Yoluxanların sayı 200-dən aşağı düşdü
Təhsil Nazirliyi məlumat yaydı
Qaydaları pozan 17 velosipedçi cərimələndi
Çimərliklərdə 25 dərəcə isti olacaq
Gürcüstanda tədris ili 15 sentyabrda başlayacaq
Avropa Liqası 5 ay sonra bərpa olunur
Azərbaycan XİN Livana başsağlığı verdi
Rayona getmək üçün icazələr belə alınacaq
“Livana kömək təklif edəcəyik” - Merkel
“Space”in yayımı 3 saat dayandırılacaq


28.03.2017  16:06 

Fazil Məmmədov öz müavini ilə quda oldu - “Böyük toy“a hazırlıq...





A+  A-

Vergilər naziri Fazil Məmmədov öz müavini Namiq Əliyevlə qohum olmağa hazırlaşır.
XəzərNews.az azpolitika.info-ya istinadən xəbər verir ki, bir qədər əvvəl Fazil Məmmədovun qızı ilə Namiq Əliyevin oğlu nişanlanıb. Cütlüyün toylarının yay aylarında olacağı gözlənilir.

Namiq Əliyevin oğlunun əsasən Londonda yaşadığı və orada bizneslə məşğul olduğu bildirilir.

Fazil Məmmədovun qızının isə nazirin ailə holdinqi kimi tanınan "Synergy Group” Şirkətlər Qrupuna rəhbərlik etdiyi qeyd edilir. Yeri gəlmişkən qeyd edək ki, "Synergy Group”un rəsmi veb səhifəsində Şirkətlər Qrupunun icraçı direktoru haqda məlumat verilsə də, baş direktoru və rəhbərlikdəki digər şəxslərlə bağlı hər hansı məlumata rast gəlmək mümkün deyil.

Qeyd edək ki, məlumatlı dairələr Fazil Məmmədovun öz müavini Namiq Əliyevlə qohumluğunun onların hər ikisinin daha da güclənməsinə səbəb olacağı qənaətindədir. Belə ki, Fazil Məmmədov kimi son illər güclənmiş bir nazirlə qohumluğun xüsusən Namiq Əliyevin mövqeyini möhkəmləndirəcəyi gözlənilir.
Ancaq nazirin də bu qohumluqdan güc qazanacağını deyənlər var. Məsələ ondadır ki, vergilər nazirinin müavini Namiq Əliyev həm də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla qudadır.

Xəbər 1405 dəfə oxunub.



05.08.2020  15:39 

Təhsil Nazirliyi məlumat yaydı

05.08.2020  08:53 

Beyrut fəlakət zonası elan edildi


BÜTÜN XƏBƏRLƏR +