Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


31.03.2017  17:45 

Hesablama Palatası “Azəriqaz”da ciddi nöqsanlar aşkarladı





A+  A-

“Azəriqaz”ın balansında olan əsas vəsaitlərin əvəzsiz olaraq digər hüquqi şəxslərin balansına köçürüldüyü üzə çıxıb Hesablama Palatasının Kollegiya iclasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri haqqında hesabat təsdiq olunub.
XəzərNews.az-ın məlumatına görə, müəyyən edilib ki, 2009-2013-cü və 2014-2018-ci illər üzrə Dövlət Proqramlarına əsasən ölkənin qazla təmin edilməyən məntəqələrinin qazla təchiz edilməsi, rayon və şəhərlərin qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi və Bakı şəhərində qaz təchizatının yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədi ilə Dövlət Neft Şirkəti tərəfindən dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı Azərbaycan prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib edilməyib.

Birbaşa layihə-smeta sənədlərinin hazırlanması, layihənin texniki iqtisadi əsaslandırılması və qiymətləndirilməsi, həmçinin tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması və həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi baxımından ekspertizadan keçirilməsi təmin edilməyib. Dövlət Neft Şirkətinin kapital qoyuluşu Planına daxil edilən yaşayış məntəqələrinin qazlaşdırılmasına tələb olunan vəsaitin həcmi obyektlərin layihə-smeta sənədləri hazırlanmadan cari ildəki qazla təchiz olunan yaşayış məntəqələrinin siyahısına, növbəti illər üzrə investisiya xərclərinə ayrılan vəsaitlərin məbləğinə və əvvəlki illərin faktiki göstəricilərinə əsasən hesablanıb, qüsur aktları əsasında “Azəriqaz” İB-nin tabeliyində olan Layihə-Konstruktor Bürosu tərəfindən layihə-smeta sənədləri hazırlansa da, bir sıra hallarda dövlət ekspertizasından keçirilməyib və ya bir sıra layihələr isə işlər yerinə yetirilib müvafiq qaydada rəsmiləşdirildikdən sonra dövlət ekspertizasından keçirilmiş, işlərin qiymət cədvəli mövcud qaydalara uyğun tərtib edilməyib. 1 yanvar 2016-ci il tarixə başa çatdırılmayan tikintilərin həcmi qoyulan vəsaitin 48,15 faizini təşkil etməsinin səbəblərindən biri də dövlət ekspertiza rəyində göstərilən iradların aradan qaldırılmaması olub.

Qazlaşdırma tədbirlərinin intensiv olaraq həyata keçirilməsinə, o cümlədən qaz təsərrüfatı şəbəkəsinin əsaslı surətdə yenilənməsinə, əsasən əhali istehlakçı qrupu üzrə qaz şəbəkəsinin yenidən qurulmasına vəsait qoyulsa da, Birlik üzrə normadan artıq itki 2014-cü ildə 12,4% təşkil edib, 2015-ci ildə isə 14% olub. “Azəriqaz” İB ilə Qaz ixrac idarəsi arasında təbii qazın magistral qaz kəmərləri vasitəsi ilə nəqli üzrə müqavilədə təbii qazın itkisinin örtülmə mənbəyi və miqdarı göstərilməyib, bu sahədə tərəflərin məsuliyyəti müəyyənləşdirilməyib. Bir sıra hallarda dövlət büdcəsinin vəsaiti hesabına nizamnamə kapitalının artırılmasına aid edilmiş məbləğ üzrə ƏDV məbləği əvəzləşdirilməsi hallarına yol verilib, Dövlət Neft Şirkətinin Baş ofisi tərəfindən Birliyə qaytarılmaq şərti ilə ayrılmış maliyyə yardımlarının sonradan borc kimi geri alınması ayrıca sənədlə rəsmiləşdirilməyib. Bu vəsaitin xərc istiqamətləri müəyyənləşdirilməmiş və xərclər smetası tərtib edilməyib, həmin vəsaitlərin Birliyin maliyyə-təsərrüfat fəaliyyətinə təsirləri və gələcəkdə qaytarılma mənbələri əsaslandırılmayıb. Tərəflər arasında münasibətlər, o cümlədən ödəniş qrafiki müəyyən edilməyib. Birliyin Nizamnaməsinə əsasən Birlik ARDNŞ-nin öhdəliklərinə, ARDNŞ isə Birliyin öhdəliklərinə görə cavabdeh olmadığı müəyyən edilsə də, “Azəriqaz” İB-nin balansında olan əsas vəsaitlərin və müəssisələrin Dövlət Neft Şirkətinin tabeliyində olan hüquqi şəxslərə əvəzsiz verilməsi “Azəriqaz” İB-nin gəlirliliyinin azalmasına, ödəmə qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarması ilə yanaşı əlavə öhdəliklərin yaranmasına da səbəb olub.

“Azəriqaz” İstehsal Birliyinin maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlansa da, qüvvədən düşmüş normativ sənədlərə uyğun hazırlanmış hesabat göstəriciləri arasında fərqlər mövcud olub. Maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı Səmərəlilik, Likvidlik və Borclanma göstəricilərinin təhlili zamanı xalis aktivlər və xalis mənfəət mənfi olduğundan xalis aktivlər üzrə və əməliyyat gəlirlərinin olmaması, cari öhdəliklərin cəmi aktivlərdən çox olması səbəbindən sərf edilən kapitaldan istifadə üzrə mənfəətliliyə nail olunmaması, maya dəyərinə çəkilmiş xərclər ötən illərlə müqayisədə artaraq 2013-cü ildə ümumi gəlirlərin 48,4%-ni, 2014-cü ildə 53,2%-ni və 2015-ci ildə isə 55,2%-ni təşkil etməsi, həmçinin, gəlir əldə olunması üçün təşkilat tərəfindən aktivlərin istifadəsi üzrə fondverimliliyinin hər il azalaraq 2013-cü ildə 23,1%, 2014-cü ildə 22,4% və 2015-ci ildə isə 21,8% təşkil etdiyi müəyyən olunub. Qazın topdan alışı, nəqli və pərakəndə satışı prosesində bəzi hallarda mərkəzləşdirilmiş qaydada iqtisadi nəticəliliyi tam əsaslandırılmayan idarəetmə qərarlarının qəbul edilməsi halları, o cümlədən nəqliyyat xidmətlərinə olan tələbatın təsərrüfat daxili əsaslarla deyil, sifarişçilər əsasında (icarəyə götürülməklə) reallaşdırılması, təbii qazın topdanalışı və nəqli prosesində iştirakçı qismində üçüncü hüquqi şəxsin cəlb edilməsi, Birliyin balansında olan əsas vəsaitlərin əvəzsiz olaraq digər hüquqi şəxslərin balansına köçürülməsi, və digər bu kimi hallar “Azəriqaz” İB-nin fəaliyyətinin (auditlə əhatə olunan dövrdə) zərərlə başa vurması ilə nəticələnib.


Hesablama Palatasının Kollegiyası müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi və bu istiqamətdə görülmüş tədbirlər haqqında Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surətinin Dövlət Neft Şirkətinə, auditin nəticələri üzrə vergi qanunvericiliyinin tələblərinə uyğun tədbirlərin görülməsi məqsədilə müvafiq məktubun Vergilər Nazirliyinə göndərilməsi barədə qərar qəbul edib.

Auditin nəticəsi barədə Milli Məclisə məlumat təqdim edilib.

Xəbər 2273 dəfə oxunub.




29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +