Navalnı aclıq aksiyasını dayandırdı
Daha bir həkim həbs olundu - RƏSMİ
Yoluxanların sayı 2 mindən aşağı düşdü
Orucun elmdə sübut olunmuş FAYDALARI
Zahid Oruc dövlət qurumlarını TƏNQİD ETDİ
ABŞ-ın Rusiyadakı səfiri Vaşinqtondadır
Daha bir avtobus “BakıKart”a keçdi
Koronavirusa yoluxma sayı 145 milyonu ötdü
Zəngilanın Nəcəflər kəndi - VİDEO
BMT rəsmisindən ABŞ-a “soyqırımı” dərsi


12.04.2017  22:16 

Bir gündə “AccessBank”ın 700 əməkdaşı işdən çıxarıldı





A+  A-

Bank sektorunda yaranan problemlər ixtisarların sayını artırır. Xüsusilə də kütləvi ixtisarların sayı çoxalmaqdadır.
Məlumata görə, ən son belə hal Azərbaycanda xarici kapital ilə fəaliyyət göstərən “AccessBank”da baş verib.
Son 3-4 ay ərzində rəhbər işçilər da daxil olmaqla onlarla əməkdaş öz xoşuna və ya məcburi qaydada bankı tərk etmişdilərsə, bu ayın əvvəlində, bir qərarla bankda kütləvi ixtisar baş verib.
Belə ki, əsasən regionlar olmaqla, bankın 13 filialının bağlanması nəticəsində 700 nəfərə yaxın əməkdaş işsiz qalıb. Bu isə bankın heyətinin 40 faizə qədərini təşkil edir. İşdən cıxarılan əməkdaşlar əsas hissəsi kredit mütəxəssisləri və əməliyyatçılardır.
Eyni zamanda işdə qalan əməkdaşların əksəriyyətinin əmək haqqı 20-30 faizə qədər azaldılıb. Bütün bunlar bankda ciddi böhranın yaşanmasını göstərir.
Eyni zamanda ixtisar prosesinin davam edəcəyi istisna edilmir. Həmçinin əmək haqqı azaldılan stajlı işçilər öz xoşlarına bankdan ayrılmağı düşünürlər.

(modern.az)


Xəbər 2426 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.04.2021  13:46 

Sabah Bakıda güclü külək olacaq

23.04.2021  10:08 

Bayden sabah nə deyəcək?


BÜTÜN XƏBƏRLƏR +