Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


10.04.2017  17:50 

Maliyyə qanunsuzluqları aşkarlanan İcra hakimiyyətlərinin adları açıqlandı





A+  A-

Azərbaycan Hesablama Palatası maliyyə nöqsanları və büdcə qanunsuzluqları aşkarladığı rayon icra hakimiyyətlərinin adını açıqlayıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə illik hesabatda bildirilib. Bunlar Qaradağ, Sabunçu, Abşeron, Salyan, Şirvan, Zaqatala, Goranboy, Ağcabədi, Hacıqabul, Masallı rayon icra hakimiyyətlərində mənzil-kommunal təsərrüfatları, Biləsuvar, Cəlilabad, Tovuz, Siyəzən, Quba, Oğuz rayon icra hakimiyyətlərində isə investisiya üzrə sahələrdir.

Mənzil-kommunal təsərrüfatı üzrə nöqsanlar aşkarlanan rayonlardan Qaradağ Rayon İcra Hakimiyyətində 16 hal, Sabunçu Rayon İcra Hakimiyyətində 11 hal, Abşeron Rayon İcra Hakimiyyətində 19 hal, Salyan Rayon İcra Hakimiyyətində 13 hal, Şirvan Şəhər İcra Hakimiyyətində 15 hal, Zaqatala Rayon İcra Hakimiyyətində 14 hal, Goranboy Rayon İcra Hakimiyyətində 18, Ağcabədi Rayon İcra Hakimiyyətində 15 hal, Hacıqabul Rayon İcra Hakimiyyətində 17 hal, Masallı rayon İcra Hakimiyyətində isə 15 hal qeydə alı.

İnvestisiya üzrə Biləsuvar Rayon İcra Hakimiyyətində 8 hal, Cəlilabad Rayon İcra Hakimiyyətində 6 hal, Tovuz Rayon İcra Hakimiyyətində 5 hal, Siyəzən Rayon İcra Hakimiyyətində 6 hal, Quba Rayon İcra Hakimiyyətində 4 hal və Oğuz Rayon İcra Hakimiyyətində isə 5 hal üzrə nöqsan aşkarlanıb.

Palata tərəfindən görülən tədbirlərdən sonra maliyyə pozuntularından Qaradağ Rayon İcra Hakimiyyətindən 50 529,8 manat (1 nəfər vəzifədən azad olunub, 3 nəfər şiddətli töhmət alıb), Sabunçu Rayon İcra Hakimiyyətində 35 196 manat (9 nəfərə xəbərdarlıq edilib), Abşeron Rayon İcra Hakimiyyətindən 297 191,5 manat (1 nəfər vəzifədən azad olunub, 11 nəfər şiddətli töhmət alıb), Salyan Rayon İcra Hakimiyyətindən 161 102,9 manat (3 nəfər vəzifədən azad olunub, 2 nəfər xəbərdarlıq alıb), Şirvan Şəhər İcra Hakimiyyətindən 70 749,5 manat(5 nəfər şiddətli töhmət, 14 nəfər töhmət alıb), Zaqatala Rayon İcra Hakimiyyətindən 2504,0 manat (2 nəfər xəbərdarlıq alıb), Goranboy Rayon İcra Hakimiyyətindən 61 444,2 manat (1 nəfər töhmət, 2 nəfər xəbərdarlıq alıb), Ağcabədi Rayon İcra Hakimiyyətindən 569 68,5 manat (5 nəfər şiddətli töhmət, 3 nəfər xəbərdarlıq alıb), Hacıqabul Rayon İcra Hakimiyyətindən 50 103,4 manat (2 nəfər şiddətli töhmət, 4 nəfər töhmət alıb), Masallı Rayon İcra Hakimiyyətindən 79 750,6 manat (1 nəfər vəzifədən azad edilib, 1 nəfər xəbərdarlıq alıb) ödətdirilib.

İnvestisiya üzrə nöqsanlar aşkarlanan rayonlardan Biləsuvar Rayon İcra Hakimiyyətindən 81 675,6 manat (2 nəfər vəzifədən azad edilib, 1 nəfər töhmət alıb), Cəlilabad Rayon İcra Hakimiyyətindən 476 697,5 manat (2 nəfər töhmət alıb), Tovuz Rayon İcra Hakimiyyətindən 31 956,0 manat (2 nəfər töhmət, 2 nəfər də xəbərdarlıq alılb), Quba Rayon İcra Hakimiyyətindən 9621,8 manat ödətdirilib. Siyəzən və Oğuz rayon icra hakimiyyətlərindən isə heç bir ödətdirmə mümkün olmayıb.

Hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.

Xəbər 1120 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +