Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


11.04.2017  14:38 

“Azərbaycan özü də separatçılıqdan əziyyət çəkən ölkə sayılır“





A+  A-

"Azərbaycan Xarici İşlər Nazirliyinin Cənubi Osetiyada keçirilmiş qondarma seçkilər və referendumla əlaqədar bəyanat yayması tamamilə təbii və anlaşılandır. Sözügedən bəyanatla Azərbaycan Respublikası Cənubi Osetiyanın müstəqilliyini və nəticə etibarilə, 9 aprel 2017-ci ildə Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımadığını nümayiş etdirdi".
XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov çıxış edib.
Ə.Hüseynovun sözlərinə görə, rəsmi Bakı inanır ki, Cənubi Osetiya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir:
"Azərbaycan XİN-in Cənubi Osetiyada keçirilən qondarma referendumla bağlı verdiyi bəyanat ölkəmiz üçün geosiyasi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, Azərbaycan özü də separatçılıqdan əziyyət çəkən ölkə sayılır. Erməni separatçılığının nəticəsində Azərbaycan öz əzəli torpağı olan Dağlıq Qarabağın işğalıyla üzləşib. Bu mənada Azərbaycanın separatçılıqdan əziyyət çəkən ölkələrə (indiki halda Gürcüstana) qarşı ədalətsiz siyasətə reaksiya verməsi həmin ölkələrə dəstək nümunəsidir. Azərbaycan Ukrayna, Gürcüstan, Moldova kimi separatçılqdan əziyyət çəkən postsovet ölkələri ilə səylərini birləşdirməklə separatçı rejimlərə havadarlıq edən ölkəyə (və ya ölkələrə) qarşı real geosiyasi təzyiq instrumenti əldə etmiş olur".
DADP sədri düşünür ki, bu baxımdan, istər Azərbaycan, istərsə də yuxarıda adlarını qeyd etdiyim digər postsovet respublikaları separatçılığa qarşı mübarizədə ABŞ-ın yürütdüyü siyasətdən də yararlanmağa çalışmalıdırlar: "Məlumdur ki, ABŞ Dövlət Departamenti Gürcüstanın separatçı Cənubi Osetiya regionunda keçirilən "prezident seçkiləri" və addəyişmə "referendum"u barədə bəyanat yayıb. Dövlət Departamentinin bəyanatında bildirilir ki, ABŞ bu "seçkiləri", eləcə də martın 12-də Gürcüstanın digər işğal olunmuş bölgəsi - Abxaziyada keçirilmiş "parlament seçkiləri"ni tanımır. ABŞ-ın bu bəyanatı separatçı rejimlərə və onlara havadarlıq edənlərə qarşı çox önəmli addımdır. İndi biz ona çalışmalıyıq ki, D.Tramp administrasiyası Dağlıq Qarabağdaki erməni separatçılarına qarşı da analoji prinsipiallıq nümayiş etdirsin".

Xatirə
XəzərNews


Xəbər 1926 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +