Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


10.04.2017  11:34 

2 nazirlik və 1 dövlət komitəsi ləğv edilir - Super nazirlik yaradılır





A+  A-

Maliyyə və Vergilər Nazirlikləri və Dövlət Gömrük Komitəsi birləşə bilər. 3 dövlət qurumunun vahid mərkəzdə fəaliyyəti idarəçiliyin stimullaşdırılmasına xidmət göstərə bilər.
Belə birləşmədən sonra hər iki qurumun mümkün olan aidiyyatı xidmətlərinin maksimum ASAN xidmətə ötürülməsi də yaxşı olardı. Maliyyə Nazirliyinin tərkibindən isə Dövlət Xəzinədarlığı Agentliyini ayırıb, birbaşa Prezidentə tabe olan bir struktura çevirmək lazımdır.

Bir nazirliyin həm büdcə xərclərini proqnozlaşdırması və həm də onun icrasını həyata keçirməsi, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin azalmasına yol açan bir hal kimi dəyərləndirilməlidir.

Bütün hallarda, xərclərin proqnozlaşdırılması Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcəkdir, lakin müstəqil bir qurum olaraq Dövlət Xəzinədarlığı Agentliyi də bu məsələdə öz mövqeyini ortaya qoya bilər ki, bu da çox mühüm bir şərtdir.

Maliyyə Nazirliyi hər il Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi üçün növbəti ildə onların büdcəyə toplayacaqları vergi və rüsumların həcmini (proqnozları) müəyyənləşdirən bir qurumdur.

Maliyyə Nazirliyi növbəti il üçün vergi proqnozlarının ilkin variantını tərtib edib qurtardıqdan sonra, bir qayda olaraq onunla Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında toplanacaq vergilərin həcminə dair proqnozlar ətrafında fikir ayrılıqları meydana çıxır.

Büdcəyə daha çox vəsait toplanmasında maksimum maraqlı olan Maliyyə Nazirliyinin mövqeyi bir qayda olaraq bu vəsaitləri toplayan Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin mövqeyi ilə üst-üstə düşmür və bəzən də kənarlaşmalar kifayət qədər ciddi ola bilir.

Bu, təbii bir haldır. Çünki vergi və rüsumları yığan qurumlar adətən proqnozların mümkün qədər aşağı olmasında maraqlı olurlar. İndiki halda isə bu ziddiyyəti kənaraq qoymaq və israfçılığı önləmək üçün struktur islahatları real görünür.

Belə ki, bir-birini təkrarlayan hökumət qurumlarının bəzilərini ləğv edəcəyi, bəzilərinin isə birləşdiriləcəyi deyilir. Prezident İlham Əliyev gənc islahatçılardan ibarət komandanın təşkili istiqamətində siyasətini möhkəmləndirəcək.

Hakimiyyətin müxtəlif postlarında yerləşmiş məmur ordusu var ki, müasir texnoloji biliklərdən uzaqdır. Lakin qarşıda struktur islahatlarının daha mühüm bir mərhələsinə keçmək qədər ciddi bir proses durur.

Bu mərhələdə söhbət artıq böyük nazirlik və dövlət komitələrinin hər hansı bir formada birləşdirilməsindən və ya onların tərkibindən hansısa strukturların çıxarılaraq müstəqil bir qurum kimi təsbit edilməsindən gedir.

Bu gün mətbuat səhifələrində bu mövzuda çıxış edənlər məsələ ilə bağlı müxtəlif təkliflər səsləndirirlər. Kimlərsə xarici təcrübəyə söykənən addımlar atmağı təklif edir, bir başqaları müəyyən sahədə fəaliyyət göstərən qurumların mexaniki birləşməsini təklif edir.

(ulus.az).

Xəbər 2056 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +