İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


31.03.2017  10:19 

Azərbaycanda bankların xilası üçün daha bir cəhd





A+  A-

Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) “körpü banklar” yaratmaq səlahiyyətinin verilməsi nəzərdə tutulur. Bunu Milli Məclisdə İnzibati Prosessual, Mülki Prosessual məcəllələrə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, İnzibati Prosessual və Mülki Prosessual məcəllələrə dəyişikliklər gələcəkdə “Bank haqqında” Qanuna müvafiq dəyişikliklər etməyə zəmin hazırlamaq üçün təqdim edilib və qanun layihələrində “körpü bank”ların yaradılmasını nəzərdə tutan qətnamə anlayışı əksini tapıb. Məsələn, İnzibati Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən MBNP-nin bankın qətnaməsi çərçivəsində qəbul etdiyi qərar məhkəmə tərəfindən ləğv edilə bilməz.

Müzakirələr zamanı R. Aslanlı bildirib ki, maliyyə bazarlarına nəzarət orqanı problemi olan, könüllü restrukturizasiya oluna bilməyən bankların icbari qaydada problemlərini həll etməlidir: “Yəqin ki, gələcəkdə dünyada maliyyəçilər başqa yollar da tapa biləcəklər. Bizim təklif etdiyimiz qətnamə ”körpü bank"ın yaradılmasıdır".

“Körpü bank” anlayışının nə olduğuna Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bakupost.az-a açıqlamasında aydınlıq gətirib və bu məsələnin komitənin növbəti iclasında müzakirə ediləcəyini bildirib. O qeyd edib ki, sabah komitə iclasında bu məsələ ilə bağlı qərar verilə bilər: ““Bank haqqında” Qanuna müvafiq dəyişikliklər ediblər. Bu qərar müəyyən problemləri, bağlanmaq ehtimalı olan, kapital ehtiyatı olmayan və digər problemləri olan banklar üçün nəzərdə tutulub. O bankların sağlamlaşdırılması üçün aparılan əməliyyatlar nəticə vermirsə, o zaman banklarda xüsusi inzibatçı kadrlar təyin edirlər. Yəni əvvəlki kadrları kənarlaşdırırlar. Ondan sonra həmin banklarda bu işlər aparılır. Bankların sağlamlaşdırılması əməliyyatları həyata keçirilməyə başlanılır. Onlar üçün də “körpü banklar” yaradılır".

Vahid Əhmədov qeyd edib ki, bu, beynəlxalq aləmdə olan təcrübədir: ““Körpü banklar” faktiki müəyyən vaxta kimi fəaliyyət göstərir. Yeni bir investor və ya sahibkar çıxana kimi, hansısa inkişaf etmiş bank onu istəyənə kimi işləyəcək. “Körpü banklar” yalnız məhz bu aralıqda fəaliyyət göstərəcək. Yəni müəyyən qısa müddət üçün mövcud olacaq. Bir investor həmin bankı alanda isə öz fəaliyyətini dayandıracaq".

İqtisadçı ekspert Qubad İbadoğlu isə deyir ki, bu prosedur hazırda tətbiq olunur: “İstənilən bankın bağlanması ilə bağlı qərar olanda həmin bankın idarəçiliyi Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir. Sonra həmin bankın ləğvi ilə əlaqədar komissiya yaradılır. Həmin komissiya bankın öhdəliklərinə, ödənişlərinə və digər məsələlərə məsul olur. Həmçinin bankın satışını həyata keçirir ki, borc öhdəliklərini ödəyə bilsin. Bunu ”Standart Bank"da da, digər banklarda da tətbiq ediblər. Bank ləğv olunduqdan sonra onun əsas səlahiyyətləri ləğvetmə komissiyasına keçir. Ləğvetmə komissiyası da əsasən MBNP-nin təşəbbüsü və təqdimatı ilə formalaşır. Bu tətbiq olunan prosedurun hüquqi əsası yoxdur, indi bunun hüquqi əsaslarını yaratmağa çalışırlar. Maliyyə Bazarlarına Nəzarət Palatasına elə səlahiyyət vermək istəyirlər ki, onlar körpü banklar yaratsınlar. Yəni bank ləğv olunmasa da onun sağlamlaşdırılması ilə bağlı MBNP-nin nümayəndələri iş aparsınlar. Eyni hərəkəti “Standart Bank”da etdilər. Maliyyə Bazarlarına Nəzarət Palatası orada öz nümayəndəsini təyin etdi. Daha sonra başa düşdü ki, həmin bankı sağlamlaşdırmaq mümkün olmayacaq və bankın tamamilə ləğv olunmasına qərar verdi".

İqtisadçının sözlərinə görə, əslində burada “krizis meneceri” məsələsindən söhbət gedir: “Bank böhrana düşübsə, həmin dövrdə idarəçiliyi başqa bir müvəqqəti struktura verirlər. Həmin struktur Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə formalaşır. İndi həmin struktrların fəaliyyətini qanuniləşdirmək məqsədilə qanunvericilikdə dəyişikliklər həyata keçiriləcək və burada MBNP-yə yeni səlahiyyətlər veriləcək. Bunu Milli Məclisin martın 31-də keçirilən iclasında müzakirəyə çıxaracaqlar”.

Xəbər 757 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +