də aparırdım. Həmin vaxtı bir jurnalist fotoaparatı ağzıma dirəmişdi ki, bu dəqiqə mənə müsahibə ver. Mən də ona bir neçə dəfə dedim ki, ay xanım, çəkil kənara, imkan ver bunları aparım. Hətta, jurnalistə dedim ki, məscid nə indi, nə də sabah sökülməyəcək. İcazə verin, rəhbərliyin tapşırıqlarını yerinə yetirim, sonra sizə də müsahibə verərəm. Elə də oldu. Ancaq həmin jurnalist təkid edirdi ki, bütün məsələləri saxlayıb ona müsahibə verim. Axı belə olmaz! Hər bir insanın şəxsiyyəti var.
Olmaz da, adamı bu qədər boğaza dirəmək. Mənim yerimdə başqaları olsaydı, onlar da eyni cavabı verərdi. Mən o jurnalistə nə deməli idim? Normal dillə dedim ki, xanımsan da, çəkil kənara, icazə ver bu adamlarla danışıq aparım, məsələyə aydınlıq gətirim. Görürdü ki, o insanlar narahatdırlar, məsələyə aydınlıq gətirilməsini istəyirdilər.

Ancaq həmin jurnalist mənə imkan vermirdi ki, camaatla danışım. Belə olmaz! Bizim bəzi müxbirlər etik qaydaları kobud şəkildə pozur. Deyirlər ki, mən müxbirəm, mənə mütləq cavab verməlisən və sairə. Bu doğru deyil. Dünən məscidin önündə olan bütün jurnalistlərin suallarını normal şəkildə cavablandırdım. Ancaq bir o qız jurnalist bizi başa düşmək istəmirdi, öz bildiyini etməyə çalışırdı, balaca boyu ilə adama hücum edirdi”.

İ.Mehdiyev bütün jurnalistlərə açıq adam olduğunu vurğulayıb:

“Mən bütün jurnalistlərə açıq adamam, mətbuatla hər zaman dostluq etmişəm, onların bütün suallarını cavab verirəm. Orada da ən azı 10 jurnalist var idi, onların hamısına cavab verdim, hər biri də razı qaldı. Ancaq mətbuat da qarşısında olan insanı saymayanda, ona hörmət etməyəndə, yaxşı olmur. Axı biz də insanıq, şəxsiyyətimiz var, özümüzə hörmət edən adamlarıq. Belə olmaz axı! Mən jurnalistə qarşı necə hörmət edirəmsə, o da mənə qarşı eyni münasibəti göstərməlidir”.

Qeyd edək ki, hadisə icra başçısının "Sovetski”də tarixi "Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı keçirilən etiraz aksiyaları zamanı əraziyə gəlişi zamanı olub. Fərqanə Novruzova adlı jurnalist hadisə yerinə gələn İ. Mehdiyevdən açıqlama almaq istəyib. Lakin başçı ona kobud şəkildə "açıqlama vermirəm” deyərək, getməyə başlayıb. Xanım jurnalist açıqlama almaq üçün İ.Mehdiyevin arxasında gedib. Bu zaman başçı ona qarşı kobudluq edib.

Xəbər 1240 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +