Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


12.04.2017  18:21 

Əli İnsanov məhkəmədə ifadə verdi





A+  A-

Bu gün Qaradağ Rayon Məhkəməsində Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində açılmış cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Prokuror bildirib ki, ittiham aktına əsasən, Ə.İnsanov cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində psixotrop maddələr əldə edərək saxlayıb: "Aparılan yoxlama zamanı həmin vasitələr aşkar olunub. Bununla bağlı protokol tərtib edilib. Bu zaman Əli İnsanov protokol yazan Penitensiar Xidmətin əməkdaşı Anar Məmmədova hücum edib. O, həmin şəxsin paqonunu cıraraq onu itələyib. Bu zaman Anar Məmmədov yıxılaraq başından xəsarət alıb."
Elan olunmuş ittiham üzrə Ə.İnsanov özünü təqsirli bilmədiyini söyləyib. Sabiq səhiyyə naziri ittihamları saxta adlandırıb.
Zərərçəkmiş qismində Anar Məmmədov dindirilərkən ittiham aktında yazılanları təsdiq etdiyini bildirib.
Prosesdə hal şahidi olan məhkumlar - Rövşən Salahov, Şünasib Əliyev, şahid, keçmiş məhkum - Anar Təhməzov, Penitensiar Xidmətinin əməkdaşı Fizuli İsmayılov da ifadə verib. Həmin şəxslər də ittiham aktında yazılanları təsdiqlədiklərini qeyd ediblər.
Məhkəmənin növbəti iclası aprelin 19-na təyin olunub.
Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.
Ötən il il avqustun 24-də Ə.İnsanovun barəsində Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.
Qaradağ Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib.

(report.az)

Xəbər 1316 dəfə oxunub.



28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +