Xətainin heykəlinin yeri dəyişdirilir
Həbiblə Sobçak “Forbes”in siyahısında
Noyabrın 21-i Ümumdünya Salamlaşma Günüdür
Azərbaycanda polisi ürəyindən vurdular
Etirazçılar İraqdakı neft terminallarını bağladılar
Doqquz ayda 46898 nikah, 12713 boşanma
5 rayonda bu gün qaz yoxdur
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Murad Dadaşovun mağazasında ölüm
Masallının icra başçısı Ağcabədiyə göndərildi


28.03.2017  18:34 

Mədət Quliyev: “DTX-nin qarşısında böyük vəzifələr qoyulub”





A+  A-

Bu gün Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır.
Bu münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərNews.az-a verilən məlumata görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Təntənəli mərasim DTX-nin akt zalında davam etdirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Mədət Quliyev çıxış edərək bütün şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranlarını peşə bayramı münasibətilə təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin hələ sovetlər dövründə Azərbaycanın gələcək müstəqilliyini düşünərək respublika həyatının bütün sahələrində misilsiz işlər gördüyünü qeyd edib, bugünki güclü Azərbaycanın təməlinin məhz Ulu Öndərin dövlət təhlükəsizlik orqanlarına və davamlı olaraq ölkəyə rəhbərlik etdiyi vaxtlardan qoyulduğunu bildirib: "Dahi şəxsiyyət Heydər Əliyev, müstəqil Azərbaycanın hüquq mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətinin də müasir dövrün tələblərinə uyğun formalaşmasında və inkişafında böyük işlər görüb".
Hazırda Azərbaycanın təhlükəsizlik orqanlarının öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu deyən general-leytenant Mədət Quliyev, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlət müstəqillik, sabitlik və tərəqqi siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasının DTX-nin əsas vəzifəsi olduğunu qeyd edib: “Bu baxımdan, günün tələbləri nəzərə alınaraq, xidmətdə aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli, məqsədyönlü və çevik təşkilinə təkan verib”.

DTX-nin qarşısında böyük vəzifələrin qoyulduğunu, görüləsi işlərin hələ çox olduğunu vurğulayan general-leytenant Mədət Quliyev, ölkənin sabitliyinin və təhlükəsizliyinin etibarlı təmin edilməsi, cinayətkarlıqla mübarizə üzrə aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə mövcud olan sıx və işgüzar əməkdaşlıq əlaqələrinin bu vəzifələrin də öhdəsindən uğurla gəlməyə imkan verəcəyini bildirib.
General-leytenant Mədət Quliyev göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına bütün əməkdaşların adından minnətdarlığını çatdıraraq deyib: “Peşə bayramı ərəfəsində möhtərəm Prezident İlham Əliyevin sərəncamları ilə ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın dövlət mükafatları ilə təltif edilməsi fəaliyyətimizə verilən yüksək qiymətdir. Göstərilən böyük etimada və qayğıya görə dövlət başçısına dərin minnətdarlığımı bildirirəm”.
Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri Şamil Suleymanov çıxış edərək veteranlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib.
Təntənəli mərasimdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.
Sonra Azərbaycan Prezidentinin DTX-nin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın təltif edilməsi haqqında sərəncamları elan edilib.
Xidmətdə fərqlənən əməkdaşların, eləcə də təhlükəsizlik orqanlarının veteranlarının mükafatlandırılması barədə DTX-nin əmrləri oxunub, təltif olunanlara, həmçinin peşə bayramı münasibətilə xidmətin struktur bölmələri arasında idmanın müxtəlif növləri üzrə keçirilən yarışların və turnirlərin qaliblərinə mükafatlar verilib.
Bayram tədbiri DTX-nin Mədəniyyət Mərkəzində bədii proqramla davam etdirilib.

Xəbər 643 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.11.2019  18:01 

Məzənnə eynidir

20.11.2019  16:11 

Maradona istefa verdi

20.11.2019  15:16 

5 rayonda bu gün qaz yoxdur

20.11.2019  14:08 

Azərbaycan çempionatında qalmaqal

20.11.2019  13:38 

Sabah qar yağacaq

20.11.2019  11:19 

Joze Mourinyo “Tottenhem”də


BÜTÜN XƏBƏRLƏR +