“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


31.03.2017  17:31 

“Mən Eldar Mahmudovla necə əlbir ola bilərəm?” - Etibar Əliyev





A+  A-

Bu gün Bakı Hərbi Məhkəməsində həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, zərərçəkmişlərin dövlət rəhbərliyinə və müvafiq vəzifəli şəxslərə göndərdikləri və Mövlam Şıxəliyevlə Etibar Əliyevin təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilməsini xahiş etdikləri müraciətlə bağlı məhkəməyə məktub daxil olub. S.Hacıyev deyib ki, Ali Məhkəmədən göndərilən məktubda müraciətdə qeyd edilənlərin araşdırılması göstərişi verilib: “Biz məktubu cinayət işinə əlavə edirik və araşdırıb qərar verəcəyik”.

Hakim elan edib ki, şahid qismində tanınan Rövşən Hüseynov teleqram vuraraq Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini bildirib və işləri ilə əlaqədar prosesə qatıla bilməyəcəyini, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini qeyd edib.

S.Hacıyevin onun istintaq ifadəsini elan edərkən təqsirləndirilən V.Ələkbərov buna etiraz edib və deyib ki, R.Hüseynov Akif Qurbanovun cinayət işində müstəntiq olub və onunla bağlı çox şey bilir: “Bu şahid mənim leyhimə ifadə verən yeganə adamdır, ona suallarım var. Akif Qurbanovun epizodu dövlətin mənafeyinə xələl gətirən məsələdir, Rövşən Hüseynov bunla bağlı bir çox həqiqəti deyə biləcək”.

Hakim ifadəni oxumağa davam etmək istəyəndə V.Ələkbərov ona “tələsmə” deyib və “burada taleyim həll olunur, məni 15 il həbsxana həyatı gözləyir" – deyə bildirib.

Bunun ardınca V.Ələkbərovun həbsdən azad edilərək alternativ cəza tədbiri seçilməsi haqda vəsatəti təmin edilməyib və o, buna görə hakimə etiraz vermək istədiyini deyib. Hakim S.Hacıyev isə şahidin ifadəsindən sonra etiraz verə biləcəyini deyib. Bu zaman MTN polkovniki üzünü divara çevirərək onun zaldan çıxarılmasını istəyib və bu yolla məhkəməni protest edib.

Bundan sonra hakimlər səsləndirilməsinə icazə verdikləri etiraz vəsatətini təmin etməyiblər.

İclasa “Texnikabank”ın keçmiş rəhbəri Etibar Əliyev şahid qismində ifadə verib. O deyib ki, V.Ələkbərovun zərərçəkmişlərdən rüşvət almasından məlumatı olmayıb: “Mən sonradan bildim ki, bankın “Bakı” filialının rəhbəri olmuş Zal Yusifov Hüseyn Səfərov, Nizami Kazımov, Namil Rzayev şəxslərin inamını qazanıb və pullarını ələ keçirib. O, Hüseyn Səfərova birlikdə bank açmağı təklif edib, Hüseyn Səfərov da qohumlarından pul yığaraq Zala verib. Həmin pulları da mənimsəyib, sonra isə bankın kassasından pul oğurlayaraq həmin şəxslərə qaytarıb. Bu hadisə olanda mən məzuniyyətdə idim, dərhal işə qayıdıb Zal Yusifovu vəzifədən kənarlaşdırdım. O, zərərçəkmişlərdən aldığı pulları bankın hesabına köçürməyib. Bu adamların əmanət kitabçası almaqları haqda dedikləri yalandır. Hüseyn Səfərov barəsindəki cinayət işinə xitam verilməməli idi. Onun barəsində iş başladılması üçün Baş Prokurorluğa qərar göndərilməlidir”.

Sabiq bankirin son cümlələri qarşı tərəfin kəskin etirazına səbəb olub, hakim E.Əliyevə səahiyyətini aşmaması barədə xəbərdarlıq edib.

E.Əliyev sabiq nazir Eldar Mahmudovla əlbir olması barədə iddiaya da belə cavab verib: “Mən Eldar Mahmudovla necə əlbir ola bilərəm? Mənim özümü də həbs etmişdilər”.

Etibar Əliyev iş adamı Akif Qurbanovu əvvəldən tanıdığını, onun dövlət əleyhinə çıxışlar etdiyinə inanmadığını deyib.

Zərərçəkən Hüseyn Səfərovun sualına cavab olaraq E.Əliyev deyib ki, Sərhəd Xidmətinin bankda 8 milyon manat pulunun batması haqda deyilən cəfəngiyyatdır, ümumiyyətlə həmin qurumun “Texnikabank”da heç bir pul vəsaiti olmayıb.

H.Səfərov deyib ki, E.Əliyev həbsdən çıxmaq üçün banklardan kredit götürüb MTN-ə verib və hələ də hər ay 250 min manat kredit ödəyir. Keçmiş bankir isə bunu yalan adlandırıb və “ödəyirəmsə də, mən ödəyirəm, sənə nə?” deyə casvab verib.

V.Ələkbərovun zərərçəkmiş və şahidlərin ifadələrinin yerində yoxlanması zamanı çəkilmiş fotoların ona verilməsi barədə vəsatəti təmin edilib.

Məhkəmə prosesi aprelin 7-də davam etdiriləcək.

Xəbər 1363 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +